Optimallaşdırma (bəzən Optimizasiya və ya Riyazi proqlamlaşdırma da adlanır) — riyaziyyat, informatika və iqtisadiyyatda verilən çoxluqlar içərisindən ən optimal variantının seçilməsinə dair bölmədir.
Optimallaşdırma (lat. optimus – ən yaxşı) mümkün variantlardan ən yaxşısını və ya müəyyən funksiyanın ekstremumunun tapılmasıdır. Plan tutarkən, layihə qurarkən, müəyyən prosesi idarə edərkən və s. meydana çıxır.
Optimal sistem müəyyən qayda üzrə seçilmiş meyarları (kriterləri) optimal qiymətlər alan sistemdir.