Aralıq proqram təminatı (ing. middleware) - 1. Üçqatlı (THREE-TIER) sistemdə: istifadəçi interfeysi ilə verilənlər bazasına erişmə proqram təminatı arasındakı sistem. Bax: THREE-TIER ARCHITECTURE. 2. Tətbiqi proqram və əməliyyat sistemi arasında orta mövqe tutan proqram təminatı. Belə ki, aralıq proqram təminatına uyumlu yazılmış proqramlar heç dəyişiklik edilmədən fərqli əməliyyat sistemlərində işləyə bilər. Belə proqramlara örnək olaraq, yaxşı standartlaşdırılmış proqramlaşdırma dillərini (FORTRAN, Java) və veb-brauzerləri (Netscape, Internet Explorer) göstərmək olar. Aralıq proqram təminatı səbəbindən, proqramlar və veb-səhifələr elə yazıla bilər ki, onlar tamamilə fərqli kompüterlərdə eyni cür işləsin.
Aralıq proqram təminatı | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |