Etibarlılıq – sistemin, kompüterin, yaxud qurğunun verilmiş zaman aralığında müəyyən şəraitdə düzgün işləməsi ehtimalı. Texniki etibarlılıq müxtəlif keyfiyyət göstəriciləri ilə ölçülür; məsələn, sərt diskin etibarlılığı çox zaman dayanmalararası orta qiymət kimi verilir.