Şəhərcik (Qafan)

ŞəhərcikZəngəzur mahalının Qafan rayonunda kənd.

Şəhərcik
39°13′35″ şm. e. 46°20′10″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.071 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şəhərcik xəritədə
Şəhərcik
Şəhərcik

Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[1].

Erməni mənbələrində Şharcik formasında qeyd edilir[2].

Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır[3].

1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir.

Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır[3].

1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.

İndi burada ermənilər yaşayır. Toponim cavanşir türk tayfasına mənsub olan şəhərcik etnonimi[4] əsasında əmələ gələn etnotoponimdir.

Quruluşca sadə toponimdir.

1988-ci ilə qədər azərbaycanlılar

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əkinçilik və heyvandalıq

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Oqtay Əsədov (Əsədov Oqtay Sabir oğlu) — Azərbaycan Respublikası Milli Məclisinin sədri.
  • Muradov Sabir Yaqub oğlu (şəhid)
  • Xanlar Zəngəzurlu
  1. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.290
  2. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.60
  3. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.60-61, 136-137
  4. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.73