Orlat oymağı

Orlat oymağıCəlayır elinin böyük qollarından biri.

Orlat oymağının bir qismi Şəki ətrafında məskunlaşmışdı. Bu oymağın sayılan əmirlərindən Seyid Əli Orlat Şəki hakimi olmuşdu. O Əlincə qalası ətrafında Əmir Teymurun ordusuna qarşı vuruşmuşdur. 1387-ci ildə Seyid Əli Orlat öldürüldü. Onun yerinə oğlu Seyid Əhməd Orlat Şəki hakimi oldu.

Orlat oymağı hələ Monqolustanda olarkən Çingiz xanı dəstəkləyirdi. Şirə Domoqun oğlu Bala noyon Çingiz xanın sol qol minbaşısı idi. Onun oğlu Zəngi ağa Azərbaycana gəlmişdi. O, Əhməd Təkudar xanin əmiri idi.

Orlat oymağı Azərbaycan tarixində iz qoyub.