Pakistanın dövlət quruluşu

Pakistanın dövlət quruluşu - 1973-cü ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Pakistan
اسلامی جمہوریۂ پاکستان
Islamic Republic of Pakistan
Bayraq Gerb
Bayraq Gerb
Ittehad, Tanzim, Yaqeen-e-Muhkam  (urdu)
"Birlik, İntizam ve İnam"
Tarixi
 • Müstəqilliyin elanı 14 avqust 1947
 • İslam respublikasının elanı 23 mart 1956
 • Şərqi Pakistanın ayrılması 26 mart 1971
Paytaxt İslamabad
İdarəetmə forması Prezident respublikası
Prezident Məmnun Hüseyn
Baş nazir Nəvaz Şərif
Sahəsi Dünyada 36-cı
 • Ümumi 796096 km²
 • Su sahəsi (%) 3,1
Əhalisi
 • Əhali 181 435 603 nəfər (6-cı)
 • Siyahıyaalma (1998) 132 352 279 nəf.
 • Sıxlıq 206 nəf./km² (55-ci)
ÜDM (AQP)
 • Ümumi $439 558 milyon dollar
 • Adambaşına $2 738 dollar
ÜDM (nominal)
 • Ümumi (2008) $167 640 milyon dollar  (47-ci)
 • Adambaşına $1 044 dollar
İİİ (2008) 0.562 (artış; 139-cu)
Demonim Pakistani
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Pakistan parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır. 1947-ci il 14 avqustda Pakistanın müstəqilliyi elan edilmişdir. 1956-cı il 23 martda Pakistan İslam Respublikası elan edilmişdir. Ölkə Konstitusiyası 1973-cü ildən qüvvədədir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Pakistan İslam Respublikası 4 əyalətdən ibarətdir: Pəncab, Sind, Bəlucistan və Şimal-Qərbi Sərhəd əyalətləri; federal paytaxt vilayəti İslamabad və mərkəzi Hökumət tərəfindən idarə olunan qəbilə zonaları Pakistan İslam Respublikasının ərazisini təşkil edir.

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Ölkədə siyasi hakimiyyət PrezidentinHökumətin əlindədir. Ölkə Prezidenti Seçicilər Kollegiyası (tərkibinə Parlamentin hər iki palatasının üzvləri, habelə Pəncab, Sind, Bəlucistan və Şimal-Qərbi Sərhəd əyalətləri parlamentlərinin deputatları daxildir) tərəfindən, iki dəfədən çox olmamaqla 5 il müddətinə seçilir. Seçildikdən sonra Prezident Parlamentin təşəbbüsü və 2/3 səs çoxluğu ilə yalnız impiçment prosedurası qaydasında vəzifəsindən azad edilə bilər.

Pakistanda Prezident postu ənənəvi olaraq nominal vəzifə sayıldığından ölkədə real hakimiyyət Baş nazirin əlində cəmlənmişdir. Mövcud Konstitusiyaya görə, Pakistan Prezidenti Milli Assambleyanı buraxmaq, yeni seçkiləri təyin etmək, əfv fərmanı imzalamaq, Baş naziri (bu məsələdə Ali Məhkəmənin veto hüququ vardır). Hökumət üzvlərini, əyalət qubernatorlarını, Ali Məhkəmənin hakimlərini, Seçki Komissiyasının üzvlərini, ali hərbi rəhbər heyətini təyin etmək və istefaya göndərmək səlahiyyətlərinə malikdir. O, həmçinin Milli Təhlükəsizlik Şurasının rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanıdır.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

İkipalatalı Parlament - Milli Assambleya (əhali tərəfindən 4 il müddətinə seçilmiş, 60-ı qadın, 10-u dini azlıqların nümayəndələri olmaqla 342 deputat) və Senat (əyalətlərin qanunverici məclisləri tərəfindən ümumi səsvermə yolu ilə 6 il müddətinə seçilmiş 100 deputat) məhdud qanunverici səlahiyyətə malikdir.

Əsas qanunvericilik funksiyaları ilə yanaşı, Parlament Hökumətə etimadsızlıq göstərmək və onu istefaya göndərmək səlahiyyətlərinə malikdir.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Baş nazir Hökumətin başçısıdır və Parlamentin tərkibindən Prezident tərəfindən təyin edilir. Baş nazir mütləq müsəlman olmalı və Parlamentdə çoxluq təşkil edən partiyanın təmsilçisi olmalıdır. Hökumət üzvləri Baş nazirin təqdimatı ilə Prezident tərəfindən formalaşır.

Mövcud Konstitusiyaya görə, Hökumətin əsas funksiyası dövlət idarəçiliyinin həyata keçirməsində Prezidentə məsləhət verməkdən və köməklik göstərməkdən ibarətdir.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Hakimləri Prezident tərəfindən təyin olunan Ali Məhkəmə və ölkə qanunlarının İslam dininin tələblərinə uyğunluğunu nəzarətdə saxlayan İslam Federal Şəriət Məhkəməsidir.

Əyalətlərdə fəaliyyət göstərən yüksək məhkəmə orqanlarının üzvləri də Prezident tərəfindən təyin edilir.

  • Белокреницкий В. Я., Москаленко В. Н. История Пакистана. ХХ век. — Москва : Крафт+, 2008. — ISBN 978-5-93675-137-0.
  • Белокреницкий В. Я. Пакистан. Особенности и проблемы урбанизации. — М. — 1982
  • Ганковский Ю. В. Народы Пакистана (основные этапы этнической истории). — М. — 1964
  • Густерин П. Тайны семейства Бхутто // Азия и Африка сегодня. 2008, № 5.
  • Каменев С. Н. Пакистан. Государственные финансы и экономическое развитие. — М. — 1982
  • Плешов О. В. Ислам и политическая культура в Пакистане. М. — 2005
  1. Central Intelligence Agency - CİA - The World Factbook :Country comparison: Population Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine