Paraşüt qülləsi (Bakı)

Paraşüt qülləsiAzərbaycanın Bakı şəhərində yerləşən, hazırda saat qülləsi olan tikili. Qüllə Bakı bulvarında yerləşir.

Paraşüt qülləsi
Qüllə 2019-cu ildə
Qüllə 2019-cu ildə
Xəritə
Keçmiş adları Bakı paraşüt qülləsi
Ümumi məlumatlar
Status Tamamlandı
Yerləşmə Bakı bulvarı
Ünvan Neftçilər prospekti
Ölkə Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°22′06″ şm. e. 49°50′38″ ş. u.
Təməlatma 1936
Hündürlük
Hündürlük 75 metr
Dizayn və konstruksiya
Memar "Bakı işçisi" zavodunun konstruktor bürosunun mütəxəssisləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi hesab edilir.[1] 75 metr hündürlüyündə olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü hesab edilirdi.[1] Bu qüllə Bakı Şəhər Sovetinin təşəbbüsü ilə "Bakinskiy Raboçiy" maşınqayırma zavodunda hazırlanmışdır.[1] Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi.[1] Paraşüt qülləsinə 20, 25, 60 metrlik yüksəkliklərdən tullanmaq imkanı var idi.[1] 1960-cı illərdə burada bədbəxt hadisə baş verdikdən sonra qüllə fəaliyyət göstərmədi.[1] Lakin qüllə sökülmədi, keçmişin bir xatirəsi olaraq saxlanıldı.[1] 2008-ci ildən qüllənin üzərindəki lövhədə vaxt, küləyin gücü, havanın və dəniz suyunun istiliyi göstərilir.[1]

  1. 1 2 3 4 5 6 7 8 "PARAŞÜT QÜLLƏSİ". bulvar.gov.az. bulvar.gov.az. 2020-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]