Əbu'l Fəth Pir budaq və ya daha çox tanındığı adı ilə Pirbudaq (Bağdad – 1466, Bağdad) — Cahanşahın 4-cü oğlu Qaraqoyunlular dövlətinin Şiraz Valisi (1456–1460) Bağdad Valisi (1460–1466) . Hakim olduqları şəhərlərdə siyasi və iqtisadi sabitlik qurmuş, buna görə də öz dövründə məşhurlaşmışdır. O, incəsənətə aid kitabxana qurdurmağı, mədəniyyətə hamilik etməsi, Bağdadı incəsənətin mərkəzinə çevirməsi ilə tanınmışdır. O, bu kitablarda incəsənətin ən böyük hamisi olan türkman kimi təsvir edilmişdir.
Əbu'l Fəth Pir Budaq Mirzə | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1466 |
Vəfat yeri | |
Milliyyəti | Baranlı oymağı |
Fəaliyyəti | siyasətçi, mesenat[d] |
Atası | Cahanşah |
Ailəsi | قاراقویونلولار |
Dini | şiəlik |
Hərbi xidmət | |
Döyüşlər | Lavər keçidi döyüşü |
Vikianbarda əlaqəli mediafayllar |
Pirbudaq güclü bir ailədə doğulmuşdu. Öz dövrünün ən güclü türk ailələrindən biri olan və Qaraqoyunluların hakim sülaləsi olan ailədə dünyaya gələn Pirbudaq Cahanşahın ən böyük oğlu idi. Onun ailəsi monqol işğalları zamanı Orta Asiyadan İran və Azərbaycan coğrafiyasına gəlmiş, 1300-cü illərdə artıq bölgədə hakim qüvvəyə çevrilmişdirlər.[1][2][3] Onun əmisi Şah Məhəmməd 1411-1433-cü illərdə Bağdadın hakimi olmuşdur.[4] Onun babası Qara Yusif 1410-cu ildən Azərbaycanın hakimi olmuş, 1439-cu ildə Pirbudağın atası Cahanşah Qaraqoyunlu taxtına çıxmışdır.[5] Bundan bir il əvvəl isə Cahanşah Teymuri hökmdarı Şahruxu dəstəkləməsinin mükafatı olaraq Təbriz hakimi təyin edilmişdi. Bundan sonra o, Təbrizi öz imperiyasının paytaxtına çevirdi və 1467-ci ildəki ölümünə qədər özünə tabe olan torpaqları buradan idarə etdi.[6][7][8] 1447-ci ildə Teymuri Şahruxun ölümündən sonra Cahanşah şah və sultan titullarına iddia etməyə başladı. Bu tarixdən etibarən onun imperiyaya olan iddiası daha güclü və aşkar şəkil aldı. 1447-1458-ci illər ərzində o və oğulları Mərkəzi Asiyaya qədər geniş bölgələri ələ keçirməyi bacardılar.[9] 1453-cü ildə Cahanşahın oğulları arasında ən cəsuru kimi tanınan Pirbudaq Qumu,[10] Cahanşahın özü Farsı, İsfahanı və Şirazı ələ keçirdi.[11]
1454-cü ildə Pirbudaq ordusu ilə irəliləyərək Kirman və Yəzdi ələ keçirdi. 1457-ci ildə İranın şərqi, Xorasan da daxil olmaqla Cahanşahın əlinə keçdi və o, 1458-ci ildə Herata daxil olaraq taxta iddiasını dilə gətirdi.[12] 1460-cı illər boyunca onun imperiyasının sərhədləri Anadolunun şərqindən Orta Asiya sərhədlərinə qədər uzandı. Buraya hər iki İraq, Kirman və İran körfəzinin sahilləri də daxil idi.[13][14][15][16]
Bu yürüşlərin bir çoxunda Pirbudaq atası ilə birlikdə hərəkət etmişdir. Məsələn, o, 1452-1453-cü illərdə İsfahanı, Şirazı və Abarquhu ələ keçirmişdi.[17] Cahanşah , Teymuri Dövlətinin zəiflədiyini gördükdə İraqı ələ keçirməyə meyilləndi . Bu məqsəd ilə Mirzə Pir Budağı, Türkmən əmirlərinin bir neçəsiylə bərabər İraq torpaqlarına göndərdi . Bu müddət ərzində Teymuri Mirzə Babur Şiraz şəhərində idi . Pir Budaq Teymuriləri məğlub edərək Savə Qum Cərdəbəkən və Hənsər şəhərini mühasirə edərək fəth etdi və İsfahan şəhərinə doğru getdi , İsfahanlılar Türkmənlərin tərəfinə keçdilər. Mirzə Babür İsfahanı qorumaları üçün Şirazdan əmirlərini göndərdi isə daha sonra özü İsfahan yaxınlarına gəldi . Lakin , Teymuri qoşunlarının bir çoxu Qaraqoyunlu Türkmənləri tərəfinə keçdilər və bununlada Teymuri ordusu qaçmağa başladı . Türkmənlər gələrək gecə Mirzə Babura hücum etdilər və məğlub olan Mirzə Babur qaçdı . Bundan sonra Pirbudaq Şiraz şəhərinə yürüdü və Teymurilərin önəmli şəhərlərindən biri olan Şirazı fəth etdi , Cahanşah İsfahanın hakimliyini oğlu Mirzə Məhəmmədə verdi.[18][19]
Pirbudaq hərbi bacarıqlarına görə 1458-ci ildə atası tərəfindən Herat yürüşündə köməkçi olaraq təyin edilmişdi. Güman edilir ki, məhz bu yürüş zamanı Pirbudaq qədim əlyazmalarla tanış olmuş və incəsənətə maraq salmışdır.[20][21][22] Pirbudaq 1456-cı ildə atası tərəfindən Şirazın hakimi təyin edildi. Onnu bir digər qardaşı Yusif isə 1458-ci ildə Kirman hakimi olaraq təyin edildi.[23]
Cahanşah və oğulları arasında münasibətlər heç bir zaman yaxşı olmamışdı. Cahanşahın xeyli hərbi uğur qazanmasına baxmayaraq, hakimiyyət illəri bitmək bilməyən üsyanlarla xarakterizə edilir. Üsyançılar arasına oğulları Pirbudaq və Həsənəli, eləcə də yarım-müstəqil Qaraqoyunlu əmirləri daxil idi.[24][25][26] 1459-cu ildə Həsən Əli Cahanşahın Teymurilər Əbu Səidlə döyüşdüyü bir vaxtda Azərbaycanda köçəri feodalların üsyanına başçılıq etdi. Xəyanətinə görə Həsən Əli həbs edildi.[27][28]
Hökmdar olma iddiasını edə bilmək üçün özündə haqq görən Pirbudaq Şirazı müstəqilləşdirmək üçün üsyan başlatdı və bu atasının qəzəbinə səbəb oldu.[29] Cahanşahın sarayından göndərilmiş xeyli sayda elçi ondan üsyanı bitirməyi və qılıncını yerı endirməyi istədi. Lakin Pirbudağın bu məsləhətlərə qulaq asmayacağı bəlli olanda Cahanşah Şiraza hücum edib yenidən öz hakimiyyətini bərqərar etdi. Bu yerdən sonra Pirbudağın anası məsələyə müdaxilə edib, barışıq şərtləri üzrə danışıqlar apardı. Nəticədə o, öldürülmədi və Şirazdan sürgün edildi, yerinə isə qardaşı Yusif təyin edildi.[30]
Sürgün olaraq Pirbudaq Bağdad hakimi olaraq oraya göndərildi. Cahanşah Bağdadın Təbrizə yaxın olduğunu bilirdi və oğlunun yenidən üsyan qaldıracağı halda ona yaxın olmaq, eyni zamanda da onu belə əməldən çəkindirməyi düşünürdü.[1][31]
Pirbudaq Bağdadda yenidən üsyana başladı. Cavab olaraq atası şəhəri mühasirəyə aldı və 18 aylıq mühasirədən sonra üsyançı qüvvələr təslim olmağa məcbur oldular. 1465 və ya 1466-cı ildə Cahanşah bir digər oğlu olan Məhəmmədiyə Bağdada hücum etməyi və Pirbudağı öldürməyi əmr etdi.[32][20] Pirbudağın öldürülməsindən sonra onun atasının imperiyası da çox yaşamadı. Cahanşah 1467-ci ildə rəqib Ağqoyunlu Uzun Həsən tərəfindən öldürüldü və onun dövləti süqut etdi.[33][34]
Pirbudağın atası olan Cahanşah digər Qaraqoyunlu hökmdarlarından fərqli olaraq incəsənətlə maraqlanırdı. Onun maliyyəsi ilə imperiyasının bir çox şəhərlərində incəsənət və memarlıq nümunələri tikdirilmişdi.[35] Bunlardan ən məşhuru Təbriz şəhərində yerləşən Göy Məsciddir. Eyni zamanda bacarıqlı şair olan Cahanşah Həqiqi ləqəbi ilə Azərbaycan türkcəsində şeirlər də yazırdı. Cahanşahın həm farsca, həm də türkcə yazdığı şeirlər daha çox təsəffüf motivli şeirlər idi.[36][37][1][4] Pirbudaq da atası kimi şeirlər yazmaqda idi. O, şeirlərindən birini də atası üçün yazmışdı və atasını dünyadan silməklə hədələyirdi:[38]
Taleyim də, mən də gəncik,
İki gənc ilədöyüşməyə çalışmayın,
Səni elə yuxarı və aşağı çırpacağım ki,
Səndən, ya da adından heç bir işarə qalmayacaq.
Şirazda hakim olarkən o, bir çox əlyazmanın hazırlanması üçün pul ayırmış və yüksək keyfiyyətlə hazırlanmış kitablardan ibarət kitabxana tikdirmişdir.[39][40] Onun himayədarlığı altında incəsənət sahəsi çiçəklənməyə başlamışdı.[41]
Pirbudaq Şirazda olduğu dövrdə onun üçün bir sıra əlyazmalar hazırlansa da, bunların heç biri təsvir olunmamışdır.[20] [39] 1458-ci ildə onun da rəhbərlərdən biri olduğu Herat yürüşü uğurlu bitdikdən sonra Nizaminin məşhur Xəmsə əsərinin əlyazması tapılmışdı. Heratın artıq devrilmiş hökmdarına məxsus olan bu əlyazma Pirbudaq tərəfindən qənimət olaraq götürülmüşdü.[42][43][44][20][45]
Alimlər hesab edirlər ki, Pirbudaq Bağdada göndərilərkən bir sıra ən yaxşı miniatür və xəttatları özü ilə aparıb.[20][46] Bağdada gəlməmişdən əvvəl qeyri-müəyyən iqtisadi və siyasi mühit səbəbindən əlyazmaların Bağdaddakı yerli istehsalı azalmışdı. Bununla belə, Pirbudaq istedadlı xəttat, miniatür ustası və şairlərdən istifadə edərək Bağdadda sənəti yenidən canlandırdı.[47]
Demək olar ki, Bağdada çatan kimi o, təsvirli əlyazmalara açıq maraq göstərdi.[20] Onun üstünlük verdiyi şeirlər toplusu idi.[21] Pir Budaqın Bağdad dövründə istehsal olunmuş əlyazmalarda “lapis lazuli və qızıldan təmtəraqlı istifadə” nümayiş etdirilir.[48] 1458-ci ildən sonra toplanmış əsərlər Herat rəssamlığının güclü təsirini nümayiş etdirir.[49][50]
Onun himayəsi altında Bağdad bölgənin hər yerindən xəttatları və illüstratorları cəlb edən mühüm incəsənət mərkəzinə çevrildi.[34] Pir Budaq türkmən sənətinin ən erkən himayədarlarından biri kimi təsvir edilmişdir.[21]