Pleystosen parkı

Pleystosen parkı (rus. Плейстоценовый парк) — Saxanın şimal-şərqində, Kolıma çayının aşağı axarlarında, Şimal Buzlu okeandan 150 km cənubda yerləşən yasaqlıq. Yasaqlıq Çerski qəsəbəsindən 30 km cənubdadır. Pleystosen parkının yaradıcısı və elmi rəhbəri rusiya ekoloqu Sergey Afanasev Zimovdur.[1]

Pleystosen parkı
Плейстоценовый парк
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi)
Sahəsi 16 km²
Yaradılma tarixi 1996
Yerləşməsi
68°30′48″ şm. e. 161°31′52″ ş. u.
Ölkə  Rusiya
pleistocenepark.ru
Pleystosen parkı xəritədə
Pleystosen parkı
Pleystosen parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Park ərazisində pleystosen epoxasının "mamont tundra çölləri" ekosisteminin yaradılması eksperementi həyata keçirilir. Bu ekosistem sonuncu buzlaşma zamanı Şimal yarımkürəsiniin böyük hissəsini əhatə etmişdir.

Ehtimal olunur ki, mamont tundra çölləri on dəfə mövcud meşə tundra və bataqlıq-tundra biotalarından məhsuldar idi. Böyük ot yeyən heyvanların təxminən 10000–12000 il əvvəl məhvindən sonra (mamont, tüklü gərgədan, böyük buynuzlu maral və s.) ekosistem deqradasiyaya məruz qalaraq və müasir duruma gəlib çatmışdır. Alimlərin fikirlərinə görə bu məhv olmanın əsas və həll edci səbəbi yuxarı paleolit ovçuluğu idi.

Pleystosen parkı ideyasının əsasında meqafaunadan saxlanılmış adventiv növlərin hesabına mamont tundra çölünə xarakterik torpaqlandşaftın formalaşdırılması durur. Layihə nəticəsində yüksək məhsuldar ot örtüyü formalaşacaq. Park ərazisində indi yakutiya atı, şimal maralı, los, qoyun, müşk öküzü, yak, zubrmarallar yaşayır[1].

1997-ci ildə yasaqlıq ərazisində perimetri 20 km olan bir ərazi dirəklərlə hasarlandı. İndi yasaqlığın sahəsi 160 km²-dir. Yasaqlığın qurucusu Serqey Zimov ərazini 750 km² qədər genişləndirməyi planlaşdırır. 2006-cı ildə Saxa Respublikası və "ALROSA" şirkəti Kanada tərəfindən hədiyyə edilmiş 30 cavan meşə bizonlarının əraziyə gətirilməsinə nail oldular. 2011-ci ildən isə meşə bizonlarının yerinə zubrlar introduksiya (adventiv növlər) edildi.

Mamont prerisinin ekologiyası

[redaktə | mənbəni redaktə et]
Tundra çölü sonuncu buzlaşma epoxasında (soldan sağa): vəhşi atlar, mamontlar, mağara pələngləri, tüklü kərgədanlar

Mamont prerisi və ya tundra çölü pleystosen epoxası üçün xarakterik olub, AvrasiyaŞimali Amerikanın qütb sahələrini əhatə edirdi. Tundra çöl ərazilərində yaşayan böyük heyvanlara əsasən müasir tədqiqatçılar ərazini müasir Afrikanın savannaları ilə müqayisə edirlər[2]. Tundra çölünədə mamont, tüklü kərgədan, bizon, müşk öküzü, vəhşi at , dəvə nəhəng maral, mağara şiri, dörd növ canavar, kaftar və s. heyvanlar mövcud idi[3][4][5][6][7]. Heyvanların sayı yetərincə yüksək idi. N. K. Vereşaqinin hesablamalarına görə tək mamontların sayı şimal-şərqi Sibirdə 40–60 min baş arasında dəyişmiş. Şimal Buzlu okeanın bəzi adalarında qədim heyvanların böyük qalıqları mövcuddur[8].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

"Rəsmi sayt". pleistocenepark.ru (rus). 2013-02-12 tarixində orijinalından arxivləşdirilib.

  1. 1 2 "ПЛЕЙСТОЦЕН ПАРК". 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
  2. Н. К. Верещагин "Почему вымерли мамонты?", 1979
  3. "Величие и реконструкция природы". community.livejournal.com. 2009-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-27.
  4. "Экологические кризисы в истории человечества". 2007-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-02-07.
  5. "животные, домашние животные, энциклопедия животного мира, про мир диких животных на Зооклубе". 2006-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-02-13.
  6. "Megafauna — «First Victims of the Human-Caused Extinction» — book by Baz Edmeades". 2001-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  7. "Pleistocene Extinctions". 2006-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-12-14.
  8. "О мамонтовой фауне". Antropogenez.ru (ingilis). 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.