Podneprove

Belarus regionları. XIX — XX əsrin əvvələri:
  Podneprove

Podneprove (belar. Падняпроўе) — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Region ölkənin şərqində yerləşir. Mogilyov vilayətinin, qismən isə QomelVitebsk vilayətinin ərazilərini əhatə edir. Şimaldan DneprQərbi Dvinanın suayrıcı xətti ilə Poozereregionu ilə, qərbdən isə Berezina və Dnepr çaylarının sol sahili ilə Mərkəzi BelarusŞərqi Polesye regionu ilə həmsərhəddir.

Belarusun linqvistik xəritəsində Podneprove ləhcəsi ayrıca dialektik özəlliyə məxsusdur. Məhs bu ləhçə şimal-şərəq belarus dialektinin şərqi moqilev qrupundan fərqlənir. Bölgənin fərqli mədəniyyət landşaftlarına malik olması onu bir neçə lokal rayonlara bölməyə əsas verir: Dneprin sol və sağ sahili, Posoje və Berezinski rayonu. Məhs hər bir rayon özünə məxsus etno-mədəni əlamətlərə malikdir.

Podneprovenin tarixi Kiyev Rus dövləti və digər şərqi slavyan torpaqlarının tarixi ilə bağlı idi. Regionun etnik-mədəni kompleksi, folklor ənənələri və xalq ləhcələri qonşu Smolensk vilayətiBryansk vilayətinin qərb hissəsi ilə bir çox ortaq cəhətlərə malikdir. XII əsrdə Podneprovenin böyük bir hissəsi Smolensk vilayətinin, cənub hissəsi isə Çerniqov knyazlığının tərkibində idi.

O dövrdə bölgədə mühüm inzibati və iqtisadi mərkəzlər yerləşirdi: Kopıs, Orşa, Drutsk, Mstislavl, Propoşesk (hazırda Slavqorod), Kriçet, Luçin, Qomel, Roqaçev, Çeçersk və s.

Avropanın erkən orta əsr xəritələrində (N. Kuzanın xəritələri - XV əsrin sonu - XVI əsrin əvvəlləri, S. Munster - 1540) Podneprovenin sol sahil hissəsi Belaya Rus adı ilə göstərilmişdir.

Reç Pospolitanın ilk bölünməsindən (1772) sonra Podneprove Rusiyaya birləşdirildi. Bu torpaqlarda Moqilyov quberniyası quruldu. Quberniyanın sərhədləri regionun sərhədləri ilə üst-üstə düşürdü.