Poozere və ya Podvine (belar. Паазер’е, Падзвінне) — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Ölkənin şimalında yerləşir və Vitebsk vilayətinin böyük hissəsini əhatə edir. Cənub-şərqdən dnepr-dvina suayrıcı ilə Podneproveylə, cənubdan və cənub-qərbdən şərti sərhədlə Borisov şəhəri, eləcə də Mərkəzi Belarus və Ponemane regionları ilə həmsərhəddir. Tarixi-etnoqrafik region kimi əsasən Poloskoe knyazlığının torpaqlarında formalaşıb. Əhalisi belarus dilinin şimal-şərq dialektində danışır.[1]
Poloskoe knyazlığı Kiev Rus dövlətinin tərkibində yetərincə müstüəqilliyə malik idi. Knyazlıq əsrlik siyasi-ictimai və özəl mədəniyyət ənənələrinə malik idi. XI əsrdə knyazlıq ərazisində 10 böyük tarixi-iqtisadi mərkəz var idi: Polotsk, Vitebsk, Drusk, Lukoml, Braslav və s.
Orta əsrlərdən XIX əsrin ikinci yarısına kimi Poozere üçün daha çox Belaya Rus etnoqrafik ad istifadə olunurdu. B sonralar tədricən bütün Belarus ərazisi üçün şamil edildi.
Reç Pospolitanın parçalanmasından sonra (1772-1793) Poozere Rusiyanın tərkibinə daxil edildi. 1796-cı ildə Belorusskoy, 1802-ci ildə Vitebsk quberniyasına tabe idi. Bölgənin qərb hissəsi isə Vilen quberniyasına aid idi.
1917-ci ildən şimali podvine BSSR-nin daxilində idi. Qərbi Podvinya isə 1939-cu ildə BSSR-nin tərkibinə qəbul edilmişdir.
Regionun daha sıx əhali yaşayan bölgəsi Qərbi Dvina (Dauqava) çayının sol sahilidir. Poozeredə az evli kəndlər (3-5) üstünlük təşkil edir. Evlər meşə daxilində, çay və göl kənarlarında, eləcə də yol kənarlarındadır.
Poozere üçün ənənəvi geyim forması düz və geniş gödəkçələrdir. Geyimlərin rəngi daha çox ağ və açıq-boz rəngdə olur. Ən geniş istifadə olunan üst geyimlər svita (cвита) və uzun yun kürkdür (тулуп).