Polşa milli parkları (pol. Parki narodowe w Polsce) — Polşada yerləşən 23 milli parka verilən ümumi ad.
Polşa milli parkları əvvəllər Polşa Milli Parklar Nazirliyi (pol. Krajowy Zarząd Parków Narodowych) tərəfindən idarə olunurdusa, 2004-cü ildə bu iş Polşa Ətraf Mühit Nazirliyinin əlindədir. Milli parkların çoxu qismən və ya ciddi qorunan hissələrə bölünür. Bundan əlavə milli parklar otulina adlanan bufer zonaları əhatə olunmuşdur.
2004-cü ildə Polşada qəbul edilmiş Təbiət Konservasiya Aktına[1] görə: "Milli park 1000 hektardan az olmamaq şərti ilə təbiəti və təbiətin xüsusiyyətlərini qorumaq məqsədi ilə qurulan, təbii, elmi, sosial, mədəni və təhsil dəyərlərinə görə tanınan ərazini əhatə edir. Milli park biomüxtəlifliyi, təbii ehtiyatları, təbiətin cansız elementlerini və obyektlərini qorumaq, heyvan və göbələklərin dağılmış ekosistemlərini, təbiətin müfaviq komponentlərini yenidən bərpa etmək üçün qurulur.
Polşa milli parkları müxtəlif sahələrə bölünür. Bunlara ciddi qorunan zona, aktiv zona və təbiət zonası aiddir.
Milli parkları əhatə edən ərazilər bufer zonası kimi müəyyən edilmişdir. Bufer zonaları ovçuluq kimi məşğuliyyətlərin qarşısını almaq üçün istifadə olunar. Polşadakı milli parkların hamısını ziyarət etmək mümkündür. Amma ziyarət müəyyən olunmuş sahələr, cığırlar və yollar ilə müəyyən olunur.
Milli parklar mərkəzi büdcə ilə idarə olunur. 1 may 2004-cü ildən milli parklara Polşa Ətraf Mühit Nazirliyi nəzarət edir.
Ən böyük milli park Bebja Milli Parkıdır. (592,23 km2) Ən kiçik milli park isə sahəsi 21,46 km2 olan Oyçov Milli Parkıdır. Ən qərbdə yerləşən milli park Volin Milli Parkı, ən şimalda yerləşən milli park Slovinski Milli Parkı, ən şərqdə yerləşən milli park Byaloveja Milli Parkı, ən cənubda yerləşən milli park Beşad Milli Parkıdır. Bəzi milli parklar digər ölkələrin qorunan təbiət əraziləri ilə sərhəddədirlər. Babeqor Milli Parkı Slovakiyanın Horno Orava Qorunan Təbiət Ərazisi ilə, Byaloveja Milli Parkı Belarusun Belovejskaya Puşça Milli Parkı ilə, Beşad Milli Parkı Slovakiyanın Polonini Milli Parkı ilə, Karkonoş Milli Parkı Çexiyanın Krokonoşe Milli Parkı ilə, Pyenini Milli Parkı Slovakiyanın Pyenni Milli Parkı ilə, Poless Milli Parkı Ukraynanın Şat Milli Parkı ilə, Tatra Milli Parkı Slovakiyada eyniadlı milli parkla qonşudur.
Polşa milli parkları bir neçə layihənin tərkib hissəsidir. Ekologiyada və təhsildə vacib rol oynayırlar. Bütün milli parklarda tarixi muzeylər yerləşir.
Şəkil | Adı | Voyvodalıq | Qurulma tarixi | Sahəsi (km²) | Emblemi | YUNESKO statusu | Koordinatları |
---|---|---|---|---|---|---|---|
Babeqor Milli Parkı[2][3] | Malopol | 1955 (1933) | 33,92 | Laserpitium archangelica |
Biosfer qoruğu | 49°35′ şm. e. 19°32′ ş. u. | |
Byeloveja Milli Parkı[4][5] | Podlya | 1947 (1932) | 105,02 | Zubr |
Ümumdünya irsi, Biosfer qoruğu | 52°40′ şm. e. 23°50′ ş. u. | |
Bebja Milli Parkı[6][7] | Podlya | 1933 | 592,23 | Döyüşkən quş |
Biosfer qoruğu | 53°35′ şm. e. 22°46′ ş. u. | |
Beşad Milli Parkı[8] | Podkarpatiya | 1973 | 292,01 | Vaşaq |
Biosfer qoruğu | 49°06′ şm. e. 22°40′ ş. u. | |
Tuxola Meşəsi Milli Parkı[9][10] | Pomeraniya | 1996 | 47,98 | Tetra |
— | 53°36′ şm. e. 18°00′ ş. u. | |
Dravno Milli Parkı[11][12] | Qərbi Pomeraniya | 1990 | 114,41 | Susamuru |
— | 53°07′ şm. e. 16°15′ ş. u. | |
Qorç Milli Parkı[13] | Kiçik Polşa | 1981 | 70,29 | Ləkəli salamandra |
— | 49°34′ şm. e. 20°10′ ş. u. | |
Masa Dağları Milli Parkı[14][15] | Aşağı Sileziya | 1993 | 63,40 | Qumdaşı |
— | 50°28′ şm. e. 16°20′ ş. u. | |
Kampinos Milli Parkı[16] | Mazoviya | 1959 | 385,44 | Sığır |
Biosfer qoruğu | 52°19′ şm. e. 20°28′ ş. u. | |
Karkonoş Milli Parkı[17][18] | Aşağı Sileziya | 1959 | 55,76 | Dağ |
— | 50°46′ şm. e. 15°37′ ş. u. | |
Maqura Milli Parkı[19][20] | Podkarpatiya | 1995 | 194,39 | Adi sar |
— | 49°31′ şm. e. 21°31′ ş. u. | |
Narv Milli Parkı[21][22] | Podlya | 1996 | 68,1 | Bataqlıq belibağlısı |
— | 53°04′ şm. e. 22°53′ ş. u. | |
Oyçov Milli Parkı[23] | Kiçik Polşa | 1956 | 21,46 | Yarasa |
— | 50°13′ şm. e. 19°50′ ş. u. | |
Pyenini Milli Parkı[24][25] | Kiçik Polşa | 1954 (1932) | 23,46 | Trzi Koroni dağı |
— | 49°25′ şm. e. 20°22′ ş. u. | |
Poless Milli Parkı[26][27] | Lublin | 1990 | 97,62 | Boz durna |
— | 51°27′ şm. e. 23°09′ ş. u. | |
Rastoç Milli Parkı[28][29] | Lublin | 1974 | 84,83 | Konik |
— | 50°36′ şm. e. 23°01′ ş. u. | |
Slovinski Milli Parkı[30][31] | Pomeraniya | 1967 | 186 | Qağayı |
Biosfer qoruğu | 54°40′ şm. e. 17°13′ ş. u. | |
Sventokşiski Milli Parkı[32][33] | Sventokşiski | 1950 | 76,26 | Maral |
— | 50°52′ şm. e. 20°58′ ş. u. | |
Tatra Milli Parkı[34][35] | Kiçik Polşa | 1954 (1947) | 211,64 | Tatra chamois |
Biosfer qoruğu | 49°15′ şm. e. 19°56′ ş. u. | |
Uyste-Varti Milli Parkı[36][37] | Lubus | 2001 | 80,38 | Əkin qazı |
— | 52°35′ şm. e. 14°42′ ş. u. | |
Velikopolska Milli Parkı[38][39] | Böyük Polşa | 1957 | 75,84 | Bayquş |
— | 52°17′ şm. e. 16°51′ ş. u. | |
Viqer Milli Parkı[40][41] | Podlya | 1989 | 150,86 | Susamuru |
— | 54°02′ şm. e. 23°06′ ş. u. | |
Volin Milli Parkı[42][43] | Qərbi Pomeraniya | 1960 | 109,37 | Ağquyruq dəniz qartalı |
— | 53°55′ şm. e. 14°30′ ş. u. |
Baltik dənizi sahili | Düzənlik | Sudet dağları | |||
Göl | Dağlıq | Karpat dağları |