Premyer Liqa Qızıl Butsuİngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır.[1][2] Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir.[3][4] Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir.[5][6]
Premyer Liqa 1992-ci ildə yaranmışdır. Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı.[2] Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər.[7] Beləliklə ilk mövsümündə daxili çempionat Premyer Liqa adı ilə tanınırdı.[2]
Nəticədə ilk dəfə Teddi Şerinqam mükafatı qazanarkən bu Premyer Liqa Qızıl Butsu adlanırdı.[8] O, bir mövsüm ərzində keçirdiyi 41 oyun ərzində 22 dəfə fərqlənə bilmişdi. 1994/95 mövsümündən sonra liqada klubların sayı 22-dən 20-yə endirildi və beləliklə çempionatda matçların sayı 42-dən 38-ə düşürüldü.[2]
Endrü Koul və Alan Şirer 1993/94 və 1994/95 mövsümlərində 34 dəfə fərqlənməklə bu mükafatın tarixində ən çox qol vurmuş oyunçu hesab olunurlar.[10][upper-alpha 1] Bütün zamanların ən aşağı qol göstəricisi olmuş qızıl buts sahibləri isə 1996/97 və 1998/99 mövsümlərində olmuşdur.[15] Belə ki, hər iki mövsümdə hər 3 futbolçu 18 dəfə fərqlənməklə bu mükafata nail olmuşdur. Sonuncu dəfə isə belə bir hal 2010/11 mövsümündə yaşanmışdır.[16] "Belə ki, "Mançester Siti" və "Mançester Yunayted"in hücumçuları olan Karlos Tevez və Dimitar Berbatov bir mövsüm ərzində 20 dəfə fərqlənməklə bu mükafata sahib olmuşdur.[17] "Liverpul"un formasını geyinmiş Luis Suarez isə keçirdiyi oyunların nisbətinə görə 31 dəfə fərqlənməklə bu mənada rekorda sahibdir (31 qol / 33 matç).[18][19]
↑Koul və Şirer mövsüm 42 oyundan ibarət olduğu dövrdə qızıl butsu qazanmışdır. Şirer, Kriştiano Ronaldo və Luis Suarez 38 oyunluq olan 1995–96, 2007–08 və 2013–14 mövsümlərində ən çox, 31 dəfə fərqlənmiş oyunçulardır.[2][3][14]
↑1995–96 mövsümündən başlayaraq Premyer liqada klubların sayı 22-dən 20-yə endirildi,[20] beləliklə liqada oyunların sayı 42-dən 38-ə endi.
↑ 12Nisbətlər yuvarlaqlaşdırılarkən tanınmış 3 fiqur, Ronaldonun 2007–08 mövsümündə qol nisbəti 0.912 idi, Droqbanın 2009–10 mövsümündə nisbəti isə 0.906 idi.[29]