Məhəmməd Salah

Məhəmməd Salah[4] (ərəb. محمد صلاح‎, tam adı Məhəmməd Salah Həmid Qali; 15 iyun 1992, Qarbiya, Misir) — İngiltərənin "Liverpul" futbol klubunun və Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar Misir futbolçusu.

Məhəmməd Salah
ərəb. محمد صلاح
2021-ci ildə Misir millisinin heyətində olarkən.
2021-ci ildə Misir millisinin heyətində olarkən.
Ümumi məlumatlar
Tam adı Məhəmməd Salah Həmid Qali[1]
Ləqəbi The Pharaoh
Doğum tarixi (32 yaş)
Doğum yeri Qarbiya, Misir[2]
Vətəndaşlığı Misir Misir
Boyu 1.75[3]
Çəkisi 69 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub İngiltərə Liverpul
Nömrəsi 11
Karyerası
Gənclik karyerası
2006—2010 Misir Əl-Mokavlun Əl-Ərəb
Klub karyerası[* 1]
2010—2012 Misir Əl-Mokavlun Əl-Ərəb 38 (11)
2012—2014 İsveçrə Bazel 47 (9)
2014—2016 İngiltərə Çelsi 13 (2)
2015  İtaliya Fiorentina 16 (6)
2015—2016  İtaliya Roma 34 (14)
2016—2017 İtaliya Roma 31 (15)
2017— İngiltərə Liverpul 140 (90)
Milli yığma[* 2]
2010—2011 Misir Misir (20 yaşlılar) 11 (3)
2011—2012 Misir Misir (23 yaşlılar) 11 (4)
2011— Misir Misir 79 (37)
Təltif və medalları
Afrika Millətlər Kuboku
Gümüş Qabon 2017

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salah peşəkar karyerasına 2010-cu ildə doğma vətənində — yetirməsi olduğu "Əl-Mokavlun Əl-Ərəb" komandasında başlayıb. 2017-ci ildən "Liverpul" komandasında çıxış edən futbolçu buna qədər ardıcıl olaraq "Bazel", "Çelsi", "Fiorentina" və "Roma" komandalarında forma geyinib. Salah erkən yaşlarından ölkəsini beynəlxalq arenada təmsil edir. O, 2011-ci ildə gənclərdən ibarət komandalar arasında dünya çempionatında, 2012 ildə isə Yay Olimpiya Oyunlarında çıxış edib. 2017-ci ildə əsas yığmanın heyətində Afrika Millətlər Kubokunun gümüş mükafatçısı olub. DÇ-2018-in seçmə mərhələsində 5 qol vuran Salah, Misir millisinin 28 illik fasilədən sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasında əsas pay sahiblərindən biri olub.

O, "Bazel" komandası ilə iki dəfə İsveçrə superliqasını (2012-2013, 2013-14), "Çelsi" komandası ilə isə Premyer Liqanı (2014-2015) və Liqa Kubokunu (2014-2015) qazanıb. 2012-ci ildə Afrikanın ən yaxşı gənc futbolçusu mükafatını alıb.[5] 2013-cü ildə İsveçrə superliqasının ən yaxşı oyunçusu mükafatına layiq görülmüşdür.

Salah 2017-ci ildə Afrikada ilin futbolçusu,[6] BBC-nin versiyasına görə Afrikada ən yaxşı futbolçu[7]Premyer Liqada ayın ən yaxşı futbolçusu (Noyabr) adına layiq görülüb.[8] O, həmçinin Afrika Millətlər Kuboku turnirinin rəmzi komandasına düşüb.[9]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Əl-Mokavlun Əl-Ərəb

[redaktə | mənbəni redaktə et]

Salah "Əl-Mokavlun Əl-Ərəb" futbol klubunun yetirməsidir. O, 2010-cu il mayın 3-də "Əl-Mənsur" komandasına qarşı oyunda birinci komandanın heyətində debüt edib. 2010-11 mövsümündə Məhəmməd əsas heyətdə yerini möhkəmlədib. 2010-cu il dekabrın 25-də "Əl-Əhli" komandasına qarşı oyunda Salah komandanın heyətində ilk qolunu vurub. 2012-ci ilin əvvəlində Port-Səid stadionunda baş verən faciədən sonra Misirdə futbol çempionatının oyunları qeyri-müəyyən müddətə dayandırılıb.[10]

Məhəmməd Salah 2012-ci ilin yayında İsveçrənin "Bazel" komandasına keçib. 23 iyun 2012-ci ildə Rumıniyanın "Styaua" komandasına qarşı keçirilən yoldaşlıq oyununda yeni klubunun heyətində debüt etmiş və ilk qolunu vurmuşdur. Klubun heyətində rəsmi debütü UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Norveçin "Mölde" komandası ilə görüşə təsadüf edib.[11] O, avqustun 12-də "Tun" komandası ilə keçirilən görüşdə İsveçrə çempionatında debüt edib. Salah bu görüşdə "Bazel"in vurduğu bütün qollarda yaxından iştirak etmiş və komandasının 3:1 hesablı qələbəsində böyük pay sahibi olmuşdur.[12] Avqustun 18-də "Lozanna" komandası ilə keçirilən görüşdə çempionatda ilk qolunu vurub.[13]

  1. "Premier League Clubs submit Squad Lists" (PDF). İngiltərə Premyer Liqasının rəsmi saytı. 2014-02-14. səh. 9. 2014-03-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-02-14.
  2. "رحلة صعود محمد صلاح من قرية "نجريج" إلى مونديال روسيا" (Arabic). 9 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 October 2017.
  3. "Player Profile: Mohamed Salah". chelseafc.com. 2014-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.
  4. "Mohamed Salah". Soccerway. 2 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2014.
  5. "Toure wins his second African Player of the Year Award – Football News – CAF". Cafonline.com. 2012. 29 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2012.
  6. Press, Associated. "Liverpool's Mohamed Salah wins African footballer of the year". The Guardian (ingilis). 2018-01-04. ISSN 0261-3077. 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  7. "Salah named African Footballer of the Year 2017". BBC Sport (ingilis). 2017-12-07. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  8. "Mo Salah beats Eden Hazard and Ashley Young to PFA player of the month award". The Sun (ingilis). 2017-12-04. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  9. "AFCON 2017: CAF names team of the tournament". soccer24.co.zw. 6 February 2017. 10 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2017.
  10. "Egypt's Premier League cancelled". BBC Sport. British Broadcasting Corporation. 10 March 2012. 31 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2012.
  11. "Базель VS. Мольде 1:1" (ingilis). soccerway.com. 2012-08-08. 2020-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
  12. "Базель VS. Тун 3:1". soccerway.com. 2012-08-12lang=en. 2020-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
  13. "Базель VS. Лозанна 2:0" (ingilis). soccerway.com. 2012-08-18. 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]