Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda (2013 - 2021-ci illər) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.
Müxtəlif sahələri, o cümlədən elmi və siyasi sahələri əhatə edən 22 kitab və tərcümələrin müəllifidir.
Qaley Əli oğlu Allahverdiyev 1950-ci ilin aprel ayının 29-da Başqırdıstan MSSR-in Çelyabinsk vilayətinin Uçalı rayonunun Kiçik Uçalı qəsəbəsində zəhmətkeş ailəsində anadan olmuşdur. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili tərcüməçiləri şöbəsini bitirmişdir.
20-dən artıq monoqrafiya və tərcümələrin müəllifidir. Altıcildlik "Heydər Əliyev və Şərq" monoqrafiyasının həmmüəllifidir. Əsərləri Azərbaycan, rus, ərəb, ingilis və fars dillərində nəşr olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə Q.Ə.Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir[1]. O, 2021-ci il 23 iyul tarixində bu vəzifədən geri çağırılmışdır.[2]
Xətib Təbrizinin "Kitab əl-kafi fi-l-əruz va-l-qavafi" traktatı Şərq poetikasının bir məxəzi kimi. Rus dilində. Bakı, "Elm" nəşriyyatı, 1992-ci il. – 103 səh.
Xətib Təbrizinin "Şərh əl-Həmasə"si. Bakı, "Sabah" nəşriyyatı, 1992-ci il. — 211 səh.
Nəsimi gəzən yerlər… Bakı, "Sabah" nəşriyyatı, 1995-ci il. – 85 səh.
Müstəqil Azərbaycanın lideri Heydər Əliyev. Ərəb dilində. "Mərkəzu fəcr li-t-tıbaa" nəşriyyatı, 1996-cı il. – 63 səh.
Azərbaycan bu gün. Ərəb dilində. "Mərkəzu fəcr li-t-tıbaa" nəşriyyatı, 1996-cı il. – 83 səh.
Erməni təcavüzü və Azərbaycan qaçqınlarının faciəsi. Dıktor Abdulla Əbdülhəmid İbrahim Səad ilə birlikdə. Ərəb dilində. "Mərkəzu fəcr li-t-tıbaa" nəşriyyatı, 1996-cı il. – 74 (46 + 28) səh.
Heydər Əliyev və Şərq. İ cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Ozan" nəşriyyatı, 2002-ci il. – 383 səh.
Heydər Əliyev və Şərq. İI cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Ozan" nəşriyyatı, 2002-ci il. – 450 səh.
Heydər Əliyev və Şərq. İII cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Çaşıoğlu" nəşriyyatı, 2003-ci il. – 471 səh.
Heydər Əliyev və Şərq. İV cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Çaşıoğlu" nəşriyyatı, 2003-ci il. – 519 səh.
Heydər Əliyev və Şərq. İran İslam Respublikası. Vəhdət Sultanzadə ilə birlikdə. Fars dilində. Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2003-cü il. – 583 səh.
Sakip Sabançı. Dəyişən və yüksələn Türkiyə. Türk dilindən tərcümə. Bakı, "Ozan" nəşriyyatı, 2003-cü il. – 304 səh.
Heydər Əliyev və Şərq. V cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Çaşıoğlu" nəşriyyatı, 2004-ci il. – 551 səh.
XI əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri. Bakı, "Tural" nəşriyyat-poliqrafiya mərkəzi, 2004-cü il. – 286 səh.
Xətib Təbrizi. Kitab əl-kafi fi-l-əruz va-l-qəvafi. Ərəb dilindən tərcümə. Bakı, "Tural" nəşriyyat-poliqrafiya mərkəzi, 2004-cü il. – 426 səh.
Heydər Əliyev və Şərq. Türkiyə. I cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Çaşıoğlu" nəşriyyatı, 2005-ci il. – 542 səh.
Heydər Əliyev və Şərq. Türkiyə. II cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Çaşıoğlu" nəşriyyatı, 2005-ci il. – 588 səh.
Heydər Əliyev və Şərq. Türkiyə. III cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Çaşıoğlu" nəşriyyatı, 2005-ci il. – 757 səh.
Heydər Əliyev və Şərq. İran. IV cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Çaşıoğlu" nəşriyyatı, 2005-ci il. – 478 səh.
Heydər Əliyev və Şərq. İKT dövlətləri. V cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Çaşıoğlu" nəşriyyatı, 2005-ci il. – 357 səh.
Heydər Əliyev və Şərq. Türk dünyası. VI cild. Vəhdət Sultanzadə ilə birlikdə. "Çaşıoğlu" nəşriyyatı, 2006-ci il. – 479 səh.