Qarabağ–İnter Milan 0:0 — UEFA Avropa Liqası 2014/2015 qrup mərhələsinin 6-cı turunda 11 dekabr 2014-cü ildə Bakıda keçirilmiş qarşılaşma. Oyundan əvvəl "Qarabağ" 5 xalla qrupda ikinci, "İnter Milan" 11 xalla birinci yerdə idi.
Qarabağ 0–0 İnter Milan | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
Turnir | UEFA Avropa Liqası 2014/2015 qrup mərhələsi | ||||||
|
|||||||
Tarix | 11 dekabr 2014 | ||||||
Yer | Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı | ||||||
Hakim | Miroslav Zelinka | ||||||
Tamaşaçı | 31.200[1] |
"Qarabağ" 2013-14 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olaraq UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. I təsnifat mərhələsində Maltanın "Valletta" klubunu mübarizədən kənarlaşdırıb. II mərhələdə Avstriyanın "Red Bull Zalsburq" klubuna məğlub olaraq mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirib. Bu mərhələdə Niderlandın "Tvente" klubunu mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[2]
"İnter Milan" İtaliya A seriyasının 2013-14 mövsümünü 5-ci yerdə başa vuraraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.[3] Bu mərhələdə İslandiyanın "Styarnan" klubunu məğlub edərək qrup mərhələsinə yüksəlib.[4]
3 oktyabr 2014-cü ildə "Qarabağ" və "İnter" arasında Milanda keçirilmiş ilk oyunda "İnter" Danilo D'Ambrozio və Mauro İkardinin qolları ilə 2-0 hesabı ilə qələbə qazanmışdı.[5]
Bu oyuna qədər "İnter" 11 xal toplayaraq növbəti mərhələyə vəsiqəni təmin etmişdi. "Qarabağ" qrupda 5 xalla ikinci pillədə idi. "Qarabağ" məğlub olacağı təqdirdə növbəti mərhələ şansını itirirdi. Oyunda heç-heçə olacağı halda isə qrupda keçirilən digər oyunun nəticəsindən asılı olaraq növbəti mərhələyə yüksələ bilərdi. "Dnepr"-"Sent-Etyen" oyunu da heç-heçə başa çatsa idi, "Qarabağ" ikinci pillənin sahibi kimi növbəti mərhələyə yüksələcəkdi.[2] Qrupda vəziyyət aşağıdakı kimi idi:
Komanda | X | O | Q | H | M | VQ | BQ | QF |
---|---|---|---|---|---|---|---|---|
İnter Milan FK | 11 | 5 | 3 | 2 | 0 | 6 | 2 | +4 |
Qarabağ FK | 5 | 5 | 1 | 2 | 2 | 3 | 5 | -2 |
Sent-Etyen FK | 5 | 5 | 0 | 5 | 0 | 2 | 2 | 0 |
Dnepr FK | 4 | 5 | 1 | 1 | 3 | 3 | 5 | -2 |
Oyun saat 21:00-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda başlayıb. Qarşılaşmanı 31200 azarkeş izləyib. Oyunun Oyunun 18-ci dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov sarı vərəqə alıb. 43-cü dəqiqədə "Qarabağ"ın hücumçusu Vüqar Nadirov zədələnərək oyunu davam etdirə bilməyib. Namiq Yusifov onun yerinə oyuna daxil olub. İlk hissə 0-0 hesabı ilə başa çatıb.
İkinci hissədə, 60-cı dəqiqədə Qurban Qurbanov daha bir futbolçunu əvəzləyib. Namiq Ələsgərovun əvəzinə oyuna İlqar Qurbanov daxil olub.
Oyunun ikinci hissəsinə əlavə edilmiş 3-cü dəqiqədə Riçard Almeyda "İnter"in qapısına qol vursa da, hakimlər bu qolu qeydə almayıb və oyun 0-0 hesabı ilə başa çatıb.[6]
11 dekabr 2014 21:00 UTC+04:00 |
|
Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Tamaşaçı: 31200 Hakim: Miroslav Zelinka |
|
|
Statistika | Qarabağ | İnter Milan |
---|---|---|
Qollar | 0 | 0 |
Ümumi zərbələr | 6 | 9 |
Çərçivəyə zərbələr | 3 | 3 |
Qapıçı seyvləri | 1 | 3 |
Topa yiyələnmə | 43 % | 57 % |
Küncdən zərbələr | 8 | 3 |
Qayda pozuntuları | 18 | 16 |
Oyundan kənar vəziyyətlər | 2 | 3 |
Sarı kartlar | 1 | 0 |
Qırmızı kart | 0 | 0 |
Oyun 0-0 hesabı ilə başa çatdıqdan və paralel keçirilən "Dnepr"-"Sent-Etyen" qarşılaşmasında "Dnepr" 1-0 hesabı ilə qələbə qazandıqdan sonra qrupda "İnter" və "Dnepr"in növbəti mərhələyə keçdiyi rəsmiləşdi.[8] Qrupda son vəziyyət aşağıdakı kimi oldu:
Komanda | X | O | Q | H | M | VQ | BQ | QF |
---|---|---|---|---|---|---|---|---|
İnter Milan FK | 12 | 6 | 3 | 3 | 0 | 6 | 2 | +4 |
Dnepr FK | 7 | 6 | 2 | 1 | 3 | 4 | 5 | -1 |
Qarabağ FK | 6 | 6 | 1 | 3 | 2 | 3 | 5 | -2 |
Sent-Etyen FK | 5 | 6 | 0 | 5 | 0 | 2 | 3 | -1 |
Oyun başa çatdıqdan sonra "Qarabağ" son dəqiqələrdə vurulan, amma sayılmayan qola görə UEFA-ya şikayət edib.[9] 5 fevral 2015-ci ildə UEFA Nəzarət və Nizam-İntizam Komitəsinin iclasında bu məsələyə baxılıb. UEFA "Qarabağ"ın şikayətini qəbul etməyib, oyunun təkrar keçirilməməsi və hakimlərin cəzalandırılmaması qərara alınıb.[10][11]