Qazaxıstanın simvolu

Qazaxıstanın gerbi4 iyun 1992-ci ildə qəbul edilib. Gerbin müəllifləri Jandarbek Məlibekov və Şota Vəlixanovdur. Final mərhələsində gələcək gerbin təxminən 245 ideya və 67 təsvir layihəsi iştirak edirdi. 1992-ci ilə qədər, Qazaxıstanın gerbi bütün digər keşmiş müttəfiq sovet respublikalarının gerbinə oxşar idi.

Qazaxıstan gerbi
Detallar
Armiger Qazaxıstan Respublikası
Təsis edilib 4 iyun 1992
Zirvə Beşguşəli ulduz
Gerbin lövhəsi qaz. Шаңырақ
Tərəfkeş Yel atı
Şüar ҚA3AҚCTAH
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emblem Tibet Yel Atı simvoluna oxşadılaraq, mifik atların qanadlarının köməyi ilə tənzimlənən alaçığın üst hissəsindəki günbəzə oxşar şanırakın (qaz. Шаңырақ, şañıraq; daha çox rus transkripsiyası ilə rus. Шанырак təsadüf olunur) təsviridir. Emblemin dairə forması həyat və əbədiyyət rəmzidir. Şanırak ailə rifahı, sülh və əmin-amanlıq rəmzidir.

Qazax şanırakına çox oxşar dizayn qonşu ölkə olan Qırğızıstan bayrağında istifadə edilir. Bu Qırğızıstanda tündük kimi tanınır.

Qazaxıstan Respublikasının milli emblemi iki rəngdən ibarətdir: qızılı və mavi. Qızılı rəng Qazax xalqının işıqlı, aydın gələcəyinə uyğundur, mavi rəng isə sülh, həmrəylik, dostluq və birliyi təcəssüm etdirir.

Ölkənin adı qazax dilində (qaz. ҚA3AҚCTAH) gerbin aşağı hissəsində təsvir olunub.[1]

  1. "Қазақстан Республикасының Мемлекеттiк Елтаңбасы". 2015-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]