Qeyri-üzvi və Fiziki Kimya İnstitutu

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 1935
Digər məlumatlar
Direktor Dilqəm Tağıyev
İşçi sayı 513
Ünvan AZ1143, Bakı ş., H.Cavid pr. 113
Sayt kqkiamea.az

Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur.[1]

Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur.

1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır.

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır.[1]

Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir.

1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.

1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.[1]

1991-ci ildə Azərbaycan EA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin təqdimatı əsasında Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə İnstituta akademik Murtuza Nağıyevin adı verilmişdir (11.01.91 il 16 №-li qərar). x3 1975–2002-ci illərdə İnstitutun direktoru akademik Toğrul Şahtaxtinski olmuşdur. Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun əsas elmi istiqaməti kimya-texnoloji sistemlərin modelləşdirilmə və optimallaşdırılma üsullarının, prinsipcə yeni reaksiya və texnoloji sistemlərin, o cümlədən, katalitik proseslərin optimal layihələşdirilməsinin elmi əsaslarının yaradılması olmuşdur.

2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.05.02 il qərarı əsasında Azərbaycan MEA Qeyri-Üzvi və Fiziki Kimya və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutlarının bazasında Kimya Problemləri İnstitutu yaradılmışdır. İnstitutun direktoru vəzifəsinə , akademik Toğrul Şahtaxtinski seçilmiş və 2010-cu ilədək həmin vəzifədə çalışmışdır. Ondan sonra 2014-cü ilədək direktor vəzifəsində akademik Ağadaş Əliyev çalışmış, 2014-cü ildə isə direktor vəzifəsinə akademik Dilqəm Tağıyev təyin edilmişdir. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.14 il 104№ -li və AMEA-nın Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il 14/8 №-li tarixli qərarına əsasən İnstitutun adı dəyişdirilərək akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu adlandırılmışdır.[1]

  • 0000–0000 Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur.
  • 1937–1941 İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi
  • 1941–1943 professor Şıxbala Əliyev
  • 1943–1949 Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov
  • 1949–1967 Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev
  • 1967–1971 akademik İzzət Orucova
  • 1971–1983 Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov
  • 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmiş
  • 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur
  • 2011–2014 akademik Əliyev Ağadadaş Mahmud oğlu
  • 2014 — akademik Dilqəm Tağıyev

Elmi istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • katalizin fundamental əsaslarının inkişaf etdirilməsi;
  • karbohidrogenlərin çevrilməsi, qaz kimyası və ətraf mühitin qorunması üçün səmərəli katalizatorların və adsorbentlərin işlənilməsi;
  • kimyəvi proseslərin kinetika və mexanizminin öyrənilməsi, modelləşdirilməsi və optimallaşdırılması;
  • müxtəliftəyinatlı funksional materialların, nanokompozitlərin, topoloji izolyatorların, molekulyar maqnetiklərin və keçiricilərin sintezi və tədqiqi;
  • yerli mineral xammalın emalı və praktiki əhəmiyyətli qeyri-üzvi birləşmələrin alınması üçün səmərəli proseslərin yaradılması;

İnstitutun şöbələri və laboratoriyaları

[redaktə | mənbəni redaktə et]

"Mineral xammalın kompleks emalı" şöbəsi

[redaktə | mənbəni redaktə et]

"Qeyri-üzvi funksional materiallar" şöbəsi

[redaktə | mənbəni redaktə et]

"Koordinasiya birləşmələri" şöbəsi

[redaktə | mənbəni redaktə et]

"Koherent — sinxronlaşdırılmış oksidləşmə reaksiyalari" şöbəsi

[redaktə | mənbəni redaktə et]

"Oksidləşdirici heterogen kataliz" şöbəsi

[redaktə | mənbəni redaktə et]

"Nano- və elektrokataliz" şöbəsi

[redaktə | mənbəni redaktə et]

"Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası" şöbəsi

[redaktə | mənbəni redaktə et]

Elmi-yardımçı qurumlar

[redaktə | mənbəni redaktə et]
  • "Elmi-informasıya və patent tədqiqatları" şöbəsi
  • "Elmi nəşrlər" şöbəsi
  • "Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya" şöbəsi
  • "Təhsil" şöbəsi
  • "Fiziki-kimyəvi analiz" şöbəsi
  1. 1 2 3 4 "İNSTİTUTUN YARANMA TARİXİ VƏ ƏSAS NAİLİYYƏTLƏRİ" (az.). https://kqkiamea.az. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]