"Qoşa qanad" ədəbi almanax | |
---|---|
"Qoşa qanad" ədəbi almanax | |
Müəlliflər | Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu |
Janr | bədii |
Mövzu | Ədəbiyyat |
Ölkə | Azərbaycan |
Nəşriyyat | "AFPoliqrAF" mətbəəsi |
Nəşr | 2017 |
Cild | III |
Səhifə | 352 |
Tiraj | 300 |
“Qoşa qanad” bədii almanax — Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan "Qoşa qanad" ədəbi almanax.[1]
Almanax AMEA-nın Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilir. Nəşrin ideya və ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovdur. Ədəbi almanaxın tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, nəşriyyat redaktoru isə Mətanət Novruzovadır.
Almanax İsa Həbibbəylinin “Akademik ədəbiyyat məktəbi” adlı yazısı ilə açılır. Kitabda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların bədii əsərləri, xüsusən də şeir və hekayələri toplanıb. İki hissəli, 352 səhifədən ibarət olan ədəbi almanax "AFPoliqrAF" mətbəəsində çap olunub. Kitabın birinci bölümü şeir, ikinci bölümü nəsr nümunələrindən ibarətdir.
Ədəbi almanax AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin 5 saylı qərarı ilə 2017-ci ildə çap olunub. Kitaba Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyi tərəfindən rəy verilib.
Kitabın I bölümündə AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların bədii əsərləri, xüsusən də şeir və hekayələri toplanıb. Şeir bölməsində İsa Həbibbəyli, Ziya Bünyadov, Vaqif Abbasov, İbrahim Əzizov, Vüqar Əhməd, Cəfər Quluzadə, Knyaz Məmmədov, İmaş Hacıyev, Tağı Hüseynov, İsmayıl Quliyev, Kübra Quliyeva, Zülfiyyə Quliyeva, Əflatun Baxşəliyev, Şakir Albalıyev, Nizami Muradoğlu, Əhməd Qəşəmoğlu, Oktay Bəyaz, Bəhram Basqallı, Rəşid Təhməzoğlu, Vüqar Cəfərov, Gülbəniz Babayeva, Səlimə Əyyubova, Ruşan Ruşanzadə, Atif İslamzadə, Lalə Əliyeva, Qiymət Məhərrəmli, Zəki Bayram (Yurdçu), Qəndab Əliyeva, Aygün İskəndərzadə, Zümrüd Mənsimova, Nigar Vəlizadə, Sevinc Rəcəbova, Telman Quliyev, Natəvan Bağırova, Fazil İsmayılov, Asya Əhmədova, Nərmin Hüseynova, Nazlı İbrahimova, Fatimə Əliyeva, Sevil İbrahimqızı, Yusurə Abdullayeva, Ramilə Cəfərli, Sevinc Hüseynova kimi müəlliflərin şeirləri nəşr edilib.
Nəsr bölməsində Kamran İmranoğlu, Salidə Şərifova, Mərziyyə Nəcəfova, Ələddin Məlikov, İlhamə Qəsəbova, Mir Namik Bəşirov, Səlimə Əyyubova, Sadıq Qarayev, Göyərçin Mustafayeva, Rəşid Fətəliyev, Nicat Məmmədov, Əsmər Hüseynova, Natəvan Bağırova, Fazil İsmayılov, Vüsalə Əbdüləli qızı, Nərmin Hüseynova, Aynur Cəlilova, Mənzər Niyarlı, Turxanım Hümbətova kimi əməkdaşların hekayələri yer alıb.
Ümumilikdə kitabda ayrı-ayrı elmi fəaliyyət sahələrini əhatə edən alimlərin müxtəlif mövzulu və formalı bədii nümunələri cəm olunub. Həmçinin, Elmlər Akademiyasının Ədəbiyyat, Neft-Kimya Prosesləri, Molekulyar Biologiya və Biotexnologiyalar, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri, Memarlıq və İncəsənət, Şərqşünaslıq, Botanika, Coğrafiya, Dilçilik, Folklor, Radiasiya Problemləri, Torpaqşünaslıq və Aqrokimya, Fəlsəfə, Mərkəzi Nəbatat Bağı, Ədəbiyyat Muzeyi, Fizika, Zoologiya kimi institutlarında çalışan tədqiqatçılar bədii əsərləri sayəsində bir araya gəliblər.