Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır.
BM-21 Qrad | |
---|---|
| |
Tipi | Reaktiv yaylım atəş sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1963-davam edir |
İstismara başlanması | 1963 |
İstismar edənlər | İstifadəçilər bölməsinə bax |
İstifadə edilən döyüşlər | Qarabağ müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Splav dövlət araşdırma və istehsalat müəssisəsi |
Konstruksiya tarixi | 1963 |
İstehsalçı | Splav dövlət araşdırma və istehsalat müəssisəsi |
İstehsal illəri | 1963-davam edir |
Xüsusiyyətləri | |
Ağırlığı | 13.71 ton |
Şose sürəti | 75 km/s |
Uzunluğu | 7.35 m |
Eni | 2.40 m |
Hündürlüyü | 3.09 m |
Ekipaj | 3 |
Mərminin başlanğıc sürəti | 2 atış/saniyə |
Maksimum məsafə | 405 km |
Nişangah | PG-1M panoramik teleskop |
Vikianbarda əlaqəli mediafayllar |
Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıcı qurğunun hərəkət sürəti 75–90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün "Vivariy" kompleksi tətbiq edilir.
Lülə diametri: 122 mm
Lülə sayı: 40 ədəd
Doldurulma: 7 dəqiqə
Məhvetmə radiusu: 145.000 m²
Salvo Atış müddəti: 20 saniyə
Atəş məsafəsi: 42 km
Qrad yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün, artilleriya və minomyot bateriyalarını susdurmaq, möhkəmləndirilmiş sədlərin dağıdılması üçün tətbiq edilə bilər. SSRİ-nin Əfqanıstanda apardığı müharibə zamanı geniş tətbiq olunmuşdur.
"Qrad"da aşağıdakı raketlərdən istifadə edilə bilər: