Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi

Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq MuzeyiMasallı rayonunun Hişkədərə kəndində yerləşən muzey.[1] Muzeyin direktoru Əntiqə Tağıyevadır.[1]

Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1952[1]
Mövzu tarix, diyarşünaslıq
Yerləşir Azərbaycan, Masallı, Hişkədərə
Kolleksiyası 19000-dən çox eksponat[1]
Direktor Əntiqə Tağıyeva

Muzey 1952-ci ildən fəaliyyət göstərir.[1] Muzey bu kəndin tanınmış ziyalısı, Əməkdar müəllim, hazırda adı bu muzeyə verilmiş Rəhim Tağıyevin şəxsi təşəbbüsü və misilsiz əməyi ilə yaradılmışdır.[1] 15 il ictimai əsaslarla — Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət göstərdikdən sonra onun üçün 1975-ci ildə ayrıca bina tikilmişdir.[1] Məktəb muzeyində olan eksponatlar həmin binaya köçürülmüş və bundan sonra muzey artıq ölkəşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirmişdir.[1] Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1977-ci il tarixli, 283 nömrəli qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il tarixli, 299 nömrəli əmri ilə muzey dövlət statusu almış və Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir.[1] 2005-ci ildən muzey onu yaradanının — Rəhim Tağıyevin adını daşıyır.[1] Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır.

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir. Eksponatlara isə heç bir dövlət vəsaiti sərf olunmadan əldə edilmişdir. Müxtəlif illərdə rayonun Ərkivan, Hişkədərə, Mişkəmi, Boradigah, Tatyanoba, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerlərindən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri bu Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur.[1]

1976-cı ildə Tarix- Diyarşünaslıq muzeyi üçün bina tikilmişdir.[1] İlham Əliyev Cənabları 2013-il sentyabırında Masallı rayon Tarix-Diyarşünaslıq muzeyin tikilməsi üçün sərəncam vermişdir. Masallı Tarix-Diyarşünaslıq muzeyi uçun müasir tələblərə cavab verən yeni bina inşa edildi. Hişkədərə kəndində yerləşən muzeyin eksponatları 2016-cı ilin may ayından rayon mərkəzində tikilən Tarix-Diyarşünaslığın yeni binasına köçürüldü. Muzey üçün tikilmiş yeni binada Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən Toğrul Əfəndiyevin birqadasının başçılığı altında muzeyin təyinatına uyğun olaraq müasir standartlara cavab verən tərtibat işləri aparıldı. Ümumi sahəsi 1861 kvm olan muzeyin ekspozisiya zalı 2 mərtəbəni əhatə edən geniş ekspozisiya zallarından ibarətdir. Binanaın mansar hissəsində Masallı Dövlət Rəsm Qalereyası yerləşir.[2]

1977-ci il avqustun 13-də Nazirlər Sovetinin 283 saylı əmrinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il 299 nömrəli əmrinə əsasən muzeyə dövlət statusu verilmişdir.1978-ci ildə Hişkədərə kəndində Masallı rayon tarix-diyarşünaslıq muzeyinin rəsmi açılışı olmuşdur

Mövcud vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Hazırda bu muzey xeyli böyümüş və onun palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Masallıda gənclərin Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası". www.masalli-ih.gov.az. İstifadə tarixi: 22.02.2021.
  • "Masallı Tarix-Diyarşunaslıq Muzeyinə 85 eksponat daxil olmuşdur". 22.02.2021. İstifadə tarixi: www.masalli-ih.gov.az.
  • "4 noyabr 2016-cı ildə Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə Masallı rayon Mərkəzi kitabxanası "Multikulturalizm və vətənpərvərlik" mövzusunda tədbir keçirib". masalli.cls.az. İstifadə tarixi: 22.02.2021.[ölü keçid]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Tofiq Babayev, Tahir Şahbazov. MASALLI — tarixlə müasirliyin qovuşduğu diyar Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine. xalqqazeti.com, 08.02.2016  (az.)
  2. "Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq muzeyi". heydaraliyev-centers.az. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.02.2021.