Tatyanoba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]
Tatyanoba | |
---|---|
39°03′ şm. e. 48°35′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 57 m |
Saat qurşağı | |
Əhalisi 1387 nəfərdir.[2]
Kənd XIX əsrin axırlarında salınmışdır. Əsl adı Tationobadır. Bu coğrafi ad Cənubi Azərbaycandan gəlmiş və muzdla işləyən ailələrə verilmiş tatı adından, talış dilindəki -on cəmlik bildirən şəkilçidən və oba coğrafi terminindən ibarət olub, "tatların obası" mənasındadır. Bəzi məlumatlara görə, sahilində yerləşdiyi Tatyan çayının adı ilə adlanmışdır.[3]
Rəşid Lətifov — İkinci Qarabağ müharibəsi şəhidi