Bambaşı

BanbaşıAzərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[1]

Banbaşı
39°02′25″ şm. e. 48°37′39″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 25 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Banbaşı xəritədə
Banbaşı
Banbaşı

Toponimikası[redaktə | mənbəni redaktə et]

Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır.[2]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Hazırda kəndin əhalisi 2440 nəfərdir.[5]

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

Şəhidləri[redaktə | mənbəni redaktə et]

Əhmədov Əhmədağa Abdulbağı oğlu - İraqın Nəcəf şəhərində 25 il ali dini təhsil almış, 1937-ci ildə repressiya qurbanı olmuşdur. II Dünya müharibəsində iştirak edənlər: 150 nəfər cəbhəyə getmiş, onlardan 50-si cəbhədən sağ qayıtmışdır.[6]

I Qarabağ şəhidləri:

II Qarabağ müharibəsi şəhidi:

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ Qərarı". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. Banbaşı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37[ölü keçid]
  4. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  6. "Arxivlənmiş surət". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.
  7. "Arxivlənmiş surət". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]