Rixard Lüdviq Henrix Avenarius (alm. Richard Ludwig Heinrich Avenarius) — İsveçrə və Almaniya filosofu, empiriokritisizmin banisi.
Rixard Avenarius | |
---|---|
Doğum tarixi | 19 noyabr 1843[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 1896[1][3][…] (52 yaşında) |
Vəfat yeri | |
Əsas maraqları | fəlsəfə[4] |
Vikianbarda əlaqəli mediafayllar |
İdrakı hər cür metafizik konstruksiyalardan təmizləməsi qarşısına məqsəd qoyan Avenarius belə bir ideyadan çıxış edirdi ki, xalis təcrübənin vahid gerçəkliyində psixi ilə fiziki, daxili ilə xarici aləm arasında fərq yoxdur; mən və ətraf eynidir və bütövlükdə bir-biri ilə qarşılıqlı asılılıqda və əlaqədədir, biomorf təbii dünya anlayışının mərkəzində Avenariusa görə ən az qüvvələr qənaəti prinsipinə uyğun olaraq mühitlə canlı dinamik tarazlığı saxlayan fəal mərkəz kimi canlı orqanizm yerləşir. Avenariusun empiriokritik fəlsəfəsi dialektik materializm tərəfdarlarının tənqidinə məruz qalmışdır.[5]