Rus Pravoslav kilsəsi (Gəncə)

Aleksandr Nevski Kilsəsi[1]Gəncə şəhərində 1887-ci ildə tikilmiş pravoslav kilsəsidir. Kilsə Bakı yeparxiyası tabeliyindədir. Kilsənin baş rahibi yerey Andrey Bezatosnıydır.

Aleksandr Nevski kilsəsi
Александро-Невская церковь
Xəritə
40°40′45″ şm. e. 46°21′23″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Nizami rayonu, Hacı Əli Hüseynzadə küç. 2
Aidiyyatı Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası
Tikilmə tarixi 1887
Üslubu Bizans memarlığı
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi sayt baku-eparhia.ru/church/a…
İstinad nöm.3855
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Aleksandr Nevski kilsəsi (Gəncə)
Aleksandr Nevski kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilsə Gəncə şəhərinin Nizami rayonunda yerləşir. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biridir (Bakıdakı Mixaylo-Arxangelsk kilsəsindən sonra ikinci). Azərbaycan Respublikası Tarixi Abidələrinin Milli Reyestrinə daxil edilmişdir.

Məbəd 1887-ci ildə köhnə qəbirstanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Mənbələrə görə 1916-cı ildə, bu məbəd bir kafedral statusuna sahib idi. Bina Bizans üslubunda plint kərpicdən tikilmişdir.[1]

Kilsə 1931-ci ildə Sovet höküməti tərəfindən bağlanmışdır. 1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilmişdir. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi.[2].

1946-cı ildə məbəd Rus Pravoslav Kilsəsinə qaytarılmışdır. Kilsənin qədim interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır. Məbəddə ibadət mərasimləri altıncı və bazar günləri, həmçinin pravoslav bayramlarında keçirilir.

1997-ci ildə kilsənin yaradılmasının 110 illiyi qeyd olunmuşdur.[3] 2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.[4]

  1. 1 2 Кишкинова, Е. М. «Византийское возрождение» в архитектуре России. Середина XIX — начало XX века. — СПб.: Искусство, 2007. — 256 с. — С. 248. — ISBN 978-5-210-01611-9.
  2. Вестник Института по изучению истории и культуры СССР. Вып. 14 — 17. Мюнхен: Единение. 1955. 104.
  3. Заплетин, Г. Русские в истории Азербайджана / Г. Заплетин, Г. Ширин-заде. Баку: Ганун. 2008.
  4. CBC. "Rus Pravoslav Kilsəsi yenidən təmir olunub" (az.). Youtube.com. 15.09.2017. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]