Rusiya Amerikası

Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-nin Alyaska ştatının ərazisində yaradılan və Rusiya imperiyası tərəfindən idarə olunan tarixi dövlət. Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin (RAC) rolu daha böyük olub. Rusiya İmperiyasının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-yə 7.2 milyon dollara satılması ilə nəticələnmiş, bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır.

dövlət
Rus Amerikası
Русская Америка
Bayraq Gerb
Bayraq Gerb
Rus Amerikası (1799–1867)
Rus Amerikası (1799–1867)
 
 

Dilləri rus dili
Rəsmi dilləri Rus dili
Dövlət dini şərqi ortodoks xristianlıq
Valyuta Rubl
Ərazisi 1 518 800
Əhalisi 30.000
İdarəetmə forması Respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk kəşflər

[redaktə | mənbəni redaktə et]

Alyaskaya ilk dəfə ruslar gəlmişlər. 1648-ci ildə Semyon Dejnyov Sibirdə yerləşən Kolıma çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadır çayının məsəbinə çatmışdır. Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejnyovdan daha tez çatmışdır. Ancaq bunu sübut edə biləçək bir dəlilil yoxdur. 1741-ci ilin iyununda Kamçatkaya səfərə çıxan Vitus Berinqin Bosmanı olan Aleksey Çirkov indi ki Alyaska ilə Kanadanın yaxınlığında yerləşən ərazidən sahilə çıxmışdır.

Alyaska ərazisinin kəşf olunması,xəbəri daha çox Rusiyada kürk ticarəti ilə məşğul olan tacirləri sevindirdi. Onlar Sibirdən başlayaraq Aleut adalarına qədər olan yeri 2 ay müddətində getmişdirlər. Tez-tez səfər etmək əlverişli deyildi. Yolun uzaq olması və hər dəfə səfər xərçlərinin çoxluğu Rusiyalı tacirlərin burada yeni yaşayış məsgənləri salması ilə nəticələnmişdi. Alyaskada ilk özgə yaşayış məsgənini Ruslar tərəfindən 1790-cı ildə salınmışdır.

Aleksandr Baranov Rus Amerikasının rəhbəri. Rusiya-Amerika şirkəti prezidenti olmasada Alyaskanın idarə etmişdir. 1799–1818 illərdə.

Bunlar elədə böyük olmayan balıqçı kəndləri idi. Kürk ticarəti ruslara xeyli gəlir gətirməyə başlayırdı. Onlar, əsasən Berinq körfəzi ərazisində, suiti, dəniz samur kimi heyvaları ovlayır, və dərilərini baha qiymətə satırdılar. Bu işin gəlirli bir sahə olduğunu görən rusların sayı Alyaskada durmadan artmaqda davam edirdi. Ov zamanı, əsasən yerli əhalidən Eskimo və Aleut tayfalarından istifadə olunurdu. Ruslar Alyaskaya gələnən az bir müddət sonra yerli əhalinin demək olar ki, hamısının özərindən aslı vəziyyətə salmışdırlar. Rus Amerikasında birinci rus qəsəbələri Qriqori İvanoviç Şelixov irkutsk taciri tərəfindən salınmışdır. Kütləvi şəkildə ovlanma nəticəsində dəniz heyvanlarının sayı azalmışdır.Bununla ruslar yerli əhalini daha cox inçitməyə başlamış, onları ovlamaq üçün daha əlverişsiz yerlərə göndərmişlər. Xususəndə Şelikov və Galikov şirkətinin yerli xalqa qarşı olan münasibəti nəticəsində Aleutlar, üsyan etmiş və qalib qəlmişdirlər. Ancaq texniki baxımdan daha üstün olan ruslar sonda Aleutlar üzərində qələbə qazanmışlar. Aleut xalqı ruslarla yaratdığıları münasibərlər, kütləvi qrip epidemiyası, qətliyamlar səbəbindən xalqın 80% məhv olmuşdur. Alyaskanın strateji cəhətədən cox sərfəli ir yerdə yerləşməsi,bu ərazilərə tacirlərin axınına səbəb olurdu. Ətraf yerlərdən gətirilən mallar, bəzən rusların ərazilərdində dayanır və ya bir neçə gecə qalırdılar. 1784-cü ildən etibarən Alyaskanın daha yaxşı idarə olunması üçün burada Rusiya-Amerika şirkəti yaradılmışdır. Şirkətinin sahibi olan Qriqori Şelixov Kodiak adasında yüzə yaxın yerlini qətlə yetirilməsi haqqında əmr vermiş və bu şəkildə ada da hakimiyyətini qura bilmişdir. 1790-cı ildə Moskvaya qayıdan Qriqori Şelixov Alyaskanın idarəsin Aleksandr Baranova tapşırır. Daha sonra əraziyə, təxminən iki il ərzində minə yaxın rus gəlmişdir. Onlardan çoxu yerli qızlarla evlənmişdir.1795–1802-ci illər, ruslarla yerli aleutlar arasında müharibə baş vermişdir. Müharibə zamanı texniki üstünlüyə sahib Alexandr Baranov qalib gəlmiş və onlarla Aleut kəndi dağıtmışdır.Bundan sonra Aleksandr Baranov tərəfindən 1799-cu ildə Novo-Arxangelsk şəhərinin əsası qoyulmuş və bu Amerika Rusiyasının paytaxtı olmuşdur.Şəhər indi ki, ABŞ-nin Alyaska ştatında yerləşən Sitka şəhəridir.Rusiya-Amerika şirkətinin fəaliyyəti nəticəsində Kaliforniyayla, Havay adalarıylaÇinlə Şimali Amerikada rus qəsəbələrinin ticarət əlaqələri əhəmiyyətli dərəcədə genişlənmiş, yeni qəsəbələr yaradılmışdılar. Bu zamanlar Rus Amerikasında gəmi inşaatı, misəridən zavodlar inşa olunmuş və kömür çıxartmağa başlanmışdır, Alyaskada orta məktəb açılmışdır. Rusiya hökuməti vasitəsi ilə 1804–1840-də şirkət Sakit okean sahillərinə 25 gəmilik ekspedisiya təşkil etmişdir.

1800–1867 illər

[redaktə | mənbəni redaktə et]
1867-ci ildə Alyaskanın Rusiya İmperiyası tərəfindən ABŞ-yə satılmasını təsdiq edən, dəyəri 7.2 milyon dollar olan çek

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]