Qurban Məmiş oğlu Abbasov (2 yanvar 1944, Göyçə gölü hövzəsi[d] – 5 dekabr 1998, Gəncə) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1981).
Qurban Abbasov | |
---|---|
Doğum tarixi | 2 yanvar 1944 |
Doğum yeri | Göyçə, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | 5 dekabr 1998 (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1968–1998 |
Teatr | Gəncə Dövlət Dram Teatrı (1968–1998) |
Mükafatları |
Qurban Abbasov 2 yanvar 1944-cü ildə kiçik Vedi mahalının Qarabağlar kəndində dünyaya gəlmişdir. O, 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Təyinatla Gəncə Dövlət Dram Teatrına göndərilib və 1968–1998-ci illərdə yaradıcılığı ancaq bu kollektivlə bağlı olub.[1]
Qurban Abbasov sadə dramatik rollarda, tipik-xarakterik personajların ifasında daha çox uğur qazanırdı. Lirik-psixoloji və həmçinin romantik səciyyəli qəhrəman rolları da olmuşdur.[1]
Qurban Abbasov 5 dekabr 1998-ci ildə Gəncə şəhərində vəfat etmişdir.
Tamaşa | Müəllif | Rol |
---|---|---|
Bəxtsiz cavan | Əbdürrəhim bəy Haqverdiyev | Fərhad |
Anaların divanı | İslam İbrahimov | Yusif İdris |
Yaşar | Cəfər Cabbarlı | Toğrul |
Solğun çiçəklər | Cəfər Cabbarlı | Qurban |
Oqtay Eloğlu | Cəfər Cabbarlı | Aslan bəy |
Xanımın əxlaq dərsi | Qabriel Zapolskaya | Zbışko |
Şərqin səhəri | Ənvər Məmmədxanlı | Cavanşir bəy |
Küləklər | Sabit Rəhman | Əlibala |
Aygün diyarı | Mustay Kərim | Kənar adam |
Böyük ürək | İmran Qasımov Həsən Seyidbəyli |
Rüstəm |
Mezozoy əhvalatı | Maqsud İbrahimbəyov | Zaur |
Araba hələ aşmayıb | Otia İoseliani | Buxuti |
Qaçaq Nəbi | Süleyman Rüstəm | Mehdi |
Yağışdan sonra | Bəxtiyar Vahabzadə | Cığatay |
Komsomol poeması | İsgəndər Coşqun | Cəlal |
Qoca | Maksim Qorki | Pavel |
III Riçard | Uilyam Şekspir | Kral IV Eduard |
Atabəylər | Nəriman Həsənzadə | Əcəmi |
Sokratla söhbətlər | Edvard Braginski | Sokrat |
Ezop | Gilerma Fiqeyredu | Ezop |
Sənsiz | Şıxəli Qurbanov | Tərlan |