Kərim Sultanov

Kərim Xankişi oğlu Sultanov (16 aprel 1913, Traubenfeld, Qazax qəzası5 sentyabr 1975, Kirovabad) — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan SSR əməkdar artisti (1961).

Kərim Sultanov
Doğum tarixi
Doğum yeri Tovuz, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1923-cü ildən
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Teatr Gəncə Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1961

Kərim Sultanov 16 aprel 1913-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Nuxaya köçərək burada ibtidai təhsil alıb. 1923-cü ildə Səməd Tağızadənin rəhbhərlik etdiyi dram dərnəyinə üzv olub. 1924-cü ildə ailəsi ilə Gəncəyə qayıdıb və şəhərdəki qadınlar klubunun dram dərnəyində müxtəlif rollar oynayıb. 1931-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olub.[1]

Kərim Sultanov Gəncə Dövlət Dram Teatrının direktoru Ələkbər Seyfinin təklifi ilə 1934-cü ildə teatrın aktyor truppasına qəbul olunub. Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra, 1945-ci ilin oktyabr ayında yenidən truppaya dəvət alıb. Sənət dostu Məmməd Bürcəliyevlə birlikdə yazdıqları "Yadigar" dramı 18 yanvar 1948-ci ildə Gəncə teatrında tamaşaya qoyulub.[1]

Aktyor 5 sentyabr 1975-ci ildə Kirovabadda vəfat edib və buradakı Səbiskar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]

Kərim Sultanov həm romantik, həm də realist üslublu tamaşalarda müxtəlif rollar ifa etmişdir.[1]

  1. 1 2 3 4 İlham Rəhimli. Kərim Sultanov // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 174–175. ISBN 978-9952-8021-9-1.