Səfəvi şahları

Səfəvi sülaləsinin xronologiyası

Səfəvi şahı titulu 1501-ci ilin payızında I İsmayılın Cabanı[1]Şərur döyüşlərində[2] qələbə qazandıqdan sonra Təbrizi tutub özünü şah elan etməsi[3] ilə qəbul edilmiş və 1736-cı ildə Nadirin şah olmasından[4] sonra bu sülalənin əlindən çıxmışdır.

Bu siyahıda Səfəvi sülaləsindən olan şahların adları xronoloji ardıcıllıqla verilmişdir. Siyahıda həmçinin şahın adı, atasının adı, portreti, dövlət bayrağı, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir.

Səfəvi şahlarının siyahısı

[redaktə | mənbəni redaktə et]
Şah Portret Gerb Varis Titul Hakimiyyətin
başlanması
Hakimiyyətin
başa çatması
Tacqoyma Hökmranlıq müddəti M.
I İsmayıl.[5][6]
(1501–1524)
I Təhmasib [7][8] Şah 1494
(1494–1524 —
Səfəvi ordeninin başçısı)
23 may 1524 22 dekabr 1501 30 il [9]
I Təhmasib
(1524–1576)
II İsmayıl Şah 23 may 1524 25 may 1576 23 may 1524 52 il [10]
II İsmayıl[11][12]
(1576–1577)
Məhəmməd Xudabəndə Şah may 1576 noyabr 1577 22 avqust 1576 1 il [13]
Məhəmməd Xudabəndə[14]
(1578–1587)
Şah Abbas Şah noyabr 1577 oktyabr 1587 11 fevral 1578 10 il [15]
Şah Abbas[16][17][18] (1587–1629) I Səfi Şah oktyabr 1587 19 yanvar 1629 16 oktyabr 1587 42 il [19]
I Səfi (1629–1642) II Abbas Şah 19 yanvar 1629 12 may 1642 29 yanvar 1629 13 il
II Abbas[20] (1642–1666) I Süleyman (Səfəvi) Şah 12 may 1642 26 oktyabr 1666 15 may 1642 2 il [21]
I Süleyman (Səfəvi) (1666–1694) Sultan Hüseyn Şah 26 oktyabr 1666 29 iyul 1694 Birinci tacqoyma: 1 noyabr 1666[22]

İkinci tacqoyma: mart 1668.[23]

28 il [24]
Sultan Hüseyn[25] (1694–1722) II Təhmasib Şah 6 avqust 1694 21 oktyabr 1722 7 avqust 1694[26] 28 il [27]
II Təhmasib (1722–1732) III Abbas Şah 1722 (mühasirədəki İsfahandan qaçaraq özünü şah elan etmişdir)[28][29][30] sentyabr 1732 1729 (İsfahan Əfqanlardan geri alındıqdan sonra şah taxtına çıxa bilmişdir.[31] 10 il
III Abbas (1722–1736) Sülalənin hakimiyyətinə son qoyulub. Şah 7 sentyabr 1732[32] 8 mart 1736 (sülalənin hakimiyyətinə Nadir tərəfindən son qoyulub. O, bu tarixdə özünü şah elan etmiş və Səfəvi sülaləsinin yerinə Əfşarlar sülaləsi gəlmişdir.)[33] 7 sentyabr 1732 4 il [34]

Sülalənin sonrakı nümayəndələri

[redaktə | mənbəni redaktə et]

II Təhmasibin 1732-ci ildə Nadir xan tərəfindən şahlıq taxtından endirilməsindən sonra Səfəvi sülaləsinin hakimiyyəti faktiki olaraq sona çatmışdı. Lakin ən azından hüquqi olaraq 1736-cı ilə qədər hakimiyyətdə qalan Səfəvi sülaləsi 1736-cı ildə tamamilə hakimiyyətdən uzaqlaşdırıldı və Nadir xan özünü şah elan etdi. Lakin 1747-ci ildə onun ölümündən sonra imperiyada daxili müharibələr kəskinləşdi və Əfşar sülaləsindən olan şahlar bir-birini əvəz etməyə başladı.[35]

1748-ci ilin oktyabrında Nadir şahın gənc nəvəsi Şahrux hakimiyyətə gətirildi. İki aydan sonra Nadirin qardaşının oğlu İbrahim özünü şah elan etdi. Lakin məğlub edildikdən sonra qaçmağa məcbur oldu. Məşhəd şəhərinə girməyə çalışan İbrahimi şəhərdə olan Seyid Məhəmməd şəhərə buraxmadı. Seyid Məhəmməd yalnız ana tərəfdən Səfəvi nəslindən idi və onun anası Səfəvi şahı I Süleymanın qızı idi.[36] Beləliklə, o, öz dəstəkçilərinin köməkliyi ilə taxta çıxdı və özünü II Süleyman adı ilə şah elan etdi. Əfşarların digər nümayəndəsi Şahrux isə kor edildi. Lakin iki aydan sonra II Süleyman da taxtdan salındı və Şahrux onun yerinə gətirildi.[37][38][39]

Bu dövrdə şah elan edilmiş digər şəxs Əbuturab Mirzə idi. O da II Süleyman kimi ana tərəfdən Səfəvi nəslindən idi və anası Məryəm Bəyim Sultan Hüseynin qızı idi. Feodal hakimlərdən olan Kərim xan ZəndƏlimərdan xan Bəxtiyari birləşib İsfahana hücum edib oranı ələ keçirdilər. Verilmiş qərara əsasən Səfəvi sülaləsinin hakimiyyətinin bərpa edildiyi elan edildi və Əbuturab Mirzə III İsmayıl adı ilə taxta keçdi. Lakin yalnız onun adı şah idi, faktiki hakimiyyət isə Kərim xanla Əlimərdan xanın əlində cəmləşmişdi. Əbuturab Mirzənin şahlığı 1773-cü ilə qədər davam etdi.

Bir digər Səfəvi nəslindən olan kukla hökmdarlar II Məhəmməddir. Onun adından dövləti idarə edən şəxs isə Ağa Məhəmməd xan Qacar olmuşdur.

Şah Portret Gerb Varis Titul Hakimiyyətin
başlanması
Hakimiyyətin
başa çatması
Hökmranlıq müddəti Tacqoyma M.
Şah II Süleyman[37] III İsmayıl Şah 17 dekabr 1749 14 yanvar 1750[38] 1 il 17 dekabr 1749
III İsmayıl[40] III İsmayıl[7][8] Şah 1750 1773 23 il 29 iyun 1750 [41]
II Məhəmməd[42] Yoxdur Şah 1773 1796 23 il 1773
  1. Əfəndiyev, 2007. səh. 49
  2. Əfəndiyev, 2007. səh. 53
  3. Əfəndiyev, 2007. səh. 54
  4. (PDF). tarix.info. 15 dekabr 2017 http://tarix.info/Elaveler/EFSARLAR.pdf (#bare_url_missing_title). 31 mart 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 avqust 2022.
  5. Streusand, Douglas E., Islamic Gunpowder Empires: Ottomans, Safavids, and Mughals (Boulder, Col : Westview Press, 2011) ("Streusand"), s. 135.
  6. Roemer, 2008. səh. 189-350
  7. 1 2 Newman, 2008. səh. 25
  8. 1 2 Roemer, 2008. səh. 227
  9. "ESMĀʿĪL I ṢAFAWĪ". 2019-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  10. "ṬAHMĀSP I". 2018-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  11. Savory, 2007. səh. 69
  12. Ghereghlou, 2016
  13. "ESMĀʿIL II". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  14. Parsadust, 2009
  15. "ṬAHMĀSP I". 2018-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  16. Savory, 1980. səh. 76
  17. Roemer, 1986. səh. 255
  18. Bomati, Nahavandi, 1998. səh. 31–32
  19. "ABBĀS I". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  20. Matthee, 2012
  21. "ʿABBĀS II". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  22. Roemer, 2008. səh. 305; Matthee, 2012.
  23. Newman, 2008. səh. 93; Matthee, 2015.
  24. "SOLAYMĀN I". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  25. Axworthy, 2006. səh. 30–31
  26. Matthee, 2015a
  27. "SOLṬĀN ḤOSAYN". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  28. Lang, D. M. "Georgia and the Fall of the Ṣafavi Dynasty". Bulletin of the School of Oriental and African Studies (ingilis). 14 (3). October 1952: 523–539. doi:10.1017/S0041977X00088492. ISSN 1474-0699. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  29. Mikaberidze, Alexander, redaktorConflict and conquest in the Islamic world: a historical encyclopedia. Santa Barbara, Calif. 2011. ISBN 978-1-59884-337-8. OCLC 763161287.
  30. Spencer Tucker, redaktorA global chronology of conflict: from the ancient world to the modern Middle East. Santa Barbara, Calif.: ABC-CLIO. 2010. ISBN 1-85109-672-8. OCLC 617650689.
  31. Axworthy, 2006. səh. 129
  32. Axworthy, 2006. səh. 123
  33. Axworthy, 2006. səh. 165
  34. "ʿABBĀS III". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  35. Babaie və başqaları, 2004. səh. 158
  36. Barati, 2019. səh. 52
  37. 1 2 Floor, 2005. səh. 435-481
  38. 1 2 Barati, 2019. səh. 54
  39. Perry, 1979. səh. 22
  40. Perry, 1971. səh. 66-69
  41. "ESMĀʿĪL III ṢAFAWĪ". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  42. Perry, 1971. səh. 69
  • Roger M. Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 9780521042512.
  • Kioumars Ghereghlou. ESMĀʿIL II. New York: Encyclopædia Iranica. 2016.
  • John R. Perry. Karim Khan Zand: A History of Iran, 1747-1779. University of Chicago Press. 1979. ISBN 978-0226660981.