Səfəvilərin Gürcüstan hakimlərinin siyahısı — Səfəvi imperiyasına tabe olan Gürcüstan torpaqlarını idarə edən Səfəvi canişinlərinin, hakimlərinin vassal xanlarının siyahısı. Bu siyahıda Səfəvi Gürcüstanının fərdi hakimləri göstərilmişdir. Bu əyalət iki şərqi Gürcüstan çarlığına bölünürdü — Kartli və Kaxetiya çarlığı. Bura həmçinin, Samtsxe knyazlığının da bir hissəsi daxil idi. Tiflis Səfəvi hakimiyyətinin mərkəzi idi. Bura həmçinin Kartlinin paytaxtı və Səfəvi zərbxanasının yerləşdiyi şəhər idi.
Bölgədəki Səfəvi hakimiyyəti gürcü Baqrationi sülaləsindən hakimlərin təyin edilməsi vasitəsiylə həyata keçirilirdi. Bu hakimlər bəzən islamın şiə məzhəbinə keçirilirdi. Tiflisdə I Şah İsmayılın hakimiyyətinin əvvəlindən Səfəvi qarnizonu cəmləşdirilmişdi. Davud xan (XI David) Səfəvi tərəfindən təyin edilən ilk Səfəvi hökmdarıdır. O, 1562-ci ildə Kartli taxtına çıxmışdır. Bu Gürcüstanda iki əsr davam edəcək Səfəvi hakimiyyətinin başlanğıcı oldu.
Dövr
|
Vali, xan, vassal
|
Notes
|
1476–1511 |
|
1518/1520–1574 |
|
1574–1602 |
|
1602 |
|
1602–1605 |
|
1605 |
|
1605–1614 |
|
1614–1615 |
Birbaşa Səfəvi hakimiyyəti |
|
1615 |
Birbaşa Səfəvi hakimiyyəti |
|
1616–1625 |
Birbaşa Səfəvi hakimiyyəti |
|
1625–1633 |
I Teymuraz (II dövr) |
|
1633 |
Birbaşa Səfəvi hakimiyyəti |
|
1634–1648 |
I Teymuraz (III dövr) |
|
1648–1664 |
Birbaşa Səfəvi hakimiyyəti |
1659-cu ildə Baxtrioni üsyanı baş vermişdir.
|
1664–1675 |
Şahnəzər xan |
II Abbas tərəfindən təyin edilmişdir. Arçil olaraqda tanınır.
|
1675–1703 |
Birbaşa Səfəvi hakimiyyəti |
Hakimlər Abbasqulu xan və Kəlbəli xan olmuşdur.
|
1703–1709 |
Nəzərəli xan |
Sultan Hüseyn tərəfindən təyin edilmişdir. O isfahanda Səfəvi sarayında şahın şəxsi mühafizə qvardiyasının başçısı kimi xidmət edərkən Gürcüstanı əslində onun oğlu II Teymuraqz idarə etmişdir. İsfahanda vəfat etmiş və həmçinin, I İrakli, I Herakl və Eereqli xan olaraq da tanınır.
|
1709–1722 |
İmamqulu xan |
Sultan Hüseyn tərəfindən təyin edilmişdir. 1709–1715-ci illərdə İmamqulu xanın İsfahanda olmasına görə, hakimliyi onun kiçik qardaşı II Teymuraz və sonradan onun anası etmişdir. Qumda dəfn edilmişdir. Həmçinin, II David olaraqda tanınır.
|
1722–1723 |
Mahmudqulu xan |
Sultan Hüseyn tərəfindən təyin edilmişdir. İsfahanda anadan olmuş və böyümüşdür. O, Səfəvi dövlətində xeyli sayda vəzifə tutmuşdur. Nadir xanın 1732-ci ildə regionda Səfəvi hakimiyyətini bərpa etməsi zamanı Osmanlı tərəfindən qətlə yetirilmişdir. II Konstantin olaraq da tanınır.
|
1724–1735 |
Osmanlı hakimiyyəti |
Mahmudqulu xan uzun müddət üsyan qaldırsa da, 1730-cu ildən tabe oldu və vergi ödəməyə razı oldu.
|
1735–1736 |
Birbaşa Səfəvi hakimiyyəti |
Səfəvi hakimiyyəti Nadir xan tərəfindən bərpa edildi.
|
Dövr
|
Vali, xan, vassal
|
Notes
|
1551–1573 |
II Keyxosrov |
Davamlı Osmanlı hücumlarına görə 1570-ci ildən Səfəvi sarayına köçmüşdür.
|
?–1579 |
Mənuçöhr ibn Qriqori |
Ahalsıx və otrafı onun irsi mülkü olmuşdur.
|
1579–1622 |
Osmanlı hakimiyyəti |
II Manuçarın Səfəvi sarayına keçməsindən sonra onun oğlu III Manuçar I Abbas tərəfindən 1607-ci ildə onun yerinə təyin edilmişdir.
|
1623–1639 |
Birbaşa Səfəvi hakimiyyəti |
Bu dövrdə Səlim xan Şəmsəddinli, Şəmsi xan Qazaxlar, Səlim xan Şəmsəddinli və İmamqulu bəy hakim olmuşdurlar.
|
1639 onwards |
Osmanlı hakimiyyəti |
Qəsri-Şirin sülh müqaviləsinə görə Samtsxe-Mesxetinin bir hissəsi Səfəvi imperiyasına verildi. Bundan sonra bölgə Osmanlı hakimiyyətində qaldı.
|