Tarixi dövlət | |||||
Saar Protektoratı | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Saarbrükken | ||||
Dilləri | alman dili, fransız dili | ||||
İdarəetmə forması | protektorat, respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Saar Protektoratı (Almanca: Protectorat de Sarre) — Nasist Almaniyasından İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra ayrılan qısamüddətli protektorat. Dördüncü Fransa Respublikası tərəfindən idarə edilmişdir. 1957-ci ildə Qərbi Almaniyaya birləşdirildikdən sonra ən kiçik Almaniya regionuna çevrilmişdir (Bremen, Berlin və Hamburq şəhər dövlətləri istisna olmaqla). Adı Saar çayından götürülmüşdür.
Saar çayı və onun qolları ətrafında səpələnmiş ərazi etnik almanların yaşadığı minerallarla zəngin, iqtisadi cəhətdən əhəmiyyətli və sənayeləşmiş bir regiondur. Rur bölgəsindən və Yuxarı Sileziya kömür bölgəsindən sonra, 1900-cü illərdə Almaniya İmperiyasının üçüncü ən vacib kömür, dəmir və polad sənayesinə malik olub və sənaye inqilabından sonra Almaniyanın əhəmiyyətli nəqliyyat mərkəzlərindən biridir. 1920-1935-ci illər arasında Birinci Dünya Müharibəsinin nəticələrindən biri olaraq Millətlər Liqasının mandatı altında olan bölgə İkinci dünya müharibəsinin sonuna doğru strateji əhəmiyyətinə görə müttəfiqlər tərəfindən bombalanmışdı.
Bu gün bu bölgə coğrafi cəhətdən Saarland əyalətindədir (1 yanvar 1957-ci ildə Qərbi Almaniya ilə birləşdirilmişdir). 1951-ci ilə qədər bölgədəki müttəfiqlər tərəfindən sənayeləşmə siyasəti tətbiq edildi və 1947-ci ildə Fransanın himayəsinə verildi. Soyuq müharibə dövründə daha güclü bir Qərbi Almaniya üçün yenidən sənayeləşmə prosesi başladılmış və 1957-ci ildə fransızlar bölgənin idarəsini Qərbi Almaniyaya təhvil vermişdirlər.
Bu bölgə Napoleon müharibələri dövründə Fransa tərəfindən işğal edildi və 1798-1814-cü illər arasında Sarre departamenti adı ilə (Département) Birinci Fransa İmperatorluğuna birləşdirilmişdir.
Versal sülh müqaviləsinə uyğun olaraq Saar bölgəsi İngiltərə və Fransanın birgə işğalı altına alındı. 1920-ci ildə ingilislər və fransızlar bu bölgədə Millətlər Liqasının mandat idarəçiliyini həyata keçirdilər və bu bölgəni əvvəllər bağlı olduğu Prussiya Reyn bölgəsindən çıxardılar. Bu mandat Millətlər Liqası tərəfindən 15 il müddətinə təsdiqləndi. Bu dövrdə Saarın kömür sənayesi bu bölgədə dominant olduğu üçün milliləşdirildi və fransızlar tərəfindən idarə olunmağa başlandı. 15 ilin sonunda, 13 yanvar 1935-ci ildə, bölgədə plebisit təşkil edildi, 0.4% Fransız Birliyi səsləri və 8.9% mandat sistemi qaydasında qalması səslərinə qarşı, 90.7% insan Almaniya ilə birləşmək üçün səs vermiş və Saar Nasist Almaniyasına birləşdirilmişdir.
İkinci Dünya Müharibəsinin bitməsindən iki ay sonra, 1945-ci ilin iyulunda Müttəfiq dövlətlər Saarı işğal etdilər, 10 iyul 1945-ci ildə ABŞ qoşunları Saarı tərk etdilər və Fransızlar regional idarəetmə qurdular. 16 fevral 1946-cı ildə fransızlar bu bölgəni Müttəfiq Birliyindən çıxardılar və ayrıca bir protektoratlıq qurdular.
Fransızlar bu bölgədəki etnik təmizləməyə üstünlük vermədilər, bu isə Sovetlərin Oder-Neiße Xəttinin şərqində etdiyi hərəkətlərdən tamamilə fərqlənirdi. Üstəlik, nasistlərə görə köç edənlər və müharibə səbəbiylə köçməli olanların (məsələn, bombardmanlardan qaçmaq üçün) Fransanın idarəçiliyindəki bölgələrə qayıtması təmin edildi. Bu şəkildə fransızlar Saarın gələcəkdəki mümkün ilhaqı üçün Saar xalqını hazırlamaq və onları özlərinə istiləşdirmək istəmişdirlər. Bu dövrdə Reyxsmark dövriyyədən çıxarıldı, Saar Markı pul vahidi olaraq gətirilmiş və Saar Markın dəyəri fransız frankına uyğun olaraq düzəldilmişdi, buna görə fransız frankı da Saar bölgəsində istifadə edildi. Bu şəkildə Fransa rəhbərliyi Saar ilə iqtisadi birliyə getməyi hədəf almışdı.
1954-cü il Paris konfransında Fransa müstəqil “Saarland” qurmağı qarşısına məqsəd qoymuşdu, lakin 1955-ci ildə keçirilmiş referendumda bu fikir 67,7%-lik səs çoxluğu ilə rədd edildi. Bu səsvermənin nəticəsi Saarlıların o vaxt Qərbi Almaniyaya qoşulmaq istəyinin göstəricisi sayılmışdır. 1956-cı il Saar Müqaviləsi ilə Saar Protektoranın Qərbi Almaniyaya qatılması üçün yol açıldı və 1 yanvar 1957-ci ildə “Kiçik Birləşmə” (Kleine Wiedervereinigung) adlı bir hadisə baş vermişdir. Hər nə qədər coğrafi baxımdan birlik təmin edilsə də, Saar müqaviləsinə görə, iqtisadi birliyə yalnız 1960-cı ilə qədər nail olmaq mümkün oldu və Saar markı və fransız frankının Almaniya markı ilə mübadilə tarixi X gün (Tag X) adı altında saxlanıldı. Saar bölgəsi 1957-ci ildə Qərbi Almaniyaya Saarland kimi qoşulsa da, 6 iyul 1959-cu il tarixinə qədər fransız frankı valyuta olaraq qalmağa davam etmişdir.