Sabir Rüstəmov

Sabir Elşad oğlu Rüstəmov (22 may 1997, Daşkənd) — Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatçısı, Bakı Dövlət Universitetinin "İlin tələbəsi" adına, Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə 2020-ci ildə Gənclər üçün Prezident Mükafatına layiq görülmüşdür.[2] Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü.[3]

Sabir Rüstəmov
Sabir Elşad oğlu Rüstəmov
Doğum tarixi (25 yaş)
Doğum yeri Daşkənd ş. Özbəkistan Respublikası
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Beynəlxalq münasibətlər və iqtisadiyyat
Milli Təhlükəsizlik və siyasi strategiya
Təhsili BDU
Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası
Mükafatları Gənclər üçün Prezident Mükafatı[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

1997-ci ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində ziyalı ailəsində anadan olub. İlk orta təhsilini 2004-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində 50 nömrəli liseydə alıb. 8-ci sinifdən təhsilini Bakı şəhəri Nərimanov rayonu 200 saylı orta məktəbdə davam etdirib. 2015-ci il həmin məktəbi fərqlənmə ilə bitirmiş, həmin il Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsinin "Politologiya" ixtisasına qəbul olub.[4]

2017–2018-ci ilə qədər millət vəkili və Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun açdığı siyasi məktəbin məzunu.

2019-cu ildə ZhengZou Universitetində Çin dili üzrə təhsil almışdır. 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Milli Təhlükəsizlik və siyasi strategiya" fakültəsinin magistartura pilləsinə daxil olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İdman fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Azərbaycan Respublikasının Milli Basketbol komandası tərkibində iştirək etmişdir. Bolqarıstan, Türkiyə, Qırğızıstan, Yunanıstan, BƏƏ kimi bir çox ölkədə Azərbaycanı təmsil etmişdir. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən "Heydər Əliyev Siyasi Məktəbi"ndə uğurlu iştirak edərək məzun olmuşdur.

2018-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatına layiq görülmüşdür.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2016-cı ildə Moskva şəhərində gənclər arasında əməkdaşlığın və ictimai diplomatiyanın inkişafı istiqamətində "İctimai Diplomatiya Korpusu" adı altında keçirilən beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib. 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər NazirliyiGənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənc Elçilər proqramı" layihəsini uğurla bitirib. 2017-ci ildə Soçidə "Dünya tələbələr və gənclər" festivalında iştirak edib. 2015–2017-ci illərdə Azərbaycanı bir sıra ölkələrdə beynəlxalq konfrans və forumlarda təmsil etmiş, həçinin həmin ilin 14 – 22 oktyabr tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Dünya Tələbələr və Gənclər" festivalında iştirak etmişdir.[5] 2018-ci ilin mart ayında Rusiyada "Gənc liderlərin forumu"nda Azərbaycanı təmsil edib. 2018-ci ilin dekabrında isə Bakı Dövlət Universitetinin "İlin tələbəsi" adına layiq görülüb.

2018-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası idarə heyətinin üzvü olmuşdur.[6]

2015–2017 ci illərdə Azərbaycanı Rusiya Federasiyasının bir neçə şəhərlərində həmçinin Türkiyə, İran, Belarusiya, Ukrayna və digər ölkələrdə Beynəlxalq Konfrans və Formlarda təmsil etmişdir. 2018-ci ilin avqust ayında Rusiyada keçirilən "Avrasiya" beynəlxalq gənclər forumunda iştirak etmişdir.[7]

2019-cu ilin avqust ayında isə Rusiyanın Pyatiqorsk şəhərində keçirilən Ermənistanın Rusiyadakı səfiri Toqanyan Vardan Surenoviçlə də keçirilməsi nəzərdə tutulan "Maşuk-2019" beynəlxalq gənclər forumunda[8] da Azərbaycanı təmsil etmişdir.[9][10] 2015-ci ildən hal-hazıra qədər 20-ə yaxın ölkədə Azərbaycanı təmsil etmişdir.

2020-ci ilin noyabr tarixində qurulan "Davam" Ümumrespublika Gənclər Hərəkatının təşəbbüs qrupunun təsisçilərindən biri olmuşdur.[11]

2021-ci il 11 mart tarixində Prezident, İlham Əliyevin Sərancamı ilə Sabir Rüstamov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü təyin edilib.[12]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2014-cü ildən 2019-cu ilə kimi "Bakı Gənclər Klubu" İctimai Birliyi İdarə Heyətində çalışmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 11 fevral 2020. 3 noyabr 2020 tarixində arxivləşdirilib.
  2. "Sabir Rüstamov: Məqsədimiz "Vikipediya"nın xarici dil bölmələrində Azərbaycanla bağlı məlumatları zənginləşdirməkdir". azertag.az. Archived from the original on 2020-06-18.
  3. "YENI AZƏRBAYCAN PARTIYASININ GƏNCLƏR BIRLIYI". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  4. ""Gənclərin Bakı Klubu" İctimai Birliyinin sədri". www.muallim.edu.az. 6 mart 2020. Archived from the original on 2022-11-14.
  5. "Пресс-конференция ко Дню молодежи Азербайджана в мультимедийном пресс-центре Sputnik Азербайджан". az.sputniknews.ru. 1 fevral 2018. 2 noyabr 2020 tarixində arxivləşdirilib.
  6. "Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki..." 24media.az. 29 iyun 2019. Archived from the original on 2019-08-27.
  7. "BDU-nun tələbəsi Rusiyada forumda". bsu.edu.az. 10 oktyabr 2018. Archived from the original on 2022-07-08.
  8. "Представитель Азербайджана: Мы ждем благополучного возвращения из Пятигорска в Баку". report.az. 2 noyabr 2020 tarixində arxivləşdirilib.
  9. "Azərbaycanlı gənc Ermənistan səfirini mikrofonsuz susdurdu". lent.az. 9 avqust 2019. 2 noyabr 2020 tarixində arxivləşdirilib.
  10. "Sabir Rüstəmov "Maşuk-2019" beynəlxalq gənclər forumunda". publika.az. 9 avqust 2019. 2 noyabr 2020 tarixində arxivləşdirilib.
  11. ""Davam" Ümumrespublika Gənclər Hərəkatının Təşəbbüs Qrupunun media brifinqi". oxu.az. 2 noyabr 2020. 3 noyabr 2020 tarixində arxivləşdirilib.
  12. ""DAVAM"çı gənclər YAP Gənclər Birliyinin İdarə Heyətinə üzv təyin edildilər". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]