Gənclər üçün Prezident Mükafatı

Gənclər üçün Prezident MükafatıAzərbaycan Respublikası Prezidenti 2019-cu il 28 iyun tarixli Fərmanı ilə təsis edilmiş mükafat.

Gənclər üçün Prezident Mükafatı
Ölkə Azərbaycan Azərbaycan
Tip Diplomnişan
Kimə verilir Azərbaycan Respublikasının vətəndaşı olan gənclərə
Status təqdim olunur
Statistika
Təsis tarixi 28 iyun 2019
Təltif sayı 86

Mükafat elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə verilir və mükafat 10 000 Azərbaycan manatı məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir. Mükafata layiq görülmüş şəxs Gənclər üçün Prezident Mükafatı laureatı hesab olunur.

Mükafatın verilməsi, o cümlədən Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin hazırlanması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin təsvirini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Mükafat ildə bir dəfə, fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir və Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi şəxs tərəfindən təntənəli surətdə təqdim edilir.

Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir.

Mükafatın sahələri və sayı

[redaktə | mənbəni redaktə et]
  • Elm və təhsil sahələri üzrə – 2 mükafat
  • Mədəniyyət sahəsi üzrə – 2 mükafat
  • İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat
  • Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat
  • İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat

Təltif edilənlər

[redaktə | mənbəni redaktə et]

Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.

Mükafat "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan gənclərə aşağıdakı hallarda verilir:

  • elmdə qazandıqları mühüm nailiyyətlərə, elm və təhsilin zənginləşdirilməsinə və inkişafına xidmət edən fəaliyyətə, tədrisdə qazandıqları mühüm nailiyyətlərə, təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənməyə, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştiraka görə;
  • mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yüksək nailiyyətlərə, bu sahənin zənginləşdirilməsinə və inkişafına xidmət edən fəaliyyətə görə;
  • ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştiraka görə;
  • dövlət gənclər siyasəti və gənclərlə iş üzrə proqram və layihələrin həyata keçirilməsində əldə etdikləri yüksək nailiyyətlərə görə, habelə dövlətlərarası münasibətlərin, mədəniyyətlərarası dialoqun, dövlətin və cəmiyyətin inkişafına, beynəlxalq arenada Azərbaycanın təbliğinə yönəldilmiş aktiv fəaliyyətə görə;
  • qabaqcıl yüksək texnologiyaların və innovativ ideyaların tətbiqi ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində, həmçinin bu fəaliyyətin gənclər arasında təbliği və təşviqi sahəsində əldə edilmiş uğurlara görə.

Mükafata namizədlərin irəli sürülməsi

[redaktə | mənbəni redaktə et]

Nəzərdə tutulan sahələr üzrə Mükafata namizədləri aşağıdakı qurumlar irəli sürürlər: