Sagopa K

Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic CheckSilahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978[1], Samsun[1]) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısıdiceyi.

Sagopa Kajmer
türk. Yunus Özyavuz
Sagopa Kajmer 1 sentyabr 2023-cü il tarixli Təkirdağ konsertində səhnə alarkən
Sagopa Kajmer 1 sentyabr 2023-cü il tarixli Təkirdağ konsertində səhnə alarkən
Ümumi məlumatlar
Doğum adı Yunus Özyavuz
Ləqəbləri Sagopa Kajmer, DJ Mic Check, Silahsız Kuvvet
Doğum tarixi 17 avqust 1978(1978-08-17)[1] (45 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, pianoçu, mahnı yazarı[d], musiqi prodüseri, repçi, səsyazma sənətçisi[d], dicey
Fəaliyyət illəri 1996-cı ildən
Janrlar rep, hip-hop[d]
Musiqi alətləri piano, qramofon, baraban, törnteyblizm[d]
Albom şirkəti Melankolia Müzik
Əlaqələri Ceza · Dr. Fuchs · Kolera · Patron · Fuat Ergin · Şehinşah
Asya Sentez (2000)  · Kuvvetmira (1998-2013)
Təhsili İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümü
Dini dinsiz
islam (əvvəllər)
Mükafatları Tam siyahı
melankolia.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu.

1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi. 2005-ci ildə Romantizma albomunu buraxdı. 11 avqust 2005-ci ildə öz musiqi şirkəti olan Melankolia Müzik şirkətini qurdu. 27 iyun 2006-cı ildə Melankolia Müzik etiketiylə Kafile adlı kompilyasiya albomunu yayımladı. 1 avqust 2006-cı ildə özü kimi rep sənətçisi olan Kolera ilə evləndi. 2007-ci ildə Kolera ilə İkimizi Anlatan Bir Şey adında bir duet albomu buraxdı. 2008-ci ildə Kötü İnsanları Tanıma Senesi adlı solo albomunu, 2009-cu ildə Şarkı Koleksiyoncusu, 2010-ci ildə Kolera ilə ikinci duet albomu Bendeki Sen, 2011-ci ildə Saydam Odalar, 2013-cü ildə Kalp Hastası, 2017-ci ildə Ahmak Islatan albomunu, 2019-cu ildə Sarkastik EP albomunu yayımladı. 12 iyun 2020-ci ildə repçi Patron ilə "Siyah" sinqlını yayımladı. 17 iyul 2020-ci ildə Faruk Sabancı ilə "Bu Sen Değilsin" sinqlını yayımladı. Həmçinin 17 avqust 2020-ci ildə, doğum günündə əmisi oğlu Gökhan Özyavuz ilə 5 sinqldan ibarət Yunus EP albomunu buraxdı. 2 iyun 2022-ci ildə Kağıt Kesikleri albomunu yayımladı.

1978-2002: İlk illəri və karyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Yunis Özyavuz 17 avqust[2] 1978-ci ildə[3] Samsunda doğuldu. İbtidai və orta təhsilini Samsunda tamamladı.[4] Öz təbirincə, anasından zənci musiqiləri, atasından da italyan musiqilərinə qulaq asaraq musiqiylə tanışdı.[5][6] Musiqi həyatına doğulduğu Samsunda yerli bir radioda diceyliklə başladı. Həmin vaxtlar Dj Rapper M.C. (Dj Rapper Mic Check) təxəllüsündən istifadə etdi.[7] 1997-ci ildə ali təhsil üçün İstanbula gəldi. İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümünə daxil oldu[7][8] və 4 il sonra məzun oldu.[5] 1998-ci ildə Kuvvetmira rep qrupunu qurdu.[7] 1999-cu ildə Yeraltı Operasyonu albomunda Silahsız Kuvvet adıyla yer aldı.[9] Yenə eyni tarixlərdə ilk mini-albomu olan Pesimist EP 1-i yazmağa başladı və 2000-ci ildə yayımladı.[10] Eyni ildə Asya Sentez adlı musiqi qrupu quruldu və eyni ildə Ceza ilə duet etdiyi Toplama Kampı albomunu yayımladı. Albomda Dr. Fuchs və Dumanyak kimi sənətçilər də yer aldı. Albom qrupun yeganə işi olaraq qalmışdır.[11] 2001-ci ildə Sözlerim Silahım albomunu buraxdı.[12] Bu albomdan sonra eyni il On Kurşun albomunu yayımladı.[7] 2002-ci ildə İhtiyar Heyeti albomunu çıxardı.[8] Yenə eyni tarixdə Cezanın Med Cezir albomunun prodüserliyini etdi.[7] Eyni il Sagopa Kajmer adıyla Sagopa Kajmer albomunu buraxdı. Eyni il internet üzərindən Pesimist EP 2 mini-albomunu yayımladı.

2003-2009: Bir Pesimistin Gözyaşları, Romantizma, İkimizi Anlatan Bir ŞeyKötü İnsanları Tanıma Senesi

[redaktə | mənbəni redaktə et]
2000-ci illərdə Sagopa Kajmer

2004-cü ildə Radikal qəzetinə verdiyi müsahibədə 7 ildir istifadə etdiyi Silahsız Kuvvet təxəllüsünü buraxdığını və artıq Sagopa Kajmer adı ilə davam edəcəyini bildirdi.[13] Eyni tarixdə Rapstar albomunun prodüserliyini etdi.[14] 5 mart 2004-cü ildə Hammer Müzik etiketiylə Bir Pesimistin Gözyaşları adlı bir albom çıxardı.[15] Dr. Fuchsun 2004-cü ildə yayımlanan Huzur N Darem albomunun prodüserliyini etdi.[16] Daha sonra Cem Yılmazın G.O.R.A. filmi üçün də musiqilər hazırladı[13] və Cem Yılmazla birlikdə film üçün hazırladığı "Al 1'de Burdan Yak" mahnısının klipinə çəkildi.[17] 20 avqust 2005-ci ildə İrem Records etiketiylə Romantizma adlı bir albom çıxardı[18] və albomdakı "Vasiyet" adlı mahnıya klip hazırladı. "Vasiyet" adlı klip 2006-ci ildə 12-ci Kral TV Video Müsiqi Mükafatları tərəfindən keçirilən musiqi müsabiqəsində Ən Yaxşı Video Klip mükafatını kazandı.[19] Yenə eyni tarixdə Pesimist EP 3 mini-albomunu yayımladı. Sagopa Kajmer həm albomlarını öz musiqi şirkəti ilə çıxarmaq, həm də yeni istedadlara qapı açmaq məqsədilə 11 avqust 2005-ci ildə Kolera ilə birlikdə Melankolia Müzik adlı musiqi şirkətini qurdu.[20] Sagopa Kajmer Kuvvetmira-da yer alan digər rep sənətçiləri ilə birlikdə 27 iyun 2006-cı ildə Melankolia Müzik etiketiylə Kafile albomunu çıxardı və prodüserliyini etdi. 18 may 2006-cı ildə Pesimist EP 4 - Kurşun Asker mini-albomunu yayımladı.[21]

26 aprel 2007-ci ildə Kolera ilə duet albomları olan İkimizi Anlatan Bir Şey albomunu dinləyicilərinə təqdim etdi. 2008-ci ildə ilk solo albomu olan Kötü İnsanları Tanıma Senesi albomunu təqdim etdi və albomda yer alan "Ben Hüsrana Komşuyum" və "Düşersem Yanarım" adlı sinqllara kliplər çəkdi.[22] 6 may 2008-ci ildə Kolera ilə birlikdə duet etdiyi "Bu Şarkıyı Zevk İçin Yaptık" adlı bir sinql yayımladı.[23] 27 dekabr 2008-ci ildə Pesimist EP 5 - Kör Cerrah mini albomunu öz rəsmi saytı üzərindən yayımladı.[24] 19 fevral 2009-cu ildə Şarkı Koleksiyoncusu albomunu yayımladı.[25] 1 aprel 2009-cu ildə Kolera ilə duet etdiyi "Beslenme Çantam" adlı sinqlı yayımladı.[26] 18 iyul 2009-cu ildə Kolera ilə duet etdiyi "Hain" adlı sinqlı yayımladı.[27]

2010-2021: Bendeki Sen, Saydam OdalarKalp Hastası

[redaktə | mənbəni redaktə et]
2014-cü ildəki Trabzon konsertindən bir görüntü

2010-cu ildə Kolera ilə birlikdə 2-ci duet albomu olan Bendeki Sen albomunu yayımladı.[8] Bendeki Sen ilk dəfə təşkil olunan TRT Musiqi Mükafatları müsabiqəsində qalibi ictimaiyyətin səsi ilə müəyyən edilən "İlin albomu" kateqoriyasında namizəd göstərildi.[28] Həmçinin yenə 2010-cu ildə yayımlanan Kafile 2 albomunun prodüserliyini etdi.[29] 4 fevral 2010-cu ildə "Ardından Bakarım" adlı bir sinql yayımladı.[30] 2011-ci ildə Saydam Odalar albomunu təqdim etdi.[31] "Kaç Kaçabilirsen" və "Bu İşlerden Elini Çek" mahnılarında Kolera ilə duet etdi. 2012-ci ildə "Istakoz" ve "40" adlı mahnılarını internet üzərindən yayımladı. 2013-cu il ərzində yeni bir albom çıxaracağını rəsmi Twitter hesabından elan etdi. Sagopa Kajmer öz orkestrası olan Pesimist Orkestra ilə birlikdə 2013-cü ilin mart, aprel və may aylarında bir səfər təşkil etdi və bu səfər daxilində 15 şəhərdə konsertlər verdi.[32] 8 iyul 2013-cü ildə Kalp Hastası albomunu satışa çıxardı və "İster İstemez" adlı mahnıda onu Kolera müşayiət etdi. Alboma ilk videoklip "Düşünmek İçin Vaktin Var" adlı mahnıya çəkildi. Sagopa Kajmerin 2005-ci ildə lentə aldığı "Baytar" mahnısı dinləyicilərdindən gələn sıx istək üzərinə yenidən səsləndirilib bu alboma daxil edildi. Həmçinin "Istakoz" mahnısı da bu albomda öz yerini aldı.[31] Alboma ikinci videoklip "Uzun Yollara Devam" mahnısına çəkildi. Çəkilən bu klip "Düşünmek İçin Vaktin Var" adlı klipin davamıdır.[33] Sagopa Kajmer 14 mart 2014-cü ildə verdiyi bir açıqlamada Pesimist EP 6 - Ahmak Islatan adlı mini-albomunu 20 martda yayımlayacağını elan etdi[34] və 20 mart 2014-cü ildə mini-albomu yayımladı.[35] 2014-cü ilin mayında Birol Giray (BeeGee) ilə birlikdə "Abrakadabra" adlı sinqlı dinləyiciləriylə paylaşdı.[36] Eyni ildə Cem Adrianın "Artık Bitti" mahnısının skretç kompozisiyalarını yazdı və mahnıya bek vokallıq etdi.[37]

Sagopa Kajmer 1998-2001 illər arasında hazırladığı beat əsərlərini 27 fevral 2015-ci ildə YouTube üzərindən yayımladığı Underground Years Vol.1 adlı albomda topladı.[38] 12 noyabr 2015-ci ildə[39] Birol Giray ilə ikinci işi "Naber" mahnısını yayımladı və mahnıya klip çəkdi.[40] 2016-cı ilin mart ayında DJ Tarkan ilə çalışdığı "Tecrübe" əsərini yayımladığını rəsmi saytı üzərindən elan etdi.[41] 1 yanvar 2017-ci ildə Melankolia Müzik etiketiylə "366.Gün" mahnısını yayımladı.[42] 2017-ci ildə "Ne Kaybederdin" adlı sinqlı rəsmi YouTube kanalı üzərindən yayımladı.[43] Sagopa Kajmer 23 avqust 2017-ci ildə rəsmi Twitter hesabından verdiyi açıqlamada 1 iyulda Ahmak Islatan albomunun bütün rəqəmsal platformalarda olacağını elan etdi[44] və 1 sentyabr 2017-ci ildə albomu yayımladı.[45] 31 dekabr 2017-ci ildə rəsmi YouTube kanalı üzərindən "Sorun Var" adlı mahnısını yayımladı.[46] 29 may 2018-ci ildə rəsmi YouTube hesabından mahnının klipini yayımladı.[47] 25 sentyabr 2018-ci ildə rəsmi Instagram hesabından çıxaracağı yeni mahnısının 2 oktyabrda bütün rəqəmsal platformalarda olacağını və 1 gün əvvəl də YouTube-də olacağını elan etdi.[48] 1 oktyabr 2018-ci ildə "Oldu Olanlar" adlı mahnıyı rəsmi YouTube hesabından yayımladı.[49] Sagopa Kajmer 41-ci doğum günündə "Avutsun Bahaneler" adlı mahnısını yayımladı.[50] Mahnı 2019-cu ildə Yeditepe Dilek Universiteti tərəfindən keçirilən Yeditepe Dilek Mükafatları-nda Ən Yaxşı Mahnı mükafatını qazandı.[51][52] 29 noyabr 2019-cu ildə Sarkastik EP mini-albomunu çıxardı. Albomda ən çox diqqət görən mahnısı "Toz Taneleri" oldu.[53] Sagopa Kajmerin YouTube-da yayımlanan "Toz Taneleri" mahnısının musiqi klipində siqaret çəkərək insanları siqaret çəkməyə təşviq etdiyi əsas gətirilərək bir vətəndaşın haqqında şikayət verməsi nəticəsində barəsində istintaq başladıldı və o, İstanbul Baş Prokurorluğunda ifadə verdi.[54] 12 iyun 2020-ci ildə Patron ilə "Siyah" adında bir mahnı çıxardı. Mahnının klipi Patronun rəsmi YouTube hesabından paylaşıldı. 17 iyul 2020-ci ildə Faruk Sabancı ilə birlikdə hazırladığı "Bu Sen Değilsin" adlı sinqlını YouTube kanalından yayımladı.[55] Yunus EP mini-albomunun 17 avqustda yayımlanacağını elan etdi və mini-albomu 17 avqust 2021-ci ildə Melankolia Müzik etiketiylə yayımladı.[56]

19 fevral 2021-ci ildə rəsmi Twitter hesabından Tek adlı albomunun yayımlandığını elan etdi. 2005-2011 illər arasında Kolera ilə duet etdiyi hissələri mahnılardan silib bu albomda yenidən yığdı.[57] 7 mayda rəsmi Twitter hesabından "Saldırground" adlı mahnısının yayımda olduğunu elan etdi.[58] 1 iyul 2021-ci ildə 2018-ci ildə hazırladığı, amma yayımlamadığı "Kim" mahnısını yayımladı.[59]

2022-günümüz: Kağıt Kesikleri

[redaktə | mənbəni redaktə et]

Sagopa Kajmer 2013-cü ildə Kalp Hastası albomunu yayımladıqdan sonra 2022-ci ilədək heç bir solo albom yayımlamadı. O, bu vaxt ərzində təkcə yığma albomları, mini-albomları və sinqllarını dinləyicilərinə təqdim etdi. 2 iyun 2022-ci ildə Kağıt Kesikleri adlı albomu yayımladı. Albomda Şehinşah, Dr. Fuchs, Ramiz və Velet ilə duetlər etdi və eyni gün "Bla Bla Bla Bla" mahnsının klipini yayımladı.

Sagopa Kajmer rep musiqisi sənətçisidir. Rep karyerasına Silahsız Kuvvet olaraq başladığı vaxtlarda mahnılarında Anadolu melodiyalarından və türkülərdən istifadə etdi.[13] İlk iki albomunda küçə/battle tərzinə üstünlük versə də, 3-cü albomu ilə birlikdə pessimist abu-havada həyatı ələ aldı, müharibə və insanlıq mövzusu üzərinə mahnılar çıxardı.[7] Başda söyüşlü mahnılar ifa edən sənətçi daha sonra bundan imtina etdi.[6] Həmçinin məşhur olmamaq üçün mahnılarını fərqli bir səs tonuyla ifa etdi.[5][60] Vokalının arabesk olduğu düşünülür.[13]

İlham aldıqları

[redaktə | mənbəni redaktə et]

Sənətçinin rep musiqisinə istiqamətlənməsində Run-DMC musiqi qrupunun musiqiləri təsirli olmuşdur.[6] Pembe Gazete qəzetinə verdiyi reportajda "Kiçik ikən özümü Run-DMC-dən Jam Master Jay sanırdım. LL Cool J və Fat Boys da çox önəmli isimlərdir. Onlarla repi bu günə daşıdım. İlhamı onlardan aldım." şəklində açıqlamışdır.[61] Sənətçi öz yazdığı sözlərdə Ömər Xəyyam, FirdovsiMövlana Cəlaləddin Ruminin əsərlərindən ilham aldığını bildirdi.[6] Sagopa Kajmerin tərzini dəyişdirib saqqal saxlaması Cübbəli Əhməd Xocanın söhbətlərindən təsirləndiyi şəklində yorumlandı.[62] Buna baxmayaraq, sənətçi saqqal saxlamasının sadəcə bir hədisə əsaslandığını qeyd etdi.[63]

Sagopa Kajmer-in mənası

[redaktə | mənbəni redaktə et]

Yunis Özyavuz öz təbiriylə, Sagopa Kajmer-in mənşəsini bu sözlərlə açıqlayır: “Misirdə qədim bir piramida... araşdıran da Kajmeri. Bax, orada araşdırmasını apararkən öz təxəllüsü Sagopa-nın Kajmer-i... sirrini açan insan”.[64]

Beyazıt ÖztürkMeral Okayın təqdim etdiyi Nasıl Yani verilişində vəziyyəti bu şəkildə açıqladı: Misirdəki piramidalar üzərində araşdırma aparan bir elm adamı... içəridəki bütün koordinasiyaları heroqlif kimi yazır və axınlar səbəbindən orada ölür. Ondan sonra gələn elm adamları və elmlə maraqlananlar papiruslardan oxuduqlarına görə bu kəşfləri edən insanın Sagopa piramidasının kəşfini edən insanın Kajmeri adında biri olduğunu ortaya çıxarırlar. Mən də universitet illərində bu haqda məqalədə oxumuşdum.[65]

17 noyabr 2015-ci ildə Mesut Yarın təqdim etdiyi Burada Laf Çok verilişində Mesut Yarın "Bu nə anlama gəlir?" sualına bu şəkildə cavab verdi: Müəmma... Bir də Sago adında bir ağac var Taylandda. Gözəl bir palma növü. Kajmer uşaq deməkdir. Bəlalı uşaq... Bu, bir az da Şərq mənşəli Avesta... Zend Avesta, onların kitabları, Ahura Mazdadan gəlir.[66]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Atasının adı Mehmet Özyavuzdur.[10] Əmrə adında bir qardaşı var.[67] İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı məzunudur.[3][5] 1 avqust 2006-cı ildə özü kimi rep sənətçisi olan Kolera ilə evləndi.[68] 20 noyabr 2017-ci ildə onlar boşandılar.[69] Əvvəllər müsəlmən olsa da,[70] daha sonra 2018-ci ildə dini inancının olmadığını açıqlamışdır.[71]

Mükafatları və namizədlikləri

[redaktə | mənbəni redaktə et]

Akşam qəzetindən Çağla Gürsoy sənətçi üçün "Sagopa Türkiyədəki rep dahilərinin başında gələn isimlərdən. Həm tərzini, həm də musiqisini çox bəyənirəm." ifadələrini istifadə etdi.[72] Sabah qəzeti yazarı Yusuf İzel Sagopa Kajmeri xarakterizə edən əlifba sırası ilə bir söz siyahısı hazırladı.[4] Esquire jurnalı "Görüncə Xoşbəxt Olduğunuz 50 İnsan" başlıqlı yazısında Sagopa Kajmer üçün "Türkiyədəki rep musiqi mədəniyyətinə yeni bir nəfəs qazandırdı." ifadələrinə yer verdi.[67] Milliyet qəzetinin yazarı Selçuk Bulut Sagopa Kajmeri köhnə tərzini dəyişdirməsi və "çox dinlənən" musiqilər hazırlaması istiqamətliylə tənqid etdi.[73] Hürriyet yazarı Tolga Akyıldız "Yeni nəsil repçilərə dərs" başlıqlı yazısında Sagopa Kajmeri "Türkcə repin çox önəmli fiqurlarından biri" olaraq təsvir etdi. O, həmçinin Sagopa Kajmerin "Saldırground" mahnısıyla həm köhnə hip-hop kütləsinə, həm də yeni nəsil rep kütləsinə xitab etdiyini ifadə etdi.[74]

  1. 1 2 3 4 Freebase Data Dumps. Google.
  2. Bulut, Selçuk. "Sagopa Kajmer 'Yunus' ile 'Sago yine yapmış' dedirtti mi?". Milliyet. 18 avqust 2020. 19 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2021.
  3. 1 2 "Sagopa Kajmer". melankolia.com.tr. 27 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
  4. 1 2 "A'dan Z'ye Sagopa Kajmer". Sabah. 13 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2016. (#apostrophe_markup)
  5. 1 2 3 4 "Sagopa Kajmer Zirvedekiler TRT 1". 1 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  6. 1 2 3 4 "Sagopa Kajmer Hürriyet Gazetesi 2005". Hürriyet. melankolia.com.tr. 15 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  7. 1 2 3 4 5 6 "Sagopa Kajmer / TTNET Müzik". 5 aprel 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2016.
  8. 1 2 3 "Sagopa Kajmer Diskografi". melankolia.com.tr. 15 aprel 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2016.
  9. "Rap'in kalbi onunla atıyor". Vatan. 14 dekabr 2013. 25 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2017. (#apostrophe_markup)
  10. 1 2 "Sagopa Kajmer". melankolia.com.tr. 18 mart 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  11. "Arşivləşdirilmiş surət". 16 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2016.
  12. "Sagopa Kajmer Go Girl Röportajı 2009". Go Girl. melankolia.com.tr. 28 avqust 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  13. 1 2 3 4 "Mutfakta Sagopa Kajmer..." Radikal. 28 dekabr 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016. (#apostrophe_markup)
  14. "Blue Jean Dergisi "TÜRKÇE RAP'TE RAPSTAR / Ceza" Röportajı". 3 noyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2012.
  15. "2004 tarihli Hammer Müzik duyurusu". 18 yanvar 2007 tarixində orijinalından arxivləşdirilib.
  16. "Fuchs* ‎– Huzur N Darem (CD) at Discogs". 24 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2017.
  17. "Slayt Ajans". 26 fevral 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2017.
  18. "2005 tarihli Irem Records duyurusu". 22 iyun 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2020.
  19. "2005 Yılı En İyi Klip - Kral TV Video Müzik Ödülleri". 6 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2017.
  20. "Diskografi". melankolia.com.tr. 14 aprel 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2016.
  21. "2006 tarihli birincil kaynak". 3 iyul 2006 tarixində orijinalından arxivləşdirilib.
  22. "MTV Türkiye Sagopa Kajmer". MTV Türkiye. 31 may 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2021.
  23. "Selamu aleykum". melankolia.com.tr. 10 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  24. "Bu Gece EP Zamanı!". Melankolia Müzik. 13 aprel 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2016.
  25. "Sagopa Kajmer: Şarkı Koleksiyoncusu - Music Streaming - Listen on Deezer". Deezer. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2018.
  26. "Sagopa Kajmer&Kolera'dan Yeni şarkı "BESLENME ÇANTAM"". melankolia.com.tr. 15 aprel 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  27. "Sagopa Kajmer Feat Kolera "Hain"". melankolia.com.tr. 13 aprel 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  28. "Trt Müzik Ödülleri Yılın Albümü Sagopa Kajmer & Kolera - Bendeki Sen". 13 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2017.
  29. "Sagopa Kajmer - Kafile 2 yeraltı Kafilesi (CD) at Discogs". Discogs. 26 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2016.
  30. "Sagopa Kajmer "Ardından Bakarım"". melankolia.com.tr. 21 iyun 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2010.
  31. 1 2 "Sagopa Kajmer "Kalp Hastası" Albümü Çıktı!". melankolia.com.tr. 12 aprel 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2016.
  32. "Sagopa Kajmer & Pesimist Orkestra Tur". 22 fevral 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2013.
  33. "Sagopa Kajmer – Uzun Yollara Devam Video Klip (2013)". melankolia.com.tr. 3 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2016.
  34. "Sagopa Kajmer Pesimist Ep 6". melankolia.com.tr. 12 mart 2014. 12 mart 2014 tarixində orijinalından arxivləşdirilib.
  35. "Sagopa Kajmer Pesimist Ep 6 Ahmak Islatan". melankolia.com.tr. 15 aprel 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2016.
  36. "Birol Giray Feat. Sagopa Kajmer – Abrakadabra". melankolia.com.tr. 14 may 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2014.
  37. "Cem Adrian feat Sagopa Kajmer Artık Bitti - YouTube". 2 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2016.
  38. "Sagopa Kajmer – Underground Years... - melankolia.com.tr". Facebook. 27 fevral 2015. 20 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
  39. "Naber (feat. Sagopa Kajmer) by Birol Giray on Apple Music". Apple Music. 12 noyabr 2015. 20 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
  40. "Birol Giray 'BeeGee' & Sagopa Kajmer Dream TV". YouTube. 20 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
  41. "Sagopa Kajmer ft. DJ Tarkan "TECRÜBE" Yayında!". melankolia.com.tr. 15 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2017.
  42. "366.Gün by Sagopa Kajmer on Apple Music". Apple Music. 1 yanvar 2017. 20 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2021.
  43. "Sagopa Kajmer - Ne Kaybederdin (2012 Gencebay tribute)". MelankoliaMuzikTv. YouTube. 30 yanvar 2017. 4 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2017.
  44. Sagopa Kajmer [Sagopakajmerrap]. "Sagopa Kajmer 'Ahmak Islatan' albümü 01.09.2017 tarihinde tüm dijital platformlarda yayınlanacak. Bayram tatili sonrası ise marketlerde!..." (Tweet). 23 avqust 2017. 23 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2021.
  45. "Sagopa Kajmer: Ahmak Islatan - Müzik yayını - Deezer'da dinle". Deezer. 25 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2017.
  46. "Sagopa Kajmer - Sorun Var (Official Audio)". 31 dekabr 2017. 1 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
  47. "Sagopa Kajmer - Sorun Var (No Joke Melankolik Mix)". 29 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2018.
  48. Sagopa Kajmer [Sagopakajmerrap]. "Uzun zamandır beklediğiniz şarkı geliyor! Prodüktörlüğünü elektronik dans müziğinin en önemli isimlerinden DJ Tarkan'ın yaptığı, yepyeni..." (Tweet). 25 sentyabr 2018. 24 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2021.
  49. "DJ Tarkan ft. Sagopa Kajmer - Oldu Olanlar". YouTube. 3 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2018.
  50. "Sıra Sagopa Kajmer'de… Yeni şarkısını dinleyicilerle buluşturdu". Sözcü. 18 avqust 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2019.
  51. "Yeditepe Üniversitesi öğrencileri, 2019'un en iyilerini seçti". 27 fevral 2020. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  52. "Yeditepe Dilek Ödülleri sahiplerini buldu". 25 fevral 2020. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  53. "Sagopa Kajmer yeni şarkısı 'Toz Taneleri' ile sosyal medyanın gündemine oturdu". Posta. 29 noyabr 2019. 30 noyabr 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2020.
  54. "Sagopa Kajmer'in klibine RTÜK incelmesi". NTV. 18 yanvar 2020. 18 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2020.
  55. Sagopa Kajmer [Sagopakajmerrap]. "Faruk Sabancı & Sagopa Kajmer - Bu Sen Değilsin" (Tweet). 17 iyul 2020. 30 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2021.
  56. "Yunus - EP by Sagopa Kajmer on Apple Music". Apple Music. 17 avqust 2020. 19 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2021.
  57. "Sagopa Kajmer eski şarkılarından Kolera'yı sildi". Habertürk. 19 fevral 2021. 19 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2021.
  58. Sagopa Kajmer [Sagopakajmerrap]. "Sagopa Kajmer - Saldırground yayında" (Tweet). 7 may 2021. 8 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2021.
  59. "Sagopa Kajmer - Kim". YouTube. 1 iyul 2021. 1 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
  60. "Sagopa Kajmer Zaman Gazetesi Röportajı". Zaman. melankolia.com.tr. 10 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  61. "Sagopa Kajmer Pembe Gazete Röportajı 2009". Pembe Gazete. melankolia.com.tr. 6 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  62. "Cübbeli Hoca, Sagopa'yı nasıl etkiledi". haber7.com. 8 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  63. "Sagopa Kajmer & Kolera - Aksama Dogru TVNET". YouTube. 8 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  64. "Sagopa Kajmer Canli Röportaj - TRT2 (Part 1)". YouTube. 8 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  65. "Sagopa Kajmer Nasıl Yani". YouTube. 8 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
  66. Burada Laf Çok - 17.11.2015. 17 noyabr 2015. İstifadə tarixi: 3 oktyabr 2016.
  67. 1 2 "Esquire Dergisi/Görünce Mutlu Olduğunuz 50 İnsan". Esquire. melankolia.com.tr. 3 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  68. "Sagopa Kajmer ve Kolera evliliğini sonlandırdı". Ensonhaber.com. 20 noyabr 2017. 1 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2021.
  69. "Sagopa Kajmer ve Kolera boşandı". 3 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
  70. "Git Namaz Kıl Rahatla! Müslüman değil misin sen?". Facebook. 15 avqust 2015. 2023-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2023.
  71. "Sagopa Kajmer 'dini inancım yok' dedi!". Milliyet. 28 may 2018. 12 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2018.
  72. "Bahar geliyor sesi biraz açın!". Akşam. 3 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2016. (#apostrophe_markup)
  73. Bulut, Selçuk. "Sagopa Kajmer'in 'Bu Sen Değilsin'i nasıl olmuş?". Milliyet. 20 iyul 2020. 21 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2021.
  74. Akyıldız, Tolga. "Yeni nesil rap'çilere ders". Hürriyet. 22 may 2021. 7 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]