Sagopa Kajmerin qazandığı mükafatların və namizədliklərinin siyahısı

Sagopa Kajmer 23 sentyabr 2022-ci il tarixli Ankara konsertindən bir görüntü

Bu siyahı Türkiyənin rep sənətçisi, müğənni-bəstəkar Sagopa Kajmerin və əsərlərinin qazandığı və namizəd göstərildiyi mükafatlar barədə məlumatları ehtiva edir.

2006-cı ildə təşkil edilən Kral TV Video Musiqi Mükafatları musiqi müsabiqəsində "Vasiyet" adlı mahnı klipi Ən Yaxşı Video Klip mükafatını qazandı. O, daha sonra 2018-ci verdiyi reportajlardan birində bu mükafatın ona çatmadığını, həmin vaxt əsgərlikdə olduğunu və əlaqəli şəxslərin bir-birini tanıdığını, mükafatlandırmanın anlaşmalı şəkildə olduğunu bildirmişdir.[1] 6 noyabr 2008-ci ildə MTV Türkiyə tərəfindən təşkil olunan MTV Avropa Musiqi Mükafatları 2008 müsabiqəsində Türkiyədə ilin ən yaxşısı olmağa namizəd göstərildi.[2] Kolera ilə 2-ci duet albomu olan Bendeki Sen albomu 2011-ci ildə təşkil olunan TRT Musiqi Mükafatları müsabiqəsində "İlin albomu" kateqoriyasına namizəd göstərildi.[3][4]

2019-cu ildə Magazin.com Mükafatları-nın təqdim etdiyi Ən Yaxşı Rep Sənətçisi Mükafatını qazandı.[5] Yeditepe Dilek Universiteti tələbələri arasında keçirilən sorğuların nəticəsinə əsasən qalibləri müəyyənləşən Yeditepe Dilek Mükafatları-nda "Avutsun Bahaneler" mahnısı Ən Yaxşı Mahnı mükafatının sahibi oldu.[6][7]

Mükafatlar və namizədliklər[redaktə | mənbəni redaktə et]

İl Təşkilat Kateqoriya Namizəd Nəticə
2006 12-ci Kral TV Video Müsiqi Mükafatları Ən Yaxşı Video Klip "Vasiyet" Qazandı
2008 Avropa Musiqi Mükafatları Ən Yaxşı Türkiyə Sənətçisi Sagopa Kajmer Namizəd
2011 TRT Musiqi Mükafatları İlin albomu Bendeki Sen Namizəd
2019 Magazin.com Mükafatları Ən Yaxşı Rep Sənətçisi Mükafatı Sagopa Kajmer Qazandı
2019 Yeditepe Dilek Mükafatları Ən Yaxşı Mahnı "Avutsun Bahaneler" Qazandı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "SAGOPA KAJMER - RÖPORTAJ 2018". 23 aprel 2018. 24 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2023.
  2. "Liverpool'a kim gidecek". Hürriyet. 26 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2016. (#apostrophe_markup)
  3. "Trt Müzik Ödülleri Yılın Albümü Sagopa Kajmer & Kolera - Bendeki Sen". 13 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2017.
  4. Melankolia Müzik [MelankoliaResmi]. "Sagopa Kajmer & Kolera - Bendeki Sen, Trt Müzik ödülleri Yılın Albümü kategorisinde aday gösterilmiştir" (Tweet). 18 yanvar 2011. 2 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2021.
  5. "Sagopa Kajmer Yılın En İyi Rap Sanatçısı Ödülü 2019 [4K]". 1 may 2019. 29 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2023.
  6. "Yeditepe Üniversitesi öğrencileri, 2019'un en iyilerini seçti". 27 fevral 2020. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  7. "Yeditepe Dilek Ödülleri sahiplerini buldu". 25 fevral 2020. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.