Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978[1], Samsun[1]) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi.
Sagopa Kajmer | |
---|---|
türk. Yunus Özyavuz | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Yunus Özyavuz |
Ləqəbləri | Sagopa Kajmer, DJ Mic Check, Silahsız Kuvvet |
Doğum tarixi | 17 avqust 1978[1] (46 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, pianoçu, mahnı yazarı[d], musiqi prodüseri, repçi, səsyazma sənətçisi[d], dicey |
Fəaliyyət illəri | 1996-cı ildən |
Janrlar | rep, hip-hop[d] |
Musiqi alətləri | piano, qramofon, baraban, törnteyblizm[d] |
Albom şirkəti | Melankolia Müzik |
Əlaqələri |
Ceza · Dr. Fuchs · Kolera · Patron · Fuat Ergin · Şehinşah Asya Sentez (2000) · Kuvvetmira (1998-2013) |
Təhsili | İstanbul Universiteti Ədəbiyyat Fakültəsi[türk.] Fars Dili və Ədəbiyyatı bölümü |
Dini |
dinsiz islam (əvvəllər) |
Mükafatları | Tam siyahı |
melankolia.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə karyerasına başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi[türk.] Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu.
1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi. 2005-ci ildə Romantizma albomunu buraxdı. 11 avqust 2005-ci ildə öz musiqi şirkəti olan Melankolia Müzik şirkətini qurdu. 27 iyun 2006-cı ildə Melankolia Müzik etiketiylə Kafile adlı kompilyasiya albomunu yayımladı. 1 avqust 2006-cı ildə özü kimi rep sənətçisi olan Kolera ilə evləndi. 2007-ci ildə Kolera ilə İkimizi Anlatan Bir Şey adında bir duet albomu buraxdı. 2008-ci ildə Kötü İnsanları Tanıma Senesi adlı solo albomunu, 2009-cu ildə Şarkı Koleksiyoncusu, 2010-cu ildə Kolera ilə ikinci duet albomu Bendeki Sen, 2011-ci ildə Saydam Odalar, 2013-cü ildə Kalp Hastası, 2017-ci ildə Ahmak Islatan albomunu, 2019-cu ildə Sarkastik EP albomunu yayımladı. 12 iyun 2020-ci ildə repçi Patron ilə "Siyah" sinqlını yayımladı. 17 iyul 2020-ci ildə Faruk Sabancı ilə "Bu Sen Değilsin" sinqlını yayımladı. Həmçinin 17 avqust 2020-ci ildə, doğum günündə əmisi oğlu Gökhan Özyavuz ilə 5 sinqldan ibarət Yunus EP albomunu buraxdı. 2 iyun 2022-ci ildə Kağıt Kesikleri albomunu yayımladı.
Yunis Özyavuz 17 avqust[2] 1978-ci ildə[3] Samsunda doğuldu. İbtidai və orta təhsilini Samsunda tamamladı.[4] Öz təbirincə, anasından zənci musiqiləri, atasından da italyan musiqilərinə qulaq asaraq musiqiylə tanışdı.[5][6] Musiqi həyatına doğulduğu Samsunda yerli bir radioda diceyliklə başladı. Həmin vaxtlar Dj Rapper M. C. (Dj Rapper Mic Check) təxəllüsündən istifadə etdi.[7] 1997-ci ildə ali təhsil üçün İstanbula getdi. İstanbul Universiteti Ədəbiyyat Fakültəsi[türk.] Fars Dili və Ədəbiyyatı bölümünə daxil oldu[7][8] və 4 il sonra məzun oldu.[5] 1998-ci ildə Kuvvetmira rep qrupunu qurdu.[7] 1999-cu ildə Yeraltı Operasyonu albomunda Silahsız Kuvvet adıyla yer aldı.[9] Yenə eyni tarixlərdə ilk mini-albomu olan Pesimist EP 1-i yazmağa başladı və 2000-ci ildə yayımladı.[10] Eyni ildə Asya Sentez adlı musiqi qrupu quruldu və eyni ildə Ceza ilə duet etdiyi Toplama Kampı albomunu yayımladı. Albomda Dr. Fuchs və Dumanyak kimi sənətçilər də yer aldı. Albom qrupun yeganə işi olaraq qalmışdır.[11] 2001-ci ildə Sözlerim Silahım albomunu buraxdı.[12] Bu albomdan sonra eyni il On Kurşun albomunu yayımladı.[7] 2002-ci ildə İhtiyar Heyeti albomunu çıxardı.[8] Yenə eyni tarixdə Cezanın Med Cezir albomunun prodüserliyini etdi.[7] Eyni il Sagopa Kajmer adıyla Sagopa Kajmer albomunu buraxdı. Eyni il internet üzərindən Pesimist EP 2 mini-albomunu yayımladı.
2004-cü ildə Radikal qəzetinə verdiyi müsahibədə 7 ildir istifadə etdiyi Silahsız Kuvvet təxəllüsünü buraxdığını və artıq Sagopa Kajmer adı ilə davam edəcəyini bildirdi.[13] Eyni tarixdə Rapstar albomunun prodüserliyini etdi.[14] 5 mart 2004-cü ildə Hammer Müzik etiketiylə Bir Pesimistin Gözyaşları adlı bir albom çıxardı.[15] Dr. Fuchsun 2004-cü ildə yayımlanan Huzur N Darem albomunun prodüserliyini etdi.[16] Daha sonra Cem Yılmazın G.O.R.A. filmi üçün də musiqilər hazırladı[13] və Cem Yılmazla birlikdə film üçün hazırladığı "Al 1'de Burdan Yak" mahnısının klipinə çəkildi.[17] 20 avqust 2005-ci ildə İrem Records etiketiylə Romantizma adlı bir albom çıxardı[18] və albomdakı "Vasiyet" adlı mahnıya klip hazırladı. "Vasiyet" adlı klip 2006-cı ildə 12-ci Kral TV Video Müsiqi Mükafatları tərəfindən keçirilən musiqi müsabiqəsində Ən Yaxşı Video Klip mükafatını kazandı.[19] Yenə eyni tarixdə Pesimist EP 3 mini-albomunu yayımladı. Sagopa Kajmer həm albomlarını öz musiqi şirkəti ilə çıxarmaq, həm də yeni istedadlara qapı açmaq məqsədilə 11 avqust 2005-ci ildə Kolera ilə birlikdə Melankolia Müzik adlı musiqi şirkətini qurdu.[20] Sagopa Kajmer Kuvvetmira-da yer alan digər rep sənətçiləri ilə birlikdə 27 iyun 2006-cı ildə Melankolia Müzik etiketiylə Kafile albomunu çıxardı və prodüserliyini etdi. 18 may 2006-cı ildə Pesimist EP 4 - Kurşun Asker mini-albomunu yayımladı.[21]
26 aprel 2007-ci ildə Kolera ilə duet albomları olan İkimizi Anlatan Bir Şey albomunu dinləyicilərinə təqdim etdi. 2008-ci ildə ilk solo albomu olan Kötü İnsanları Tanıma Senesi albomunu təqdim etdi və albomda yer alan "Ben Hüsrana Komşuyum" və "Düşersem Yanarım" adlı sinqllara kliplər çəkdi.[22] 6 may 2008-ci ildə Kolera ilə birlikdə duet etdiyi "Bu Şarkıyı Zevk İçin Yaptık" adlı bir sinql yayımladı.[23] 27 dekabr 2008-ci ildə Pesimist EP 5 - Kör Cerrah mini albomunu öz rəsmi saytı üzərindən yayımladı.[24] 19 fevral 2009-cu ildə Şarkı Koleksiyoncusu albomunu yayımladı.[25] 1 aprel 2009-cu ildə Kolera ilə duet etdiyi "Beslenme Çantam" adlı sinqlı yayımladı.[26] 18 iyul 2009-cu ildə Kolera ilə duet etdiyi "Hain" adlı sinqlı yayımladı.[27]
2010-cu ildə Kolera ilə birlikdə 2-ci duet albomu olan Bendeki Sen albomunu yayımladı.[8] Bendeki Sen ilk dəfə təşkil olunan TRT Musiqi Mükafatları müsabiqəsində qalibi ictimaiyyətin səsi ilə müəyyən edilən "İlin albomu" kateqoriyasında namizəd göstərildi.[28] Həmçinin yenə 2010-cu ildə yayımlanan Kafile 2 albomunun prodüserliyini etdi.[29] 4 fevral 2010-cu ildə "Ardından Bakarım" adlı bir sinql yayımladı.[30] 2011-ci ildə Saydam Odalar albomunu təqdim etdi.[31] "Kaç Kaçabilirsen" və "Bu İşlerden Elini Çek" mahnılarında Kolera ilə duet etdi. 2012-ci ildə "Istakoz" ve "40" adlı mahnılarını internet üzərindən yayımladı. 2013-cü il ərzində yeni bir albom çıxaracağını rəsmi Twitter hesabından elan etdi. Sagopa Kajmer öz orkestrası olan Pesimist Orkestra ilə birlikdə 2013-cü ilin mart, aprel və may aylarında bir səfər təşkil etdi və bu səfər daxilində 15 şəhərdə konsertlər verdi.[32] 8 iyul 2013-cü ildə Kalp Hastası albomunu satışa çıxardı və "İster İstemez" adlı mahnıda onu Kolera müşayiət etdi. Alboma ilk videoklip "Düşünmek İçin Vaktin Var" adlı mahnıya çəkildi. Sagopa Kajmerin 2005-ci ildə lentə aldığı "Baytar" mahnısı dinləyicilərdindən gələn sıx istək üzərinə yenidən səsləndirilib bu alboma daxil edildi. Həmçinin "Istakoz" mahnısı da bu albomda öz yerini aldı.[31] Alboma ikinci videoklip "Uzun Yollara Devam" mahnısına çəkildi. Çəkilən bu klip "Düşünmek İçin Vaktin Var" adlı klipin davamıdır.[33] Sagopa Kajmer 14 mart 2014-cü ildə verdiyi bir açıqlamada Pesimist EP 6 - Ahmak Islatan adlı mini-albomunu 20 martda yayımlayacağını elan etdi[34] və 20 mart 2014-cü ildə mini-albomu yayımladı.[35] 2014-cü ilin mayında Birol Giray (BeeGee) ilə birlikdə "Abrakadabra" adlı sinqlı dinləyiciləriylə paylaşdı.[36] Eyni ildə Cem Adrianın "Artık Bitti" mahnısının skretç kompozisiyalarını yazdı və mahnıya bek vokallıq etdi.[37]
Sagopa Kajmer 1998–2001-ci illər arasında hazırladığı beat əsərlərini 27 fevral 2015-ci ildə YouTube üzərindən yayımladığı Underground Years Vol.1 adlı albomda topladı.[38] 12 noyabr 2015-ci ildə[39] Birol Giray ilə ikinci işi "Naber" mahnısını yayımladı və mahnıya klip çəkdi.[40] 2016-cı ilin mart ayında DJ Tarkan ilə çalışdığı "Tecrübe" əsərini yayımladığını rəsmi saytı üzərindən elan etdi.[41] 1 yanvar 2017-ci ildə Melankolia Müzik etiketiylə "366. Gün" mahnısını yayımladı.[42] 2017-ci ildə "Ne Kaybederdin" adlı sinqlı rəsmi YouTube kanalı üzərindən yayımladı.[43] Sagopa Kajmer 23 avqust 2017-ci ildə rəsmi Twitter hesabından verdiyi açıqlamada 1 iyulda Ahmak Islatan albomunun bütün rəqəmsal platformalarda olacağını elan etdi[44] və 1 sentyabr 2017-ci ildə albomu yayımladı.[45] 31 dekabr 2017-ci ildə rəsmi YouTube kanalı üzərindən "Sorun Var" adlı mahnısını yayımladı.[46] 29 may 2018-ci ildə rəsmi YouTube hesabından mahnının klipini yayımladı.[47] 25 sentyabr 2018-ci ildə rəsmi Instagram hesabından çıxaracağı yeni mahnısının 2 oktyabrda bütün rəqəmsal platformalarda olacağını və 1 gün əvvəl də YouTube-də olacağını elan etdi.[48] 1 oktyabr 2018-ci ildə "Oldu Olanlar" adlı mahnıyı rəsmi YouTube hesabından yayımladı.[49] Sagopa Kajmer 41-ci doğum günündə "Avutsun Bahaneler" adlı mahnısını yayımladı.[50] Mahnı 2019-cu ildə Yeditepe Dilek Universiteti tərəfindən keçirilən Yeditepe Dilek Mükafatları-nda Ən Yaxşı Mahnı mükafatını qazandı.[51][52] 29 noyabr 2019-cu ildə Sarkastik EP mini-albomunu çıxardı. Albomda ən çox diqqət görən mahnısı "Toz Taneleri" oldu.[53] Sagopa Kajmerin YouTube-da yayımlanan "Toz Taneleri" mahnısının musiqi klipində siqaret çəkərək insanları siqaret çəkməyə təşviq etdiyi əsas gətirilərək bir vətəndaşın haqqında şikayət verməsi nəticəsində barəsində istintaq başladıldı və o, İstanbul Baş Prokurorluğunda ifadə verdi.[54] 12 iyun 2020-ci ildə Patron ilə "Siyah" adında bir mahnı çıxardı. Mahnının klipi Patronun rəsmi YouTube hesabından paylaşıldı. 17 iyul 2020-ci ildə Faruk Sabancı ilə birlikdə hazırladığı "Bu Sen Değilsin" adlı sinqlını YouTube kanalından yayımladı.[55] Yunus EP mini-albomunun 17 avqustda yayımlanacağını elan etdi və mini-albomu 17 avqust 2021-ci ildə Melankolia Müzik etiketiylə yayımladı.[56]
19 fevral 2021-ci ildə rəsmi Twitter hesabından Tek adlı albomunun yayımlandığını elan etdi. 2005–2011 illər arasında Kolera ilə duet etdiyi hissələri mahnılardan silib bu albomda yenidən yığdı.[57] 7 mayda rəsmi Twitter hesabından "Saldırground" adlı mahnısının yayımda olduğunu elan etdi.[58] 1 iyul 2021-ci ildə 2018-ci ildə hazırladığı, amma yayımlamadığı "Kim" mahnısını yayımladı.[59]
Sagopa Kajmer 2013-cü ildə Kalp Hastası albomunu yayımladıqdan sonra 2022-ci ilədək heç bir solo albom yayımlamadı. O, bu vaxt ərzində təkcə yığma albomları, mini-albomları və sinqllarını dinləyicilərinə təqdim etdi. 2 iyun 2022-ci ildə Kağıt Kesikleri adlı albomu yayımladı. Albomda Şehinşah, Dr. Fuchs, Ramiz və Velet ilə duetlər etdi və eyni gün "Bla Bla Bla Bla" mahnsının klipini yayımladı.
Sagopa Kajmer rep musiqisi sənətçisidir. Rep karyerasına Silahsız Kuvvet olaraq başladığı vaxtlarda mahnılarında Anadolu melodiyalarından və türkülərdən istifadə etdi.[13] İlk iki albomunda küçə/battle tərzinə üstünlük versə də, 3-cü albomu ilə birlikdə pessimist ab-havada həyatı ələ aldı, müharibə və insanlıq mövzusu üzərinə mahnılar çıxardı.[7] Başda söyüşlü mahnılar ifa edən sənətçi daha sonra bundan imtina etdi.[6] Həmçinin məşhur olmamaq üçün mahnılarını fərqli bir səs tonuyla ifa etdi.[5][60] Vokalının arabesk olduğu düşünülür.[13]
Sənətçinin rep musiqisinə istiqamətlənməsində Run-DMC musiqi qrupunun musiqiləri təsirli olmuşdur.[6] Pembe Gazete qəzetinə verdiyi reportajda "Kiçik ikən özümü Run-DMC-dən Jam Master Jay sanırdım. LL Cool J və Fat Boys da çox önəmli isimlərdir. Onlarla repi bu günə daşıdım. İlhamı onlardan aldım." şəklində açıqlamışdır.[61] Sənətçi öz yazdığı sözlərdə Ömər Xəyyam, Firdovsi və Mövlana Cəlaləddin Ruminin əsərlərindən ilham aldığını bildirdi.[6] Sagopa Kajmerin tərzini dəyişdirib saqqal saxlaması Cübbəli Əhməd Xocanın söhbətlərindən təsirləndiyi şəklində yorumlandı.[62] Buna baxmayaraq, sənətçi saqqal saxlamasının sadəcə bir hədisə əsaslandığını qeyd etdi.[63]
Yunis Özyavuz öz təbiriylə, Sagopa Kajmer-in mənşəsini bu sözlərlə açıqlayır: "Misirdə qədim bir piramida… araşdıran da Kajmeri. Bax, orada araşdırmasını apararkən öz təxəllüsü Sagopa-nın Kajmer-i… sirrini açan insan".[64]
Beyazıt Öztürk və Meral Okayın təqdim etdiyi Nasıl Yani verilişində vəziyyəti bu şəkildə açıqladı: Misirdəki piramidalar üzərində araşdırma aparan bir elm adamı… içəridəki bütün koordinasiyaları heroqlif kimi yazır və axınlar səbəbindən orada ölür. Ondan sonra gələn elm adamları və elmlə maraqlananlar papiruslardan oxuduqlarına görə bu kəşfləri edən insanın Sagopa piramidasının kəşfini edən insanın Kajmeri adında biri olduğunu ortaya çıxarırlar. Mən də universitet illərində bu haqda məqalədə oxumuşdum.[65]
17 noyabr 2015-ci ildə Mesut Yarın təqdim etdiyi "Burada Laf Çok" verilişində Mesut Yarın "Bu nə anlama gəlir?" sualına bu şəkildə cavab verdi: Müəmma... Bir də Sago adında bir ağac var Taylandda. Gözəl bir palma növü. Kajmer uşaq deməkdir. Bəlalı uşaq... Bu, bir az da Şərq mənşəli Avesta... Zend Avesta, onların kitabları, Ahura Mazdadan gəlir.[66]
Atasının adı Mehmet Özyavuz,[10] anasının adı Serpil Özyavuzdur. 2 iyun 2024-cü ildə anası vəfat etmişdir.[67] Əmrə adında bir qardaşı var.[68] İstanbul Universiteti Ədəbiyyat Fakültəsi[türk.] Fars Dili və Ədəbiyyatı məzunudur.[3][5] 1 avqust 2006-cı ildə özü kimi rep sənətçisi olan Kolera ilə evləndi.[69] 20 noyabr 2017-ci ildə onlar boşandılar.[70] Əvvəllər müsəlmən olsa da,[71] daha sonra 2018-ci ildə dini inancının olmadığını açıqlamışdır.[72]
2006-cı ildə təşkil edilən Kral TV Video Musiqi Mükafatları musiqi müsabiqəsində "Vasiyet" adlı mahnı klipi Ən Yaxşı Video Klip mükafatını qazandı. O, daha sonra 2018-ci ildə verdiyi reportajlardan birində bu mükafatın ona çatmadığını, həmin vaxt əsgərlikdə olduğunu və əlaqəli şəxslərin bir-birini tanıdığını, mükafatlandırmanın anlaşmalı şəkildə olduğunu bildirmişdir.[73] 6 noyabr 2008-ci ildə MTV Türkiyə tərəfindən təşkil olunan MTV Avropa Musiqi Mükafatları 2008 müsabiqəsində Türkiyədə ilin ən yaxşısı olmağa namizəd göstərildi.[74] Kolera ilə 2-ci duet albomu olan Bendeki Sen albomu 2011-ci ildə təşkil olunan TRT Musiqi Mükafatları müsabiqəsində "İlin albomu" kateqoriyasına namizəd göstərildi.[75][76]
2019-cu ildə Magazin.com Mükafatları-nın təqdim etdiyi Ən Yaxşı Rep Sənətçisi Mükafatını qazandı.[77] Yeditepe Dilek Universiteti tələbələri arasında keçirilən sorğuların nəticəsinə əsasən qalibləri müəyyənləşən Yeditepe Dilek Mükafatları-nda "Avutsun Bahaneler" mahnısı Ən Yaxşı Mahnı mükafatının sahibi oldu.[78][79]
İl | Təşkilat | Kateqoriya | Namizəd | Nəticə |
---|---|---|---|---|
2006 | 12-ci Kral TV Video Müsiqi Mükafatları | Ən Yaxşı Video Klip | "Vasiyet" | Qazandı |
2008 | Avropa Musiqi Mükafatları | Ən Yaxşı Türkiyə Sənətçisi | Sagopa Kajmer | Namizəd |
2011 | TRT Musiqi Mükafatları | İlin albomu | Bendeki Sen | Namizəd |
2019 | Magazin.com Mükafatları | Ən Yaxşı Rep Sənətçisi Mükafatı | Sagopa Kajmer | Qazandı |
2019 | Yeditepe Dilek Mükafatları | Ən Yaxşı Mahnı | "Avutsun Bahaneler" | Qazandı |
Akşam qəzetindən Çağla Gürsoy sənətçi üçün "Sagopa Türkiyədəki rep dahilərinin başında gələn isimlərdən. Həm tərzini, həm də musiqisini çox bəyənirəm." ifadələrini istifadə etdi.[80] Sabah qəzeti yazarı Yusuf İzel Sagopa Kajmeri xarakterizə edən əlifba sırası ilə bir söz siyahısı hazırladı.[4] Esquire jurnalı "Görüncə Xoşbəxt Olduğunuz 50 İnsan" başlıqlı yazısında Sagopa Kajmer üçün "Türkiyədəki rep musiqi mədəniyyətinə yeni bir nəfəs qazandırdı." ifadələrinə yer verdi.[68] Milliyet qəzetinin yazarı Selçuk Bulut Sagopa Kajmeri köhnə tərzini dəyişdirməsi və "çox dinlənən" musiqilər hazırlaması istiqamətliylə tənqid etdi.[81] Hürriyet yazarı Tolga Akyıldız "Yeni nəsil repçilərə dərs" başlıqlı yazısında Sagopa Kajmeri "Türkcə repin çox önəmli fiqurlarından biri" olaraq təsvir etdi. O, həmçinin Sagopa Kajmerin "Saldırground" mahnısıyla həm köhnə hip-hop kütləsinə, həm də yeni nəsil rep kütləsinə xitab etdiyini ifadə etdi.[82]