Xətibzadə Yəhya Paşa (ö. avqust 1755) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Xətibzadə Yəhya Paşa | |
---|---|
Əvvəlki | Əli Paşa |
Sonrakı | Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Xətib Mustafa Əfəndi |
Həyat yoldaşı | Saliha Sultan |
Uşaqları |
Əli bəy Əminə xanım Sultan Ayşə xanım Sultan |
Atası Əyyubsultan məscidinin xətibi Mustafa Əfəndidir (ö. 1728). Həkimoğlu Əli Paşanın xidmətinə girərək, həm kəndxudası, həm də kürəkəni oldu. Onun ilk sədarəti dönəmində 1732-ci ilin mayında sədarət naibi oldu və 1733-cü ilin yanvarında baş miraxur, 1734-cü ildə vəzirliklə İrəvan, 1735-ci ilin iyulunda Trabzon, 1736-cı ilin mayında Özi valisi oldu.
1737-ci ilin mayında şərq cəbhəsindəki döyüşlərin birində əsir düşmüş, 1740-cı ildə bağlanan atəşkəslə azadlığa buraxılmışdır. 1741-ci ilin martında Bursa valisi, həmin ilin mayında Misir bəylərbəyi, 1743-cü ilin mayında kaptan-ı dərya, həmin ilin noyabrında Belqrad mühafizəsi ilə vəzifələndirildi. 1744-cü ilin dekabrında Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı.
1746-cı ilin avqustunda Rumeli, 1748-ci ildə Aydın, həmin ilin noyabrında Mosul, dekabrında isə Rumeli və Diyarbəkir, 1749-cu ildə Anadolu, 1753-cü ildə Vidin, 1754-cü ilin sentyabrın yenidən Rumeli, 1755-ci ilin iyulunda Yanya valisi oldu. Son vəzifəsində ikən 1755-ci ilin avqustunda vəfat etdi.
İlk evliliyindən Əli bəy adlı oğlunun, Saliha Sultanla olan evliliyindən isə 2 qızının olduğu bilinir. Qardaşı İbrahim bəyi isə ögey qızı Fatma xanım Sultanla evləndirmişdir.