Securex Caspian — Bakıda təşkil olunan beynəlxalq sərgi.
Securex Caspian | |
---|---|
azərb. Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə Sərgisi | |
Status | aktiv |
Janr | sərgi |
Tezliyi | hər ilin payızında |
Məkan | Bakı Ekspo Mərkəzi |
Yer | Bakı |
Ölkə | Azərbaycan |
Yaradılıb | 2016-cü il |
Növbəti | 6-8 sentyabr, 2022-ci il |
Təşkilatçı | Caspian Event Organisers |
securexcaspian.az |
"Securex Caspian" sərgisi beynəlxalq səviyyəli tədbirdir və hüquq-mühafizə orqanları, eləcə də sərhəd, xilasetmə və xüsusi təyinatlı xidmətlər üçün nəzərdə tutulmuş perspektiv texnika nümunələrinin, habelə inteqrasiya olunmuş təhlükəsizlik sistemləri və silahların nümayişi üçün ideal platformadır[1][2].
2016-cı ildə "Securika CIPS" sərgisində Azərbaycan, Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Rusiya, Türkiyə və digər ölkələrdən gələn şirkətlər iştirak etmişdir[3][4].
Sərgi əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi üçün əlverişli şərait yaradır və dövlətdaxili, ictimai və vətəndaş təhlükəsizliyinin təmin olunması üzrə tətbiqi tapşırıqların həllinə kömək edir. Sərgini Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturu, nəqliyyat, sənaye müəssisələri və s. obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən mütəxəssislər ziyarət edirlər.