Sekban

Sekban — (Farsca seg-ban: "köpək baxıcısı"[1]), Yeniçəri ocağının altmış beşinci bölük üzvünə verilən ad.

Sekbanlar, Osmanlı imperiyasında kəndli kökənli muzdlular idi.[2] Sekban termini əvvəlcə nizamsız hərbi hissələrə, xüsusən də silahsız olanlara deyilirdi, lakin nəticədə nizami hərbi qüvvələrdən kənar hər hansı bir orduya da bu cürə müraciət edilə bilərdi.[3] Sekbanlar nəinki Osmanlı dövlətinə sadiq idilər, həm də onlara kifayət qədər maaş verən hər kəsə sadiq ola bilərdilər.[4]

Yeniçəri ağası.

Sekban təşkilatı, Murad Hüdavəndigar dövründə sultanın ovçusu olaraq mövcud idi. 1451-ci ildə Fateh Sultan Mehmed dövrünə qədər müstəqil bir təşkilat olan Sekban ocağı, Yeniçərlərin itaətsizliyi səbəbi ilə,onların üsyan meylini pozmaq üçün Fatihin əmri ilə Yeniçəri ocağına paylandılar. O zaman onların sayı altı-yeddi min idi. Beş yüz sekban da ov xidmətinə görə saxlanıldı.

Yavuz Sultan Səlimin hakimiyyəti dövründə bütün sekbanlar bölüyə çevrildi və yeniçəri mərkəzinin altmış beşinci bölüyünü təşkil etdi. Piyada və süvari sekbanlar, padşahla ova çıxır, ov itlərini böyüdür və sekban təndirində çalışırdılar. Müharibə vaxtı digər yeniçərilərlə birlikdə döyüşə qatılırdılar.

Yerli piyadalardan olan sekbanlar, əsgərlərə ehtiyac duyulduqda könüllü olaraq toplanan kəndlilərdən olduqları üçün digər qoşunlar kimi möhkəm hərbi təlimə yiyələnməmişdilər. Zaman-zaman, hətta xristianlar da "salyanə" dən xilas olmaq üçün bu birliyə qoşulurdular. Olduqları bölgənin paşasından başqa heç kimi tanımırdılar. Onlara xidmət göstərildiyi müddətdə ulufə alırdılar. Sekbanlar, "Bayrak" adı ilə siniflərə ayrılırdılar. Sekban bölük komandiri və Bayraktar adlı zabitləri vardı. Silah kimi qılıncdan istifadə edirdilər. Zamanla sekbanların əhəmiyyəti azaldıqca, yerlərini "Tüfəngçilər" adlı yeni piyada sinif aldı.

Sekbanların başında sekbanbaşı dururdu. Sekbanbaşı, yeniçəri ağası İstanbulda olmayanda müavin kimi çıxış edir, şəhərin təhlükəsizliyindən məsul olurdu. 1590-cı ildən sonra sekbanlardan vəzirlərə və bəylərbəylərə bəzi gözətçilər verildi. Bunlar, vilayətlərdəki paşaların qapıçılarının əsasını təşkil edirdilər. Sekbanlıq da 1826-cı ildə Yeniçəri ocağı ilə birlikdə ləğv edildi.

  1. Encyclopædia Britannica Fifteenth Edition
  2. Halil İnalcık; Donald Quataert. An Economic and Social History of the Ottoman Empire. Cambridge University Press. 1997-04-28. səh. 419. ISBN 978-0-521-57455-6. 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-07.
  3. Sam White. The Climate of Rebellion in the Early Modern Ottoman Empire. Cambridge University Press. 2011-08-15. səh. 170. ISBN 978-1-139-49949-1. 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-07.
  4. Karen Barkey. Bandits and Bureaucrats: The Ottoman Route to State Centralization. Cornell University Press. 1996-12-01. səh. 174. ISBN 978-0-8014-8419-3. 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-07.