Dəlilər (Osmanlı)

Dəlilər (türk. deli, osman. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb.

Dəlilər
türk. Deli
Növü piyada, süvari
Yaranma tarixi XV əsrin sonları XVI əsr - XIX əsrin əvvəlləri
Ölkə Osmanlı İmperiyası
Tabedir Osmanlı ordusu
Vəzifəsi Düşmən ordusuna çaxnaşma salmaq
Hissə bayraqlar
Qərargah AnadoluRumeli
Himayədarı Osmanlı Sultanları
Müharibələr Səfəvi-Osmanlı müharibələri
Konstantinopolun fəthi
Rusiya-Osmanlı müharibəsi (1828-1829)
Dəlilər (I Turchi. Codex Vindobonensis 8626), 1590-cı il

XVI əsr Osmanlı tarixçisi, alimişeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı:

" "Axıncılar kimi hökmdarlarının ordusunun irəli cərgəsində gedirlər, müharibə zamanı döyüş meydanında yer tuturlar, öz dəstələrinə təlim keçirlər, canlı əsirlər götürüb düşmən haqqında məlumat alırlar. "

İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləriucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlarserblər kimi Balkan xalqları sırasından seçilirdi.[1][2][3] Onların əksəriyyəti İslamı yeni qəbul edirdilər və fanatik olaraq kafirlərlə müharibəyə hazır olurdular.[1] Xəlifə Ömər onların ocaqlarının himayədarı sayılırdı. Sonradan dəlilərin rəsmi adı kimi dəlil (türk. Delil — bələdçilər) qoyulsa da, son vaxtlara qədər onlar adlarının ilk variantı ilə tanınırdılar.[3] Ənənəvi olaraq hesab edilir ki, ilk zamanlar əslən serblərdən toplanan Polşa "qanadlı qussarları" görünüşlərini dəlilərdən götürüblər.[4]

XVI əsrin birinci yarısında Balkanlarda Malkoçoğlu Bali bəyin, Mehmet bəyin və Bosniya sancaqbəyi Qazi Xosrov Paşanın dəli dəstələri var idi. Mohaç döyüşünə Qazi Xosrov Paşa digər qoşunlarla birlikdə 10.000 dəli gətirmişdi.[2][3] Xosrov Paşa bu qədər böyük dəli korpusu yaratan ilk şəxs idi. Onun yaratdığı dəli dəstəsinin effektivliyi digər bəylərbəylərin də Xosrov Paşanı təqlid etməyə məcbur etdi.[1] XVII əsrdə Tiryaki Həsən Paşa və Lalə Mehmet Paşanın dəliləri Avstriyaya qarşı yürüşlərdə fərqləndilər.[2] Dəli süvarilərin təşkili Anadoluya da yayıldı. Burada dəlilər vəzirlər və bəylərbəylərə tabe idilər.[2][3] Fransa kralının elçisi Markiz de Nuanteli IV Mehmedlə görüşdə müşayiət edən Antuan Qallan Sultan sarayını 3000 dəlinin qoruduğunu bildirir. Lakin bu, digər mənbələr tərəfindən təsdiqlənmir. İstanbulda bir səfir missiyası ilə olan Paul Rikonun hesabatına görə, IV Mehmed dövründə, 100–400 dehli böyük vəzirin gözətçisi kimi xidmət etdi. İstanbulda bir səfir missiyası ilə olan Paul Rikonun hesabatına görə, IV Mehmed dövründə, 100–400 dəli sədrəzəmin gözətçisi kimi xidmət edirdi.[2]

Dəlilər xidmət etdikləri bəylərbəy və ya bəydən sabit olaraq məvacib alırdılar. Paul Rikoya görə, XVII əsrin ortalarında bir dəlinin gündəlik maaşı 12 və ya 15 akça təşkil edirdi. Daha sonralar yazan italyan Luici Marsilya dəlilərin yalnız aktiv döyüş əməliyyatları zamanı ödəniş aldıqlarını qeyd edirdi.[2][3]

Ləğv edilməsi

[redaktə | mənbəni redaktə et]
Süleyman-namədən miniatür, Çiyninə heyvan dərisi salmış Dəli 1579-cu il.

XVI və XVII əsrlərdə Dəlilər dövlətə sədaqətlə xidmət etmişdilər, Lakin sonradan digər hərbi birliklər kimi nizam intizamı itirərək idarə olunmaz hala gəldilər.[3] Əsas problem, dəlilərin bu və ya digər valinin şəxsi mühafizəsinin bir hissəsi olması idi. Valinin vəzifədən alınması ilə isə dəlilərdə işdən çıxarılırdılar. Bununla da onlar başqa bir ağa axtarmalı və ya başqa bir iş tapmaq məcburiyyətində qalırdılar. Ümumilikdə isə bu dəlilər üçün problem deyildi, çünki yüngül müntəzəm süvarilərə daim ehtiyac olurdu. Beləliklə, iş imkanlarının yüksək olduğu klassik (yüksəliş) dövrdə bu elə də çox problem yaratmırdı. Lakin, sonrakı əsrlərdə bu muzdluların daha böyük problemə çevrilməsinə səbəb oldu.[1]

II Süleymanın əyalət valilərinin (bəylərbəy, sancaqbəy, mütəsəllim) mühafizəsindəki dəlilərin sayını məhdudlaşdırmaq barədə fərmanından sonra çox sayda dəli işsiz-gücsüz qaldılar.[2] Xidmət etdikləri validən sonra və ya ödəmə almadıqları təqdirdə sahibindən məhrum olan Dəlilər, yeni ağa axtarışına çıxır, bu zaman isə kəndlərə hücum edib talan məşğul olurdular.[2][3] Dəlilərin yenidən təşkili üçün ciddi tədbirlər görülmədi. Əyalət bölgələrinin rəhbərləri quldurluqla məşğul olanlar ilə öz qüvvələri hesabına mübarizə aparmaq barədə fərman aldılar. Nəticədə quldur basqınları KütahyaKonya bölgələrində cəmləşdi. XVIII əsrin sonunda Kütahyada, böyük bir dəstənin başında Qoca-başı adlı bir dəlibaşı dururdu. 1801-ci ildə dəlibaşı İsmayıl Konya bölgəsini qorxu altında saxlayırdı. 1803-cü ildə Konyada "yeni ordu"ya (Nizami-cədid) qarşı başlayan qiyamda İsmayıl üsyançılara kömək etdi və Konyanı ələ keçirərək şəhər qazisi Əddürrəhman Paşanı vurmuşdu.

Dəlilərin nəzarətdən çıxmasının yaratdığı təhlükə XVIII sonu XIX əsrin əvvəllərində ən yüksək həddinə çatdı. Belə ki, onların pozucu fəaliyyəti Anadolu əhalisi üçün ciddi bir problemə çevrilmişdi. Bunlar II Mahmudun sədrəzəmı Yusif Ziya Paşanı Misir səfərindən Hələbə qayıtdığı zaman dəlilərin yenidən təşkili barədə qərar verməyə sövq etdi. O, onlardan bəzilərini Bağdada göndərdi, yanında qalanları tərxis etmədi, üzü ilə bərabər İstanbula apardı və Üsküdardakı kazarmalara yerləşdirdi. Rumelindəki gürcüəsilli Osman Paşanın çoxsaylı fanatik dəliləri də İstanbula gətirildi və Davud Paşanın kazarmalarında yerləşdirildi. Bir müddət sonra İstanbulda olan 200 bayrak dəli Bağdada göndərildi.[2][3]

Dəlilər sonuncu dəfə 1828–1829-cu illər Rusiya-Osmanlı müharibəsində fərqlənməklə, XVI əsrdəki öz sələflərini xatırlatdılar. Bu haqda ətraflı müharibəni türklər tərəfdən izləyən Ser Adolfus Sleyde yazmışdı. O, dəlilərin cəsarətinə və atlarına heyran qalmışdı. Onun sözlərinə görə, dəlilərdən biri hətta sədrəzəmin həyatını xilas etmişdi:[2]

" Dəlilər onları mükəmməl bir üslubda məğlub etdilər. Bir xətt boyunca təqib edib, sıra düzülüşlərini pərən-pərən saldılar, onları qılıncdan keçirdilər və iki top və dörd kesson qənimət götürdülər.[5] Ruslar qələbə çaldılar - başqa cür ola bilərdimi? - ancaq döyüşdəki şöhrət bir ay ərzində ikinci dəfə düşmən sıralarını pərən-pərən edən Dəlilərə çatdı. Bu Rusiya piyada qoşununun tərif edildiyi qədər yaxşı olmadığını göstərən bir həqiqət idi.[6] "

1829-cu ildə Rus-Osmanlı müharibəsindən sonra, 2000 dəli, 18 dəlibaşı və bir haitabaşının (dəstənin lideri) komandanlığı altında Anadoluya doğru hərəkət etdilər və Konya bölgəsinə toplaşaraq yenidən soyğunçuluq etməyə çalışdılar. Orduda islahatlar aparmağa qərar verən Sultan II Mahmud, Asakiri Mənsurəyi Məhəmmədiyyə süvari hissələrini yaradandan sonra Dəliləri hərbi birlik kimi ləğv etdi. Silahlarını yerə qoyub, dinc həyata keçmək əmrini yerinə yetirməyənlər darmadağın edildilər.[2][3] Karaman valisi Əsəd Paşa, Konya valisi Süleyman Paşanı, Dəlilər üzərinə göndərdi. Ağşəhər yaxınlığındakı döyüşdə Dəlilər məğlub edildi, Dəlibaşı öldürüldü.[2]. Sağ qalanlar Misir və Suriyaya qaçdılar.[2][3] Məsələni uğurlu həll etdiyi üçün Süleyman bəyə qiymətli müşket hədiyyə edildi.[2]

Görünüşləri

[redaktə | mənbəni redaktə et]
Nikola Nikolanın "Les Navigations, pérégrinations et voyages faicts en Turquie…" qravürasında əks olunmuş Dəli, 1579-cu il

Dəlilər vahimə yaradan geyimlər geyinirdilər, silahları da qorxulu idi və müxtəlif ölçülü aksesuarları ilə dəhşətli xarici görünüşə malik olurdular. Bütün bunlar əsas məqsədə — düşməni qorxutmağa xidmət edirdi. Bəzən yalnız görünüşləri düşmən ordusunu dəhşətə gətirirdi.[1] Antuan Qallan 1672-ci ildə osmanlıların Polşa üzərinə yürüşə getməsini müşahidə etmiş və Dəlilərin xarici görünüşünün ətraflı təsvirini vermişdir:

" Paltarları təmiz, lakin qəribə idi. Hamısı gənc, gözəl, hərəkətli və demək olar ki, eyni yaşda idi. <...> Çoxu pələng dərisi ilə örtülmüşdü. Bəziləri onu şərf şəklində geyinmişdi, bəziləri isə kaftan kimi bir şey düzəldərək sinəsinə bağlamışdı.[2] "

Cəlalzadə Mustafa Çələbi özünün "Tabakat əl-Məməlik fidarcat əl-Məsəlik" əsərin Səməndər bəyi Malkoçoğlu Bali Bəyin xidmətində olan dəlilərdən bəhs etmiş və onların görünüşlərini təsvir etmişdir.[2][3] Dəlilər əyri xənçərlərlə, içibükük qalxanlarla və yəhərlərinə bağlanmış nizələrlə və ya süngülərlə silahlanmışdı.[2][3] Sonrakı dövrlərdə tapança və ya tüfənglə silahlanmış Tüfəngçilər (türk. Tüfekçi) Dəlilərdən ayrıldılar.[2] Dəlilər kaftar və ya bəbir kimi vəhşi heyvanların dərisindən hazırlanmış üzərində qartal lələkləri olan qalpaq taxırdılar. Həmçinin onların qalxanları da lələklərlə bəzədilmişdi. Atların üzərində olan yəhər və sərilən parça aslan, pələngtülkü dərilərindən, şalvarları isə canavar və ya ayı dərilərindən hazırlanırdı. Çəkmələri şiş uclu və hündürdaban olub dana dərisindən hazırlanmışdı. Bu çəkmələr sərhədlik (türk. Serhadlik) və ya sərhəd çəkmələri kimi tanınırdı.[2][3] Bellərində iki qanad, bir yay və oxlar asılmışdı.[2] Dəlilərin atları gücü və dözümlülüyü ilə fərqlənirdi.[2][3]

XVIII əsrdə Dəlilərin paltarları dəyişdi: onlar qara quzu dərisindən hazırlanmış 26 santimetr uzunluğu malik çalmaya bükülmüş uzunsov qalpaqlar taxmağa başladılar.[2][3]

Əlli altmış dəlinin daxil olduğu bayraqlar (türk. bayrak sözündən) təşkil edilirdi. Bir neçə bayraqdan ibarət qruplara dəlibaşı rəhbərlik edirdi. Ağanın (zabit) dəstəsinə cəlb edilən çağrışçı ocağın (bölük) qaydalarını öyrəndikdən və xidmət etmək arzusunu təsdiqlədikdən sonra, iman (dini) və dövlətə xidmət və döyüşdə əzmkarlıq andı içirdi. Duaetmə daxil andiçmə mərasiminin sonunda, xidmətə qəbul olunan şəxs aga-çırağı (ağanın şagirdi) rütbəsini alırdı və dəli papağı xüsusi mərasimlə onun başına qoyulurdu. Andını pozan, qaydalara tabe olmayan və ya döyüş meydanından qaçan dəli qovulurdu və papağından məhrum edilirdi.[2][3]

  1. 1 2 3 4 5 Erickson, 2009. səh. 59
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 Özcan, 1994
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Uzunçarşılı, 1991
  4. Brzezinski, 2006. səh. 6
  5. Slade, 1854. səh. 212
  6. Slade, 1854. səh. 216
  • Brzezinski R. Polish winged hussar, 1576-1775. Osprey Publishing Ltd. 2006. ISBN 1 84176 650 X.
  • Houtsma, Martijn Theodoor, redaktorDeli // First Encyclopaedia of Islam. E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume II: Bābā Fighānī–Dwīn. Leiden: BRILL. 1987. ISBN 90-04-08265-4.
  • Erickson E.J., Uyar M. A Military History of the Ottomans: From Osman to Atatürk (PDF). Pleager Security International. 2009. ISBN 978-0-275-98876-0.
  • Özcan A. DELİ (PDF). . 9 (Islamansiklopedisi). 1994.
  • Uzunçarşılı I.H. Deli. E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936. II (4). Leiden: BRILL. In Houtsma, Martijn Theodoor. 1991. 201–202.
  • Slade A. sir. Records of travels in Turkey, Greece, &c. and of a cruise in the Black sea, with the capitan pasha, in the years 1829,1830, and 1831. Leiden: Saunders anr Otley. 1854.