Sintezkauçuk

Sumqayıtda neft-kimya zavodları. "Sintezkauçuk" arxada görünür. 1970-ci il.

Sumqayıtda "Sintezkauçuk" sintetik kauçuk zavodu (azərb-kiril. Синтезкаучук) — Azərbaycan SSR-də sintetik kauçuk istehsal edən yeganə və Cənubi Qafqazda ilk belə sənaye müəssisəsi. Sintetik etil spirti butadien rezin kombinatından ibarət tikintinin birinci mərhələsi 1940–1941-ci və 1945–1952-ci illər arasında baş tutmuşdur. İkinci mərhələ 1955–1957-ci illərdə n-butandan butadien sintetik kauçuku kombinatı tikilmişdir. Son hissə Oneşti Sintetik Kauçuk və Neft-Kimya Məhsulları Kombinatı ilə eyni layihəyə uyğun olaraq hazırlanmışdır. Beləliklə, "Sintezkauçuk" SSRİ-də neft əsaslı kauçuk istehsalı ilə ilk kombinatı olmuşdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Etil spirtindən rezin kombinatı[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqazda ilk,[1] Azərbaycan SSR-də ən böyük[2] neft-kimya müəssisəsi olan Sumqayıt "Sintezkauçuk" sintetik kauçuk zavodu 1939-cu ildə layihələndirilmiş və tikinti işlərinə 1940-cı ildə başlanmışdır. İkinci Dünya müharibəsinin başlaması 1941-ci ildə tikinti prosesinin dayandırılmasına səbəb olmuşdur. 1944-cü ilin fevralında yenilənmiş layihələr hazırlanmış və 1945-ci ilin sentyabrında butadien-stirol rezin istehsalı üzrə ixtisaslaşmış müəssisənin tikintisi davam etdirilmişdir.[1] Burada Sergey Lebedeyevin üsuluna əsasən etilenin sulfat turşusu ilə nəmləndirilməsi reaksiyası ilə etil spirtindən butadien alınmışdır.[3] Sovet Sosialist Respublikaları İttifaqının rəhbərliyi nazirlər kabineti səviyyəsində kompleksin Sumqayıtda yerləşdirilməsi ilə razılaşmadığından ərazi üçün sosial-mədəni obyektlərin tikintisinə vəsait ayrılmamışdır. Müəssisə SSRİ-nin rəhbərliyi altında qalmışdır. SSRİ-də sadəcə üç şəhərdə belə kombinat var idi. Bunlar Voronej, YaroslavlYefremovda idi.[4]

Nasist Almaniyasında "I. G. Farbenindustrie"in sintetik kauçuk proqramının koordinatoru[5] Otto Ambros 1941-ci ildə icraçı direktor Karl Krauxa məlumat vermişdir ki, SSRİ-nin almanlar tərəfindən işğal olunmuş ərazilərində potensial olaraq ələ keçirə biləcəyi sintetik kauçuk zavodlarının siyahısı var.[6][7] Onların arasında Sumqayıt və Kazandakı kimya zavodları da var idi.[8] Bundan başqa, hədəflər arasında SK 1 Yaroslavl, SK 2 Voronej, SK 3 Yefremov,[9] SK 4 Sovpren İrəvan, SK 5 Sumqayıt, SK 6 Kazan var idi.[8]

Kombinat 1952-ci ilin avqustunda xammal kimi sintetik etil spirti ilə fəaliyyətə başlamışdır. Bu, SSRİ-də Bakı neft-qaz zavodundan gələn neft qazlarından sintez edilən sintetik spirtdən istifadə edən ilk kombinat idi.[2][3] O vaxta qədər SSRİ-də etanol buğdadan və digər bitki məhsullarından istehsal olunurdu. Müqayisə üçün, sintetik spirt təbii spirtdən iki dəfə yüksək istehsal qiymətinə malik idi və minlərlə ton buğda başqa məqsədlər üçün istifadə edilə bilərdi. İstehsal prosesləri avtomatlaşdırılmışdı və avadanlıqlar o dövr üçün ən müasir idi.[3]

Azərbaycan SSR xalq təsərrüfatının strateji elementi olan sintetik kauçukun istehsalı dünya üzrə təbii kauçuk istehsalından 4 dəfə ucuz idi. Yaranan rezindən şinlər hazırlanmışdır.[3]

N-butan rezin kombinatı[redaktə | mənbəni redaktə et]

1955–1957-ci illərdə n-butan rezin zavodunun ikinci mərhələsinin tikintisinə başlanmışdır.[3][4] Bu, Moskvada Dövlət Kauçuk Sənayesi Sənaye Müəssisələrinin Layihələndirilməsi İnstitutu (rus. Государственный институт по проектированию производственных предприятий каучуковой промышленности, "Giprokauçuk")[10] tərəfindən həyata keçirilən[2] Oneşti Sintetik Kauçuk və Neft-Kimya Məhsulları Kombinatı ilə eyni layihəyə əsaslanırdı.[11] Layihə sənədləri vaxtında təqdim edilmişdir, lakin "Giprokauçuk" tərəfindən tərtib edilmiş layihələrin əksəriyyəti xətalı idi. Kaalizator bölməsində qəbul zamanı problemlər aşkar edildikdən sonra ora yenidən qurulmalı və avadanlıq dəyişdirilməli olmuşdur. D-12–13 və D-11 bölmələrində də problemlər yaşanmışdır.[2][12]

1957-ci ildə SSRİ ərazisində ilk dəfə olaraq Sumqayıtda neft fraksiyasından stirol-butadien kauçukunun istehsalı nəzərdə tutulmuşdu.[4] Butan bölməsində maşınların tikintisi və quraşdırılması 1958-ci ildə 85% sürətlə tamamlanmışdır, onun qalan hissəsinin isə 1959-cu ilin ilk üç ayında başa çatdırılması planlaşdırılırdı.[2] Buna baxmayaraq, avadanlıq çatışmazlığı səbəbindən tikinti ilin ikinci rübünə qədər təxirə salınmışdır, lakin o vaxt da layihə davam etdirilməmişdir.[12]

Tikinti və fəaliyyətə rəhbərlik edən kimya mühəndislərindən biri də M. Mustafayev olmuşdur. O, eintetik etil və izopropil spirti, etilbenzol, stirol, formaldehid zavodlarında qazın fraksiyalaşdırılması, texnoloji proseslərin işlənməsi ilə məşğul olmuşdur.[13] 1958–1959-cu illərdə. istehsalın avtomatlaşdırılması qaz ("A" qrupu), divinil ("B" qrupu) və rezin ("C" qrupu) fraksiya şöbələrində aparılmışdır. Məhsulun keyfiyyətini müəyyən etmək üçün sintetik kauçuk istehsal proseslərinə hesablama və nəzarət sistemləri tətbiq edilmişdir.[14]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Історія …, Алиев, 2019, p. 189
  2. 1 2 3 4 5 Історія …, Алиев, 2019, p. 194
  3. 1 2 3 4 5 Історія …, Алиев, 2019, p. 190
  4. 1 2 3 Історія …, Алиев, 2019, p. 191
  5. Travis, Anthony S., Determinants in the Evolution of the European Chemical Industry, 1900-1939: New Technologies, Political Frameworks, Markets and Companies, Harm G. Schröter, Ernst Homburg, Peter J. T. Morris, Springer Netherlands, 1998, 107, ISBN 978-94-017-1233-0, OCLC 851379043, İstifadə tarixi: 2023-01-07
  6. Trials of …, Nuremberg, 1952, p. 256
  7. Trials of …, Nuremberg, 1952, p. 261
  8. 1 2 Trials of …, Nuremberg, 1952, p. 258
  9. Trials of …, Nuremberg, 1952, p. 257
  10. История компании (rus), gpkauchuk.ru, 2023-01-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-02-09
  11. Pincu Sfartz, "Șantierul (I) Arxivləşdirilib 2022-12-15 at the Wayback Machine", Revista Acum, 31 martie 2013
  12. 1 2 Історія …, Алиев, 2019, p. 195
  13. Історія …, Алиев, 2019, p. 192
  14. Історія …, Алиев, 2019, p. 193

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]