Sinxron üzgüçülük – su idman növüdür.
Sinxron üzgüçülük | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Musiqi sədaları altında idmançılar müztəlif proqramlar göstərirlər. Fiqurlu konkisürmə yarışında olduğu kimi, sinxron üzgüçülükdə də idmançılar tək-tək və cütlükdə yarışırlar. Amma bu idman növündə komanda ilə yarışlar da mümkündür. Onlar həm suyun altında, həm də suyun üstündə müxtəlif hərəkətlər icra etməklə jürinin verəcəyi xallar uğrunda mübarizə aparırlar. Sinxron üzgüçülük Olimpiya Oyunları sırasına daxildir.
Belə ki, sinxron üzmə üzrə mütləq proqram yarışları üçün Beynəlxalq üzgüçülük federasiyasının (FİNA) qaydalarına uyğun olaraq uzunluğu 10 və eni 3 metr olan 2 zona istifadə olunur. Hər bir zona uzunluğu 10 m olmaqla hovuzun divarlarının yaxınlığında və bortdan 1,5 m olmaqla yerləşməlidir. Bu zonalardan birinin dərinliyi — 3 m, digərinin dərinliyi isə 2,5 metrdir. Sinxron üzmə üzrə sərbəst proqram yarışları üçün isə minimal zonanın ölçüləri dərinliyi 2, 5 m az olmamaqla əsas hissənin ölçüsü 12×12 m olmaqla 12×25 m təşkil etməlidir. Qalan zonanın dərinliyi minimal olaraq 1,8 m təşkil edir. FİNA qaydaları ilə qeyd olunur ki, mütləq proqramların keçirilmə zonaları sərbəst proqramlar üçün zonalarla eyni ola bilər.
Sinxron üzmənin baş verdiyi yerdə hovuz səs və avtomatik hakimlər avadanlığı sistemləri ilə təchiz olunur. Səs avadanlığının minimal dəsti gücləndirici ilə mikşer pultundan, suyun altında fasiləsiz müntəzəm səsin təmin olunması üçün sinxronçuların qulaqları üçün rahat olan sualtı dinamiklərdən, dinamikləri qoruyan qoruyucu sistemlərdən və sair ibarətdir.
FİNA Qaydalarının bəndlərindən biri qeyd edir ki, sinxron üzmə yalnız müstəsna olaraq şəffaf suyu olan hovuzda keçirilə bilər, su hovuzunun dibi görünməlidir. Suya qarşı daha bir tələb – onun temperaturu 26 °C aşağı olmamalıdır (1 qradus artıq və ya əskik temperatura yol verilə bilər).
İdman haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |