Skovits uzunbığı (lat. Mallosia (Semnosia) scovitzii) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid növ.
Skovits uzunbığı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Skovits uzunbığı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Böcək 16 -38 mm uzunluqdadır. Bədəninin rəngi qara olub, üzəri açıq rəngli tükcüklərlə örtülüdür. Nadir hallarda tükcüklər qara rəngdə olur. Qanadüstlükləri adətən yan tərəflərdə və zirvədə açıq rənglidir. Üzlərindəki punktirlər uzununa xətlər əmələ gətirir. Bığcıqlar birrəngli olub üzərləri tükcüklərlə örtülməmişdir.[1]
Türkiyə, Ermənistan, Azərbaycan ərazisində - Naxçıvan MR-də (Ordubad, Buzqov, Biçənək) yayılmışdır.
Dağ, dağətəyi və quru dağ yamaclarındakı kserofil bitki örtüyü olan yerlər. Yazda və yayın əvəllərindən başlayaraq, böcəklər nadir hallarda ferula cinsindən olan iri (çətirçiçəklilər fəsiləsi) bitkilərin gövdə və köklərində görünür və sürfələri orada inkişaf edir. Puplaşma torpaqda gedir. Pup mərhələsində qışlayır. İldə bir nəsil verir. Təbii düşmənləri naməlumdur.[2]
1967-ci ildə M.L.Danilevski tərəfindən Naxçıvan MR-də 1 fərd, 1982-ci ildə 2 fərd və 1983-cü ildə 1 fərd qeydə alınmışdır.
Əsas məhdudlaşdırıcı amillər skovits uzunbığının qida bitkisi olan ilankölgəsinin (Ferula sp.) insanlar tərəfindən qaramalın balaları üçün yem kimi istifadə olunması, böcəyin yaşadığı ərazilərin mal-qara tapdağına məruz qalmasıdır. Həmçinin kolleksiyaçilar tərəfindən tutulması da böcəyin sayının azalmasında rol oynayır.
Tədbir görülməyib
Skovits uzunbığının yaşadığı ərazilərdə ilankölgəsi bitkisinin insanlar tərəfindən kütləvi surətdə toplanmasını və insanların kənd təsərrüfatı fəaliyyətini qadağan etmək məsləhət görülür. Böcəyin sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yaşayış ərazilərinə monitorinqlər təşkil edilməlidir.