Somebody's Watching Me – Rockwell və Maykl Ceksonun birgə ifa etdiyi mahnı.
Somebody's Watching Me | ||||
---|---|---|---|---|
Rockwell ve Maykl Cekson tərəfindən Somebody's Watching Me albomunda ifa olunmuş sinql | ||||
B tərəfi | Somebody's Watching Me (Instrumental) | |||
Yayımlanma tarixi | 1984, yanvar, yenidən işlənmiş versiya, 2004 | |||
Format | sinql | |||
Janr | Synthpop | |||
Dil | ingilis dili | |||
Müddət | 04:59 | |||
Prodüser | Curtis Anthony Nolen | |||
Bəstəkar | Kennedy Gordy | |||
Sözlərin müəllifi | Curtis Anthony Nolen | |||
Studiya | Motown | |||
Rockwell ve Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Mahnı ABŞ və Avropa ölkələrində böyük uğur qazanmış, 1984 – cü ildə Billboard Hot 100 – da ikinci yerə Billboard R&B singles – da birinci yerə, UK Singles Chart – da isə altıncı yerə kimi yüksəlmişdir.
Somebody's Watching Me Rockwellin yaradıcılığında ən pik zirvə olmuşdur. Belə ki, bu mahnıdan sonra onun müəyyən qədər məşhurlaşan mahnısı "Obscene Phone Caller" olmuşdur ki, o da Billboard Hot 100 – də yalnız otuz beşinci yerə kimi yüksələ bilmişdir.
İlk ifadan sonra "Somebody's Watching Me" mahnısına dəfələrlə müxtəlif ölkələrdən olan musiqiçilər tərəfindən müraciət olunmuş, mahnının yeni versiya və remixləri yaradılmışdır.
İsveçrəli məşhur dj. DJ BoBo 1992-ci ildə mahnıya müraciət etmiş və sinql şəklində satışa buraxmışdr. DJ BoBonun işlədiyi yeni versiya İsveç və İsveçrədə birinci, Almaniyada dürdüncü, Avstriya, Niderland və Norveçdə üçüncü, Avstraliyada isə on üçüncü yerə kimi yüksələ bilmişdir.
CD Single
Remix – CD-Maxi Fresh 1240
Remix Italien – CD-Maxi DWA 0097
2006 – cı ilin may ayında isə mahnının daha bir uğurlu versiyası Beatfreakz qrupu tərəfindən yayımlandı. Mahnı Beatfreakzin ifasında da böyük uğur qazandı. Belə ki, onların ifasında mahnı İspaniyada birinci, UK Singles Chart və German Official Dance Chartda üçüncü, Rusiyada dördüncü, Finlandiyada yeddinci, Fransada on ikinci, Belçikada əllinci, Avstraliyada isə qırx beşinci yerə qədər irəliləyə bilib.