Another Part Of Me – Maykl Ceksonun1987-ci ildə çıxardığı yeddinci solo albomu – Bad albomundan olan sinql. Mahnı sinql kimi 1988-ci ildə satışa çıxarılmışdır. Mahnının prodüserliyini ifaçıyla yanaşı Quincy Jones etmişdir. Əslində mahnı ilk dəfə 1986 – cı ildə Captain EO3-D filmi üçün ifa edilmişdir. 1988 ci il 11 iyul tarixində mahnı sinql kimi satışa çıxarıldıqdan sonra isə Michael Jackson's Moonwalker video oyununda da soundtrack kimi istifadə edilmişdir.
Mahnı daha çox 1988-ci ildə çıxan Moonwalker filminin tanıtımı üçün çıxarılmış xarakteri daşıyır. Həmçinin mahnı Grand Theft Auto: Episodes from Liberty City video oyununda da maşında, Vice City FM radio dalğasında səslənən mahnı kimi istifadə edilib.
2009-cu ilin iyulunda Madonna“Sticky & Sweet Tour” turunun ikinci hissəsində mahnının bir hissəsini istifadə etmişdir.[1] Cekson imitatoru Cekson mahnılarının popuri rəqsi zamanı mahnıdan istifadə etmişdir.[2]
“Bad” albomunun 2001-ci il xüsusi buraxılışı üçün verdiyi müsahibədə Kuinsi Cons qeyd edir ki, “Cekson "Another Part of Me" yerinə "Streetwalker" mahnısını yayımlamaq istəmişdir. Lakin, menecer Frenk DiLeonun mahnının sədaları altında rəqs etməsini gördükdən sonra məhz "Another Part of Me" mahnısını alboma daxil etmişdir.” “Streetwalker” mahnsısı isə 2001-ci ildə Bad albomunun 25 illik yubiley buraxılışına daxil edilmişdir.
Ceksonun Bad Dünya Turu zamanında mahnını ifa etməsinin təsvir edildiyi və Patrik Kellinin rejissorluğu ilə çəkilmiş rəsmi musiqi videosu 1988-ci ildə çıxarılmışdır. Videoda istifadə olunmuş kadrlar 16 iyulda Uembli stadionunda baş tutmuş konsert, həmin günün canlı yol çəkilişləri və 27-28 iyunda “Parc des Princes”də baş tutmuş konsertdən götürülmüşdür. Musiqi videosu “Michael Jackson's Vision” və “Bad 25” video toplularında satışa çıxarılmışdır.
Maykl Cekson “Bad Dünya Turnesi”nin ikinci mərhələsinə baş tutmuş konsertlərdə mahnını canlı ifa etmişdir. ABŞ konsertlərində mahnının orijinal sürətdə ifa olunsa da, bəzi alətlər dəyişdirilmişdi. Avropa konsertlərində isə mahnı orijinaldan daha surətlə ifa edilmişdi. Mahnının canlı ifası “Live at Wembley July 16, 1988” DVD-sində yayımlanmışdır. Mahnının bir hissəsi “This Is It” konsertlərində “Jam” mahnısı ilə birgə ifa üçün nəzərdə tutulsa da, müğənninin qəfil ölümü ilə konsertlər təxirə salınmışdır.