Smooth Criminal (ing. Smooth Criminal – "Qüsursuz Cinayət", oxunuşu: Smuz Kriminal) – Maykl Cekson tərəfindən 1987-ci ildə ifa edilən mahnı. Bu mahnı Maykl Ceksonun Bad albomuna daxil olan 7-ci mahnıdır. "Smooth Criminal" mahnısına uyğun olaraq "Ay piyadası" filmi çəkilmişdir. Mahnının nəqarəti "Annie are you ok?" (azərb. Enni sən yaxşısan?) sözlərindən ibarətdir.
""Smooth Criminal"" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 24.10.1988 | |||
Format | sinql | |||
Janr | elektro funk | |||
Dil | İngilis dili | |||
Müddət | 4:17 | |||
Prodüser |
Maykl Cekson Kuinsi Cons |
|||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Smooth Criminal mahnısı Bad mahnısı ilə birlikdə ön plana çıxmış və dövrünün məşhur bir mahnısı olmuşdur. Mahnının fərqli versiyaları vardır. Uzun videoda mahnıya oynağalar edilmişdir. Rəqsçilərin motivasiyası üçün Michaelin fikri olaraq klipin ortasında musiqi kəsilər və hər kəs qışqırıqlar etməyə başlayarlar. Bu səhnə bitər və mahnı qaldığı yerdən davam edər. Uzun video Moonwalker-də iştirak etməkdədir. Smooth Criminal, bir hüquq terminidir. Tam tərcüməsi "Qüsursuz Cinayət" mənasındadır. Mahnıda pis cinayətlərə yer verilmişdir. Mahnının mövzusu, Enni adındakı bir qadının evinə girən bir günahkarın hücumuna uğraması və qaça bilməməsidir. "Moonwalker" filminin ana xətti də bu mahnı üstündədir. Jacksonun bu mahnıda inkişaf etdirdiyi Anti-Qravitasiya əyilməsi (ingiliscə:Anti-Gravity Lean) hərəkətinin sirri ayaqqabısındadır. Hərəkətin patenti Michael Jacksona aiddir. Smooth Criminal mahnısı 1989-cu ildə Brit Awards mükafatına layiq görülmüşdür.
Smooth Criminal mahnısının kaver versiyasını 2001-ci ildə ABŞ musiqiçisi Alient Ant Farm tərəfindən ifa edilmişdir.
CD side:
DVD side:
Hit parad (1988) | Yüksəldiyi yer |
---|---|
ARIA Charts | 29 |
Belgian Singles Chart | 1 |
Canadian Singles Chart | 9 |
Danish Singles Chart | 1 |
Dutch Top 40 | 1 |
French Singles Chart | 4 |
German Singles Chart | 3 |
Italian Singles Chart | 9 |
Irish Singles Chart | 1 |
Spanish Singles Chart | 1 |
Swiss Music Charts | 5 |
UK Singles Chart | 8 |
U.S. Billboard Hot 100 | 7 |
U.S. Modern Rock Tracks | 1 |
Hit parad (2009) | Yüksəldiyi yer |
ARIA Charts | 16 |
Danish Singles Chart | 28 |
French Singles Chart | 61 |
Swiss Music Charts | 12 |
UK Singles Chart | 13 |
U.S. Billboard Hot 100 | 12 |
U.S. Modern Rock Tracks | 1 |
European Hot 100 Singles | 2 |
New Zealand Singles Chart | 1 |