Sulduz Mahmud bəy oğlu Rüstəmov — tarixçi, Mirzə Vəli bəy Baharlının nəslindəndir.
Sulduz Rüstəmov | |
---|---|
Sulduz Mahmud bəy oğlu Rüstəmov | |
Doğum tarixi | |
Doğum yeri | I Baharlı kəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Elm sahəsi | tarix |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu |
Sulduz Mahmud bəy oğlu Rüstəmov 1912-ci ildə anadan olmuşdur. Cabbar bəy Vəlibəyovun açdığı I Baharlı kənd məktəbində oxumuş, ilk təhsilini ondan almışdır. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir.[1]
Sulduz Rüstəmov bir müddət Azərbaycan SSR Maarif Nazirliyində işləmiş, AEA Respublika Əlyazmalar Fondunda (indiki Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) elmi işçi (1952-1957), elmi katib (1957-1969) vəzifələrində çalışmışdır.[1]
Sulduz Rüstəmov 1969-cu ildə Bakıda vəfat etmişdir.[1]
Sulduz Rüstəmov Azərbaycan tarixşünaslığında dəyərli araşdırmalar aparmış, əlyazmalar əsasında Azərbaycan tarixini tədqiq etmişdir
Sulduz Rüstəmov 50-dən çox elmi əsərin müəllifidir. Onun “Qarabağ tarixinə dair daha bir əsər”, “Bakıxanovun yeni əlyazması”, ""Gülüstani-İrəm"in rus dilinə tərcüməsi haqqında yeni faktlar", "Azərbaycan tarixçisi Mirzə Camalın naməlum bir əlyazması", "Hacı Seyid Əbdülhəmidin "Şəki xanları və onların nəsli" əsərinin yazılma tarixi haqqında", "Gəncə xanlığının tarixçisi Şeyx İbrahim Qüdsi Gəncəvi", "Tarixi sənədlər", "Lənkəran və Talış tarixi haqqında nadir bir əlyazması" və s. əsərləri Azərbaycan tarixşünaslığında qiymətli tədqiqatlar sırasındadır.[1]