Sulim Yamadayev

Sulim Yamadayev (21 iyun 197328 mart 2009, Dubay əmirliyi) — Rusiya hərbi lideri, polkovnik-leytenant (2005; 2008-ci ildən ehtiyatda). 2003-2008-ci illərdə Rusiya Ordusunun 42-ci Qvardiya motoatıcı diviziyasının 291-ci motoatıcı alayının Vostok batalyonunun komandiri. Birinci (separatçıların tərəfində) və İkinci (Rusiya Federasiyası tərəfində) Çeçen və Beş günlük müharibələrin iştirakçısı. İçkeriyada briqada generalı olmuşdur. Vəhhabizmin şiddətli rəqibi. Rusiya Federasiyasının Qəhrəmanı (2005).

Sulim Yamadayev
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyun 1973(1973-06-21)
Vəfat tarixi 28 mart 2009(2009-03-28) (35 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya
Rütbəsi briqada generalı, podpolkovnik[d], Rusiya Silahlı Qüvvələri
Döyüşlər
Təltifləri Rusiya Federasiyasının Qəhrəmanı
"Cəsarət" ordeni Medal "For Courage" "Jukov" medalı "İgidliyə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" medalı II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı "Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı medal for distinguished military service "Müdafiə nazirliyinin 200 illiyi" medalı
Əhməd Kadırov ordeni
"Hərbi şücaətə görə" medalı "Rusiya Daxili İşlər Nazirliyinin 200 illiyi" medalı

Qardaşları - Ruslan Yamadayev, Cəbrayıl Yamadayev (həmçinin Rusiya Federasiyasının Qəhrəmanları), Aslan Yamadayev, İsa Yamadayev və Badrudi Yamadayev.

1992-ci ildə Yamadayev Moskvaya köçür və bizneslə məşğul olur. 1994-cü ildə Çeçenistanın ilk prezidenti general Cövhər Dudayevin böyük qardaşı Ruslan Yamadayev tərəfindən dəstəklənməsindən sonra vətəninə qayıdır.

Çeçen yaraqlılarının sıralarında

[redaktə | mənbəni redaktə et]

Birinci Çeçenistan müharibəsi zamanı yaraqlıların tərəfində vuruşur. Qısa müddət Əmir Xəttabın bir kəşfiyyat qrupunun komandiri olur[1]. 1995-ci ildə Baslan dəstəsini Çeçenistanın paytaxtında tam məğlubiyyətdən xilas etdikdən sonra Aslan Masxadov Yamadayevi Qudermes cəbhəsinin komandiri təyin edir[2]. Birinci Çeçen müharibəsindən sonra Qudermes Yamadayev qardaşlarının nəzarətində qalır.

Vəhhabilərlə qarşıdurma

[redaktə | mənbəni redaktə et]

1998-ci ilin yayında vəhhabilərlə müfti Əhməd Kadırovun qohumları arasında münasibət pisləşdiyindən Kadırovun qohumları kömək üçün Yamadayev qardaşlarına müraciət edir və Sulim müstəqil olaraq respublikada vəhhabilərə qarşı kampaniya başladır.

4-15 iyul 1998-ci ildə Qudermesdə Yamadayevin komandanlığı altında Milli Qvardiya batalyonu ilə Şəriət qvardiyası arasında qarşıdurma baş verir. 20 iyul 1998-ci ildə Şəriət qvardiyası Masxadov tərəfindən ləğv edilir.

6 yanvar 1999-cu ildə Sulim Yamadayevin həyatına qəsd edilir. Başından qəlpə yarası alır və xəstəxanaya aparılıb. Bir neçə gün sonra yerli televiziyada çıxış edərək vəhhabiləri sui-qəsddə günahlandırır.

Rusların xidmətində

[redaktə | mənbəni redaktə et]

İkinci Çeçen müharibəsi başlayandan bəri Sulim, tərəfdarları ilə birlikdə Qudermesi vəhhabilərin hücumlarından qoruyur. Federal qüvvələrin gəlişi zamanı 5 min sadiq tərəfdarı ilə birlikdə onların tərəfinə keçir[3].

11-12 noyabr 1999-cu ildə Yamadayevlər Qudermesi federal qüvvələrin nəzarəti altına verir.

2000-ci il mayın 16-dək Yamadayev qardaşlarının dəstələrinin üzvləri Rusiya ordusunun qoşunları ilə birləşərək Çeçenistan Respublikası komendantlığının nəzdində Çeçen xüsusi təyinatlı dəstə yaratmağa başlayır.

15 may 2002-ci ildə Yamadayev Çeçenistan hərbi komendantı Sergey Kizyunun müavini təyin edilir.

2003-cü ilin martından Vostok batalyonunun komandiri olur. 2003-2006-cı illərdə Yamadayevin komandanlığı altında olan tabor səhra komandiri Əbu əl-Vəlid də daxil olmaqla 400-dən çox yaraqlını məhv edir.

2004-cü ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasına daxil olur, 2007-ci ildə məzun olur. 2005-ci ildə Rusiya Ordusunun polkovnik-leytenantı rütbəsini alır[4].

30 aprel 2005 -ci ildə Sulimə "Rusiya Qəhrəmanı" adı verilir, mükafatlandırma 2005-ci ilin iyul ayında bağlı qapılar arxasında keçirilir. Fərmanın mətni mətbuatda yayımlanmır[5].

Kadırovla klan davası

[redaktə | mənbəni redaktə et]

13 aprel 2008-ci ildə, sürət həddini əhəmiyyətli dərəcədə aşan Kadırovun bir qohumu Qudermesin mərkəzində Tereşkova küçəsindəki Vostok batalyonunun iki əsgərinin öldüyü yol qəzası baş verir. 14 aprel 2008-ci ildə Yamadayevlərlə və Kadırov arasında münaqişə baş verir, hər iki kortej Qudermes şəhəri yaxınlığındakı Qafqaz magistral yolunda bir-birlərinə yol verməkdən imtina edir. İki saat sonra, Ramzan Kadırovun göstərişi ilə "Şimal", "Cənub" batalyonları, respublika OMON, XSCQ, Əhməd-Hacı Kadırov alayı, neft alayı, Çeçenistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Ümumilikdə 25 min adamla Qudermesdəki "Vostok" batalyonunun təxminən 500 nəfərlik bazasını bağlayır və əsgərlərə Kadırovun rəhbərliyi altında girməyi, yəni Vostok batalyonunu könüllü tərk etməyi əmr edir. Üstəlik Badruddi Yamadayevin onlara verilməsini tələb edir[6]. O vaxt Moskvada olan Ruslan Yamadayev, qardaşlarının yalnız Kadırovun nəzarətində olmadıqlarında günahkar olduğunu söyləyir.

Çeçenistan Prezidenti Yamadayev qardaşlarını bir sıra cinayətlərdə iştirak etməkdə günahlandırır və cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Çeçenistan prokurorluğunun orqanları Sulim və Badruddi Yamadayevlərə qarşı adam oğurluğu, qətldə iştirak etməkdə şübhəli bilinərək cinayət işləri açır[7]. Kadırov aprelin 15-də Yamadayevi mülki şəxsləri öldürməkdə və oğurlamaqda günahlandırir. Eyni zamanda Yamadayevin qardaşı Badrudiyə qarşı Cinayət Məcəlləsinin 318-ci maddəsi "Hökumət nümayəndəsinə qarşı zor tətbiq etmək" maddəsi ilə cinayət işi açılır. Yamadayev aprelin 19-da Kadırovu oxşar cinayətlərdə ittiham edir.

2008-ci ilin may ayında Sulim Yamadayev tabor komandirliyindən uzaqlaşdırılır. O, avqust ayında Çeçenistan Respublikası İstintaq Komitəsi tərəfindən mülki insanları qaçırmaq və öldürmək ittihamı ilə federal axtarışa verilir[8].

Öldürülməsi

[redaktə | mənbəni redaktə et]

28 mart 2009-cu ildə Sulim Yamadayev Dubayda (BƏƏ) elit "Jumeirah Beach Residence" kompleksinin yeraltı qarajında öldürülür. Qatil Yamadaevin kürəyindən 3 dəfə atəş açır.

  1. "Убит Ямадаев". 2021-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  2. "Бригадный генерал стал российским офицером". 2009-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  3. "Бывший лидер боевиков Ямадаев объявил войну чеченским сепаратистам". 2021-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  4. "Ямадаев, Сулим". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  5. "ПОЛИТИКА: Ямадаев: «Басаев сейчас в любом случае находится недалеко»". 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  6. Рамзан Кадыров открыл восточный фронт Arxivləşdirilib 2009-04-14 at the Wayback Machine Коммерсантъ № 64(3881) от 16 апреля 2008 г.
  7. В Москве убит Руслан Ямадаев Arxivləşdirilib 2009-04-03 at the Wayback Machine Коммерсант.ru 24 сентября 2008 г.
  8. "Бывший командир спецбатальона «Восток» объявлен в розыск". 2010-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.