Əl-Müntəqim

Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri.

O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.[1]

Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək.

Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur. Allah, elçilərinin əlləriylə inkarçıların qabaqda gələnlərini əzablandırdığını ayələrində belə bildirir:

Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.[2]

Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən![3]

İnkarçıların axirətdə qarşılaşacaqları əzab isə sonsuza qədər sona çatmayacaq qorxunc bir əzabdır. Allah orada insanı həm fiziki, həm də psixoloji cəhətdən əzablandıracaq çox müxtəlif üsullar yaradıb. Çünki Allah yaratdığı qullarının zəifliklərini ən yaxşı biləndir və bu zəifliklərə görə ən çox ağrını da yenə Allah verəcək. Muazzib olan Allah axirətdə inkarçılara verəcəyi əzabı Quranda bir çox ayəylə bildirmişdir. Ayələrdə belə buyrulur:

Axirətə iman gətirməyənlər üçün isə sarsıdıcı bir əzab hazırlamışıq.[4]

Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: "Yalan saydığınız odun əzabını dadın!"– deyiləcəkdir. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.[5]

Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. Əzabım isə üzücü əzabdır.[6]

Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.[7]

Kafir olub (insanları) Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq.[8]