Türkmənistanın dövlət quruluşu

Türkmənistanın [3] dövlət quruluşu — 1992-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Türkmənistan
Türkmenistan Respublikasy
Bayraq Gerb
Bayraq Gerb
Müstəqil, bitərəf Türkmənistan !
Tarixi
 • Elan olunub 27 oktyabr 1991-ci il
 • Tanınıb 31 dekabr 1991-ci il
Paytaxt Aşqabad
İdarəetmə forması Prezident respublikası
Prezident Qurbanqulu Berdiməhəmmədov[14.2.2007 ~]
Məclis sədri Ağca Nurberdiyeva
Sahəsi Dünyada 53-cü
 • Ümumi 488100[2] km²
 • Su sahəsi (%) 4.9%
Əhalisi
 • Əhali 5 240 min nəfər (117-ci)
 • Siyahıyaalma (1995) 4 483 251 nəf.
 • Sıxlıq 10,5 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 82 milyard dollar  (87-ci)
 • Adambaşına 14 200 dollar  (108-ci)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Türkmənistan məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik respublikadır. 1991-ci ilin oktyabrında (Milli bayram günü olan müstəqillik günü 27 oktyabrda qeyd olunur) ölkədə müstəqillik elan edildikdən sonra 18 may 1992-ci ildə ilk Konstitusiya qəbul edilmişdir (1995, 1999, 2003[4], 2006[5], 2008-ci illərdə əlavə və dəyişikliklər edilmişdir).

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
Türkmənistanın inzibati-ərazi bölgüsünün xəritəsi

Etraplardan ibarət olan 5 vilayətə (Ahal, Balkan, Daşoğuz, Lebap və Marı) və Aşqabad paytaxt dairəsinə bölünür.

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Türkmənistanın ən yüksək vəzifəli şəxsi olan prezident dövlətin və icra hakimiyyətinin başçısı, silahlı qüvvələrin ali baş komandanı, milli müstəqilliyin, Türkmənistanın ərazi bütövlüyünün, Konstitusiyaya hörmətin, beynəlxalq saziş və müqavilələrin təminatçısıdır.

Milli Məclis, Nazirlər Kabineti və Ali Məhkəmə ilə yanaşı, ölkənin ali dövlət hakimiyyətini həyata keçirən Prezident 5 il müddətinə birbaşa və gizli səsvermə yolu ilə məhdudiyyətsiz sayda seçilir.

Konstitusiyanın və qanunların tətbiqi, xarici siyasət strategiyasının həyata keçirilməsi, hökumətlərarası və beynəlxalq təşkilatların etimadnamələrinin, xarici dövlətlərin diplomatik nümayəndələrinin övdətnamələrinin, habelə Türkmənistan Respublikası vətəndaşlığının verilməsi barədə qərarların qəbulu, Parlamentin razılığı ilə Ali Məhkəmə sədrinin, Baş prokurorun, daxili işlər və ədliyyə nazirinin vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, əfv və ya amnistiya verilməsi və mövcud Konstitusiyaya əsasən bir çox digər mühüm səlahiyyətli məsələlər dövlət başçısı tərəfindən həyata keçirilir.

Icraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Nazirlər Kabineti və ona rəhbərlik edən Baş nazir Türkmənistan Prezidenti tərəfindən təyin və Məclis tərəfindən təsdiq edilir. PrezidentParlament qarşısında kollektiv məsuliyyət daşıyan Nazirlər Kabineti dövlət başçısının sərəncam və fərmanlarının, Məclisin qərarlarının, Türkmənistan Respublikasının qanunlarının icrasını təmin edir, habelə iqtisadi, sosial və mədəni sahələrin effektiv fəaliyyətinə rəhbərliyi həyata keçirir.

Baş nazir Nazirlər Kabinetinin fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir, Kabinetin işinin səmərəliliyinə görə fərdi məsuliyyət daşıyır, hökumətin iclaslarına sədrlik edir və onun qərarlarını imzalayır, dövlət başçısının göstərişi ilə Türkmənistan Respublikasını beynəlxalq münasibətlərdə təmsil edir və mövcud Konstitusiyada təsbit edilmiş digər mühüm funksiyaları yerinə yetirir.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Ölkə Konstitusiyasına edilən son dəyişikliyə əsasən iki palatalı parlament sistemi 125 yerlik bir palatalı Məclislə (Parlament) əvəz edilmişdir. Deputatlar birmandatlı dairələrdən ümumi səsvermə yolu ilə 5 il müddətinə seçilir.

Əsasən qanunvericilik fəaliyyətini həyata keçirən (qanunların qəbulu, illik büdcənin təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası, Konstitusiyaya düzəlişlər etmək və s.) Məclisin səlahiyyətləri de-fakto o qədər də geniş olmadığından icra hakimiyyətinə təsiri də məhduddur.

10 yanvar 2011-ci il tarixində Türkmənistan Parlamenti "Çoxpartiyalılıq haqqında" Qanun qəbul etsə də, Türkmənistan Demokratik Partiyası ölkədə de-fakto yeganə siyasi partiya sayılır.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Türkmənistan Respublikasında hüquqi sistem mülki hüquq sisteminə əsaslanır. Məhkəmə hakimiyyəti, üzvləri ölkə Prezidenti tərəfindən təyin edilən Ali Məhkəmə, Aşqabad şəhər məhkəməsi, habelə vilayət, hərbi, inzibati və digər ixtisaslaşmış məhkəmələr tərəfindən həyata keçirilir.

  1. Central Intelligence Agency - CİA: The World Factbook: Country comparison: Area Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  2. Государственный комитет Туркменистана по статистике: О Туркменистане Arxivləşdirilib 2012-01-07 at the Wayback Machine
  3. http://www.minjust.gov.tm/ru/mmerkezi/doc_view.php?doc_id=8124%7Ctitle Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine = Конституция Туркменистана|author = |work = |date = |publisher = }}
  4. "Опубликована Конституция Туркменистана С Учетом Внесенных В Нее Изменений И Дополнений". Turkmenistan.ru. 20.08.03. 2011-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21. (Yoxlanılıb 11 yanvar 2012)
  5. "Конституционный Закон Туркменистана". Turkmenistan.ru. 27.12.06. 2011-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21. (Yoxlanılıb 11 yanvar 2012)